çərşənbə günü, 19 avqust 2026
     

Məmurlar arasında büdcə talançılığı deputatları da dilə gətirdi...

Image


İlqar Hüseynli: “Talanan vəsaitin yerinə qoyulması yalnız cinayət əməlindəki məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alına bilər”

 

Aprelin 9-da Milli Məclisin növbəti plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun illik hesabatını təqdim edib. Qeyd edək ki, təqdim edilən hesabatla bağlı deputatların sərt çıxışları qeydə alınıb.

Palata sədri hesabatında deyib ki, Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində büdcə qanunvericiliyi, mühasibat uçotu, dövlət satınalmaları üzrə daha çox pozuntuların olduğu müəyyənləşib. V.Gülməmmədov bildirdi ki, nöqsanlara yol vermiş şəxslərə qarşı cəza tədbirləri görülüb. Onun sözlərinə görə, hesabat ilində audit tədbirləri nəticəsində 714 nöqsan qeydə alınıb və dövlətə dəyən ziyan büdcəyə qaytarılıb: “Son 5 ildə 69,5 milyon manat büdcəyə, 2.2 milyon manat təşkilatlara, 2,6 milyon manat isə Sosial Müdafiə Fonduna qaytarılıb. Ümumilikdə isə 72,1 milyon manat ziyan bərpa edilib”.

Hesablama Palatası 9 iş üzrə hüquq-mühafizə orqanlarına müraciət edib. V.Gülməmmədov bildirdi ki, 2018-ci ildə Hesablama Palatasının nəzarət fəaliyyətini illər üzrə qruplaşdırsaq, auditlə əhatə olunmuş vəsaitin 21,1 faizi hesabat ilini, 50,7 faizi 2017-ci ili, qalan 28,2 faizi isə əvvəlki illəri əhatə edir: “Keçən ilin nəticələri də göstərdi ki, nöqsanlar əvvəlki illərdəki kimi xarakterikdir. Ən çox yol verilən nöqsanlar əsasən büdcə qanunvericiliyinin pozulması, eləcə də mühasibat uçotunun aparılması, büdcə vəsaitlərinin istifadəsi zamanı satınalmalara cəlb edilməsi və dövlət büdcəsinin investisiya xarakterli vəsaitlərinin xərclənməsində olub.

Nöqsanların baş verməsi, əsasən vəsaitlərin icrası üzrə məsul şəxslərin normativ-hüquqi aktların tələbləri ilə tam tanış olmaması və ya düzgün tətbiq edilməməsi ilə bağlıdır. İkinci bir tərəfdən, təcrübəyə əsaslanıb qeyd edim ki, daxili, həmçinin, maliyyə nəzarətlərinin bütün mərhələlərinin güclü olması nöqsan və pozuntuların sayını minimuma endirir”.

Qeyd etdiyimiz kimi, hesabatın müzakirəsi çox sərt tonda davam etdirilib. Bir çox millət vəkili büdcə vəsaitlərinin israf edilməsi ilə bağlı daha sərt tədbirlərin görülməsinə çağırış edib.

Deputat Fəzail Ağamalı talanmış büdcə vəsaitlərinə diqqət çəkib: “Necə edək ki, büdcədən maliyyələşən qurumların büdcə vəsaitinin dağıdılmasına imkan verilməsin? Hələ də bu məntiqi başa düşə bilmirəm ki, ayrı-ayrı qurumların mənimsədiyi pullar hər il Palatanın illik hesabatında göstərilir, lakin bu ənənəyə son qoyulmur. Necə etmək lazımdır ki, buna imkan verilməsin? Bunun üçün Palata öz işini daha yüksək səviyyədə qurmaqla bərabər, qurumun müstəqilliyi təmin edilməlidir. Elə etmək lazımdır ki, Hesablama Palatasının işinə müdaxilə sıfra endirilsin”. F.Ağamalı bildirib ki, sənəddə bir sıra qurumların rəhbərliyinin dövlət vəsaitini mənimsədiyi konkret faktlarla əksini tapıb: “Hesabatda qeyd olunur ki, Bakı şəhərində mənzil-istismar sahəsi, eləcə də Bakıda fəaliyyət göstərən yaşıllaşdırma idarələri tərəfindən mənimsənilən vəsait büdcəyə geri qaytarılıb. Lakin bu qurumların heç birinin rəhbərliyinə ”gözün üstə qaşın var" deyən olmayıb". Deputat deyib ki, vəzifədən gedən qurum rəhbərləri barədə vaxtında araşdırma aparılmalıdır: “Niyə bizdə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var-dövləti haqqında məlumatlara mətbuatda geniş yer ayrılır. Hesab edirəm ki, bütün bunlar zamanında araşdırılmalı, hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır. Büdcəni mənimsəyən, pul oğurlayanlar qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər”.

Digər millət vəkili Fazil Mustafa isə hesabatda mənimsəmə faktlarının “nöqsan” olaraq göstərilməsinə etiraz edib: “Bu ifadələr uşaq bağçasında, orta məktəblərdə işlədilir. Dövlət büdcəsindən vəsait mənimsənilirsə, bu, artıq nöqsan deyil, cinayətdir. Belə yumşaq adlardan imtina etməyi bacarmalıyıq. 76 tender fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmədiyi, ancaq hansı tenderin nəticəsinin ləğv olunması barədə məlumat yoxdur”.

Göründüyü kimi, millət vəkilləri büdcə vəsaitinin israf olunması ilə bağlı məsələlərin üzərindən səthi keçilməsinə etiraz edirlər. Onlar bunu cinayət əməli sayır və müvafiq hüquqi qiymətin verilməsini tələb edirlər. Millət vəkillərinin bu tələbinə ekspertlər necə baxırlar?

Ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, burada əsas söhbət dövlət büdcəsinin talanması və ona səhlənkar yanaşmadan gedir: “Buna bir qədər geniş anlamda yanaşmaq lazımdır. Dövlət büdcəsi bir sıra daxilolmalar hesabına formalaşır. Bunlardan əsas payı vətəndaşlarımız tərəfindən ödənilən müəyyən ödənişlər təşkil edir. Biz Neft Fondunun nizamnaməsinə baxsaq görərik ki, orada da yazılır ki, toplanan vəsait xalqın rifahını yaxşılaşdırmaq üçündür. Yəni dövlət büdcəsinin həm də xalqın malı olduğunu unutmaq lazım deyil. Bu vəsaitin oğurlanması hər bir Azərbaycan vətəndaşının cibinə girmək anlamına gəlir. Buna görə də aşkarlanmış büdcə oğurluğu faktı ilə bağlı sərt tədbirlər görülməlidir. İstər məhkəmə, istərsə də prokurorluq orqanları dərhal cinayət işinin başlanmasına sərəncam verməlidirlər. Müzakirələrin gedişində bəzi deputatların irəli sürdükləri tələbləri çox məqbul sayıram. Çünki biz görürük ki, adi bir banka krediti ödəyə bilməyən vətəndaşı məhkəməyə verirlər, hətta buna görə həbs edilənlər də olub. Onda isə niyə xalqın əmlakına belə laqeyd yanaşma olmalıdır? Cinayət baş verəndə nə edirlər? Törədəni məsuliyyətə cəlb edirlər. Hüququn bu ana xətti bu məsələdə axsamamalıdır. Talanan vəsaitin yerinə qoyulması yalnız cinayət əməlindəki məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alına bilər. Heç bir halda, həmin adamın yenə vəzifəsinə davam etməsinə əsas sayıla bilməz”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ