Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq icazə olmadan qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan şəxslərə qarşı nəzarət tədbirləri davam etdirilir.
NBPİ əməkdaşlarının bu istiqamətdə keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olan 9 nəfərdən ibarət dəstə saxlanaraq istintaqa cəlb edilib.
Onlardan hər birinin qiyməti 220 manat olan 64 ədəd nərə balığı, 2 ədəd qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 256-cı (Balıq və digər su bioresurslarını qanunsuz tutma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.