Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş K.Əzimov Abşeron rayonu ərazisində saxlanıb.
İdarə etdiyi “Daewoo” markalı avtomobilə baxış zamanı 3 kiloqramdan artıq heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.