Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycan maliyyə sistemində inqilab – manat istiqrazlarının buraxılışına başlanır...

Image


Maliyyə bazarlarında son vəziyyətin təhlili manatın sabit mövqedə qaldığını, hətta bir sıra xarici valyutalara nisbətdə məzənnəsinin müəyyən qədər artdığını göstərir. Belə görünür ki, Mərkəzi Bankın müdaxiləsi olmayacağı təqdirdə manat xarici valyutalar, o cümlədən avro və dollar qarşısında xeyli dərəcədə bahalaşa bilər. Sadəcə, qeyri-neft sektoru üzrə ixracı qorumaq məqsədilə Mərkəzi Bank manatın çox da bahalaşmasını istəmir.  

Hesab edilir ki, ölkədə həyata keçirilən iqtisadi siyasət, xüsusən də ixracın əhəmiyyətli dərəcədə stimullaşdırılması fonunda manat sabit mövqeyini bundan sonra da qorumaqda davam edəcək. Belə vəziyyət öz növbəsində cəmiyyətdə milli valyutaya etimadı daha da gücləndirməklə yanaşı, manata artıq beynəlxalq miqyasda da diqqətin artmasına səbəb olmaqdadır. Elə manat istiqrazlarının buraxılışı və yerləşdirilməsi ilə bağlı atılan addımlar da bunun təsdiqi sayıla bilər.

Qeyd edək ki, aprelin 14-də Asiya İnkişaf Bankı xəzinədarlığının nümayəndə heyəti manat istiqrazlarının buraxılışı və yerləşdirilməsi mexanizmini müzakirə etmək üçün Azərbaycana səfər edəcək. Adının açıqlanmasını istəməyən Asiya İnkişaf Bankının təmsilçisi bu xüsusda bildirib: “Azərbaycanın hökümət dairələrində manat istiqrazlarının buraxılışı ilə bağlı razılıq var”. Sözügedən istiqrazlar özəl sektor üçün sərmayə qoyuluşunu dəstəkləyəcək alternativ maliyyə mənbəyi kimi çıxış edəcək. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Asiya İnkişaf Bankı nümayəndələri arasında keçirilən bir sıra görüşlərdə kiçik və orta biznesin inkişaf fondlarının və biznes klasterlərinin əməkdaşlıq imkanları müzakirə olunaraq özəl sektorun inkişafı sahəsində bu bankla əməkdaşlığın zərurəti vurğulanıb, əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Yayılan məlumata görə, biznes üçün maliyyə əldə etmək imkanlarını asanlaşdırmaq məqsədilə Asiya İnkişaf Bankının Bakı ofisinə özəl sektorla əməliyyatların inkişafı sahəsində təcrübəli mütəxəssis göndəriləcək. İndiyədək bu məsələnin müzakirəsi üçün Azərbaycana Asiya İnkişaf Bankının qərargahından, yaxud Gürcüstan ofisindən missiyalar səfər edirdi. Lakin artıq vəziyyət dəyişir və atılan addımlar manata beynəlxalq miqyasda yüksək etimadın növbəti təzahürü sayılır. 

Asiya İnkişaf Bankının manatla istiqrazlarının buraxılması qərarını şərh edən iqtisadçı Vüqar Bayramov isə bildirir ki, sözügedən bankın manatla istiqrazların buraxılması qərarına təsir göstərən əsas faktorlardan biri 2017-ci ilin fevralından sonra manatın məzənnəsinin stabil qalmasıdır. Ekspert qeyd edib ki, artıq iki ildən artıqdır manat mövcud məzənnəsini qoruyub saxlayır: “Təbii ki, burada Mərkəzi Bankın mövqeyi və proseslərə təsiri həlledicidir. Ancaq beynəlxalq maliyyə qurumları, xüsusən də əvvəlki dövrlərdə milli valyutanın məzənnəsinin stabilliyini nəzərə alaraq, istiqrazların buraxılmasına dair qərar qəbul edib. Təbii ki, hələlik istiqrazlar bir növ pilot olaraq buraxılacaq. Daha sonra isə bu istiqrazlara marağın artması fonunda yeni emissiyaların buraxılması mümkündür. Bütün hallarda aparıcı maliyyə qurumlarından biri olan Asiya İnkişaf Bankı tərəfindən manatla istiqrazlarının buraxılması ölkədaxili qiymətli kağızlar bazarı üçün vacib şərtlərdən biridir”.

İqtisadçı bu fonda, xüsusən də investorlarda manat istiqrazlarına marağın formalaşacağını deyib: “Manatın məzənnəsinin stabilliyi davam edəcəyi halda digər ölkədaxili qurumlar tərəfindən də buraxılan istiqrazlara marağın artması mümkündür. Hələlik qiymətləndirmələr göstərir ki, vətəndaşların dollarla istiqrazlara marağı yüksəkdir. SOCAR-ın dollar istiqrazlarının alınması da bundan xəbər verir. Bu mənada, ölkə daxilində manat istiqrazlarına marağın artırılması üçün Mərkəzi Bank tərəfindən mövcud məzənnənin uzunmüddətli dövrdə qorunub saxlanması vacibdir”.

Manata beynəlxalq miqyasda marağın artması fonunda isə Asiya İnkişaf Bankı həm də ilin sonuna qədər Azərbaycanın bank bazarında iştirakını genişləndirməyi planlaşdırır. Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov  bildirib ki, təmsil etdiyi bank Ticarət Maliyyələşdirmə Proqramı (TFFP) çərçivəsində müvafiq bankları müəyyənləşdirməyi planlaşdırır: "Azərbaycan bankları vasitəsilə ixrac-idxal əməliyyatlarını dəstəkləməyə hazırıq. İlin sonuna qədər, çox güman, müştərisinə dəstək verməli olan bir bankı müəyyənləşdirəcəyik" . O qeyd edib ki, bu proqram çərçivəsində bankların siyahısının genişləndirilməsi də istisna deyil. Onun fikrincə, bu, Asiya İnkişaf Bankının ticarətin maliyyələşdirilməsinə dair proqramında iştirak etmək üçün yerli bankların uyğun gəlməli olduğu kriteriyalardan asılıdır. Xatırladaq ki, Asiya İnkişaf Bankı TFFP-nin icrasına 2004-cü ildə başlayıb. Bankın ticarətin maliyyələşdirilməsi proqramı ticarətin təşviqi üçün zəmanətlər və kreditlər verir, bu da bütün Asiya regionunda çox sayda şirkət və müəssisənin ixrac-idxal əməliyyatları aparmasına imkan verir. Xatırladaq ki, Asiya İnkişaf Bankı 1966-cı ildə yaradılıb və onun 67 üzvü var. Bankın qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Azərbaycan 1999-cu il dekabrın 22-də bankın üzvlüyünə qəbul edilib, ölkənin bankın kapitalındakı payı 0,5 faiz təşkil edir. Lakin qarşılıqlı əməkdaşlığın dərinləşməsi fonunda bu payın da artması istisna deyil.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ