19/07/2019 12:45
728 x 90

Beynəlxalq Valyuta Fondunun bu il Azərbaycanda ÜDM artımı proqnozu nələrə əsaslanır…

“Azərbaycan iqtisadiyyatı inkişaf dövrünü yaşayır”

img

Pərviz Heydərov: “… bu vəziyyət beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında geniş şəkildə əks olunur”

 

Beynəlxalq Valyuta Fondu 2019-cu ildə Azərbaycanda ümumdaxili məhsulun artımını 3,4 faiz səviyyəsində proqnozlaşdırır. Bu barədə Fondun dərc etdiyi “World Economic Outlook” aprel ayının icmalında qeyd olunur.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında BVF cari il üçün Azərbaycanda ÜDM-in artımını 3,6 faiz  səviyyəsində proqnozlaşdırırdı. Fondun qiymətləndirmələrinə əsasən, 2020-cu ildə Azərbaycanda ÜDM-in artımı 3,1%-dək azalacaq. Fondun proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda ÜDM-in artımı 1,7% təşkil edəcək. 2019-2020-ci illərdə Azərbaycanda inflyasiya 2,5 faiz təşkil edəcək. Fond 2024-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 3% səviyyəsində proqnozlaşdırır.

Məsələ barədə fikir bildirən iqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, beynəlxalq təşkilatlar, xarici maliyyə qurumları Azərbaycan iqtisadiyyatının inkişafı haqqında məlumatlar yayırlar: “Məlumdur ki, 2014-2015-ci illərdən sonra ölkə iqtisadiyyatında vəziyyət dəyişdi. Həmin illərdə dünya bazarında neftin satış qiyməti kəskin şəkildə enəndən sonra ölkə iqtisadiyyatı tənəzzülə uğradı, ümumdaxili istehsal məhsulu aşağı düşdü, manatın məzənnəsi xarici valyutaya nisbətən iki dəfə zəiflədi. 2017-ci ildən etibarən ölkə iqtisadiyyatında vəziyyət müsbətə doğru dəyişdi. 2018-ci ildən etibarən iqtisadiyyatda artım tempi özünü kəskin şəkildə büruzə verdi. Ölkə iqtisadiyyatının inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildi, müvafiq islahatlar aparıldı. Eyni zamanda, 2016-cı ilin sonlarından etibarən dünya bazarında neftin satış qiyməti stabilləşdi. Azərbaycanın dövlət gəlirlərinin təmin olunması üçün əlverişli şərait yarandı. Görülən işlər sayəsində ölkə iqtisadiyyatında müsbət tendensiya özünü göstərməkdə davam edir”.

əmsöHHəmsöhbətimiz onu da vurğuladı ki, ölkə iqtisadiyyatının inkişafı istiqamətində görülən işlər sayəsində Azərbaycan iqtisadiyyatı inkişaf dövrünü yaşayır. Bu inkişaf beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında geniş şəkildə əks olunur.

Onun fikrincə, ölkə iqtisadiyyatının inkişafı növbəti illərdə də özünü göstərəcək.
Günel CƏLİLOVA

Son xəbərlər