Cümə günü, 16 oktyabr 2026
     

Qarşıdakı bir ayda neft 100 dollara qalxacaq

Image


Dünya bazarlarında neftin sürətlə artan qiyməti və bunun nə qədər  davam edəcəyi yenə xüsusi diqqət mərkəzində yer almaqdadır. Yaranmış vəziyyəti şərh edən ekspertlərin böyük əksəriyyəti isə belə qənaətdədir ki, geosiyasi ziddiyyətlər üzündən neftin budəfəki qiymət artımı fantastik həddə çata bilər.

Dünya bazarlarında neft qiymətlərinin artmasını şərh edən İranın neft naziri Bijən Namdar Zəngənə də bildirir ki, vəziyyət dəyişməsə, artım davam edəcək: "Neftin qiymətlərinin hər gün yüksəlməsi dünya bazarlarının narahat olmasının göstəricisidir. Donald Tramp İrana təzyiqləri artırmaqla ABŞ-da benzinin qiymətlərinin aşağı səviyyədə qalması arasında seçim etməlidir".

Neft bazarının narahat bir dönəmdən keçdiyini və Birləşmiş Ştatların İrana təzyiqi artırması durumunda bu narahatlığın dərinləşəcəyini bildirən nazir vurğulayıb: "Hazırda Venesuelada problemlər var, Rusiyaya sanksiyalar tətbiq edilir, Liviyada ara qarışıb, Birləşmiş Ştatlarda neft hasilatı azalıb. Venesuelada davam edən gərginlik isə ABŞ üzərində təzyiqi artıracaq. Yaranan vəziyyətə görə demək olar ki, hasilatın az, tələbin çox olduğu narahat bir dövrdən keçirik". Real vəziyyətin təhlili isə göstərir ki, yaxın tezlikdə Liviyada vəziyyət düzəlməyəcək, İrana qarşı sanksiyalar daha da sərtləşəcək, Venesuelada problemlərin miqyası bir qədər əd artacaq. Bu şəraitdə neft bazarında kəsirin yaranması və artması gözlənir. Məhz bu vəziyyət də qiymətləri daha sürətlə yüksəldir.

Qeyd edək ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı neftin qiyməti də bahalaşır. Belə ki, hazırda “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 74,13 dollar təşkil edir. Ümumiyyətlə, dünya birjalarında neftin qiymətində 2016-cı ildən bu vaxtadək ən böyük həftəlik artım qeydə alınır. Buna səbəblərdən biri də  OPEC+ koalisiyasının neft istehsalını rekord səviyyədə azaltması, yuxarıda qeyd olunduğu kimi Liviya, İran və Venesuelada hasilatdakı geriləmələrdir. Nəticədə təkcə bu il “qara qızıl”ın qiyməti 40 faizdən çox artıb. Bu fonda təhlilçilər vurğulayır ki, neftin dünya bazar qiymətlərinin real temp səviyyəsi OPEC+ ölkələrinin hasilatı azaltmaq barədə qərarlarının kifayət qədər effektli işlədiyini bir daha sübut edir. Belə ki, 2016-cı ilin ikinci yarısında OPEC+ ölkələrinin hasilatın azaldılması ilə bağlı qərarından sonra neftin qiyməti sabitləşməyə başlayıb. Bundan sonra 2018-ci ilin əvvəlindən neft qiymətləri 60 dollar civarında sabitləşdi. Ötən ilin payızında isə çox qısa müddətdə 80 dollara kimi qalxdı, sonra yenidən endi. Ancaq ümumilikdə neftin qiyməti artıq iki ildən çoxdur ki, stabillik nümayiş etdirir. Yaranmış durumda ekspertlər vurğulayır ki, artıq əks mövqedən çıxış etməsinə rəğmən, ABŞ-ın dünya neft bazarına diqtəsi o qədər də güclü deyil. Reallıqda OPEC+ dünya neft bazarında ABŞ-ın təkbaşına hökmranlığının qarşısını almaq iqtidarında olduğunu göstərə bilib.

İqtisadçılar hesab edir ki, dünya üzrə hasil edilən neft ehtiyatlarının azalması və neftə olan tələbatın artması davam edərsə, qiymətlər bir az da yüksəliş nümayiş etdirə bilər. Təbii ki, buna Liviya, İran və Venesuela amili də təsir edir. Elə buna görə də qiymətlərin daha da yüksəlməsi qaçılmaz sayılır. Çünki son üç ölkədə yaşanan problemlərin yaxın perspektivdə həlli gözlənilmir. “The Wall Street Journal” nəşri isə yazır ki, qiymət artımına baxmayaraq, ABŞ İrandan neft idxal edən ölkələrə verdiyi möhləti uzatmaq niyyətində deyil. Hökumətdəki mənbələr, Liviyada böhranın geniş vüsət almasına rəğmən, Vaşinqtonun geri çəkilmək niyyətində olmadığını vurğulayıb. Onlar hesab edirlər ki, Liviyadakı münaqişə səbəbindən neft hasilatının bərpası yenə təhlükədə olduğundan, ABŞ-ın İran və Venesuela neftinin dünya bazarına çıxarılmasını tamamilə əngəlləmək planını sual altına qoyub. Lakin buna rəğmən, ABŞ İrandan neft idxal edən ölkələrə verdiyi möhləti uzatmaq niyyətində deyil. Xatırladaq ki, ABŞ 7 ölkəni İran neftinə qarşı tətbiq etdiyi sanksiyalardan müvəqqəti azad edib. İndi həmin ölkənin İrandan neft alışını dayandırması “qara qızıl”ın qiymətini daha sürətli şəkildə yüksəldə bilər. Hesab edilir ki, vəziyyət dəyişməsə, artıq qarşıdakı 1 ayda qiymətlər 100 dollarlıq həddə çata bilər. “Fitch” Beynəlxalq Reytinq Agentliyinin təbii ehtiyatlar və əmtəə üzrə direktoru Dimitri Marinçenko da qiymət artımının qaçılmaz olduğunu bildirir: “Bir sıra amillər var ki, onlar neft qiymətlərində müsbət tendensiyalara əsas verir.  Bunlar OPEC-in qərarları, İranda və Venesuelada neft hasilatının həcminin azalması və ABŞ əleyhinə baş verən proseslərdir. Biz yaxın dövrdə qiymətin yuxarı həddinin 70-75 dollar olacağını düşünürük. Amma artım daha yüksək də ola bilər. Neft bundan baha ola bilməz. Qiymətlər kəskin artarsa, bu, ABŞ-ın Səudiyyə Ərəbistanı da daxil olmaqla OPEC ölkələrinə təzyiq göstərməsinə gətirib çıxara bilər. Çünki yüksək neft qiymətləri ABŞ iqtisadiyyatı üçün açıq təhdiddir”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ