Suraxanı RPİ 32-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş Hikmət Babayevdən “Makarov” markalı tapança, patron darağı və 3 ədəd patron götürülüb.