şənbə günü, 31 oktyabr 2026
     

Mərkəzi Bankın problemli kreditlərlə bağlı tədbirləri səmərə vermədi

Image


Ölkənin bank sektorunda çox maraqlı proses müşahidə olunmaqdadır. Söhbət ondan gedir ki, Mərkəzi Bankın qabaqlayıcı tədbirlərinə baxmayaraq, vaxtı keçmiş kreditlərin məbləği yenə də böyük sürətlə artır. Başqa sözlə, elə kreditlərin həcminin azalması üçün görülən tədbirlər istənilən nəticəni vermir.
Xatırladaq ki, Mərkəzi Bank ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul krediti verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağan edib. Qadağaya səbəb kimi problemli kreditlərin məbləğinin sürətlə artması göstərilir. Bundan başqa, avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulduğu məlumdur. Bank mütəxəssisləri deyir ki, son illər salonlardan kreditlə götürülən avtomobillərə görə ödənişlərdə ciddi problemlər yaranıb, buna görə də Mərkəzi Bank avtomobillərin əsasən nağd şəkildə satılmasını və yaxud lizinq yolu ilə əldə edilməsini stimullaşdırmaq qərarına gəlib. Lakin son rəqəmlər problemli kreditlərin həcminin yenə artdığını göstərir. Məsələ burasındadır ki, iqtisadiyyata kredit qoyuluşu artdıqca ölkədə vaxtı keçmiş kredit məbləğlərinin həcmi də çoxalır.
Məlumat üçün bildirək ki, cari ilin avqust ayının əvvəlinə müxtəlif kredit qurumları tərəfindən iqtisadiyyata kredit qoyuluşunun məbləği 17 milyard manatı ötüb ki, bu da keçən ilin sonuna olan müvafiq göstəricidən 10 faiz çoxdur. Maraqlıdır ki, ötən ayın əvvəlinə olan məlumata əsasən, vaxtı keçmiş kreditlərin miqdarı 900,1 milyon manat təşkil edib. Bu da ötən ilin sonuna olan göstəricidən 12 faiz çoxdur. Bütün bunlar o deməkdir ki, iqtisadiyyata kredit qoyuluşu ilə vaxtı ötmüş kredit məbləğlərinin həcmi, demək olar ki, eyni templə artır. Hətta vaxtı keçmiş kreditlərin artım tempi kredit qoyuluşlarını bir qədər üstələyir. Halbuki, ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankının göstərişi ilə kommersiya bankları tərəfindən istehlak kreditlərinin məhdudlaşdırılması tamam əks mənzərəyə səbəb olmalı idi.
Ekspertlər bildirir ki, problemli kreditlərin məbləğinin artması Mərkəzi Bankın qabaqlayıcı tədbirlərinin istənilən nəticəni vermədiyini göstərir. Həmçinin, araşdırmalardan o da üzə çıxır ki, ümumi kredit portfelində yenə də əsas üstünlüyü istehlak kreditləri təşkil edir. Belə ki, məhdudiyyətlərə baxmayaraq, belə kreditlər ötən ay 0,1 faiz artaraq 41 faizə çatıb. Əhali yenə daha çox istehlak kreditləri ilə bağlı banklara müraciət edir. Bank mütəxəsssisləri bildirir ki, davamlı, yaxşı müştərilərilərlə yanaşı, çətin müştərilərə də rast gəlinir və bu da problemli kreditlərin miqdarını artırır.
Qeyd olunduğu kimi, ötən ayın əvvəlinə ölkəmizdə problemli kreditlərin həcmi 900,1 milyon manat olub. Bu, 17 milyard manatlıq kredit portfelinin 5,3 faizini təşkil edir. İlin əvvəllində isə bu rəqəm 815 milyon manat təşkil edib. Ekspertlərin fikrincə, problemli kreditlərdə artıma səbəb son dövrlər istehlak kreditləşməsi bazarında faiz dərəcələrinin nisbətən aşağı düşməsidir. Çünki banklar məlum qadağalardan sonra müştərilərini itirməmək üçün faizləri qismən aşağı salıb. Həmçinin, biznesdə risq səviyyəsinin yüksək olması səbəbindən banklar bu sektoru maliyyələşdirməkdə maraqlı deyil. İstehlak kreditləşməsi isə, biznes kreditlərdən fərqli olaraq, az vəsait tələb edir və qısa müddətə verilir. Faizləri isə biznes kreditlərindən yüksək olur. Ona görə də banklar özlərini sığortalamaq və risqləri azaltmaq üçün istehlak kreditləşməsi bazarına yenə daha çox üz tutmağa çalışır.
Problemli kredit məsələsinin necə həll edilməsinə gəlincə, ekspertlər kommersiya banklarının bu istiqamətdə lazımi addımlar atmadığı fikrindədir. Məsələ burasındadır ki, bankların kreditlərin verilməsi ilə bağlı qiymətləndirmələri yenə qısa müddəti əhatə edir. Onlar uzunmüddətli dövr üçün kreditlərin qiymətləndirmə və ya qaytarılma mexanizmini müəyyənləşdirə bilmir. Hazırda banklar problemli kreditlər məsələsini inzibati yollarla həll etməyə çalışır ki, bu da effektli deyil. Araşdırmalar göstərir ki, problemin həlli üçün banklar müəyyən güzəştlərə də getməlidir. Məsələn, kredit götürüb qaytara bilməyənlərə müəyyən güzəşt müddəti verilməlidir. Bu müddətdə isə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması mümkündür. Ondan sonra onlar borclarını qaytara bilər. Belə bir bir müddətin müəyyən edilməsi həm də bankların öz gəlir və xərclərini proqnozlaşdırmaq imkanına malik olmaları baxımından vacibdir. Qeyd edək ki, Qərbdə bu təcrübə geniş yayılıb.
Bir məqamı da qeyd edək ki, problemli kreditlərin miqdarının belə böyük həcmdə artımına baxmayaraq, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu günlərdə açıqladığı hesabatda narahatlıq üçün ciddi əsas görmür. Lakin hesabatda o da bildirilir ki, Azərbaycan iqtisadiyyatının struktur baxımından zəifliyi bank sektorunda aktivlərin keyfiyyətinə və gəlirliliyinə mənfi təsir göstərə bilər. Pərakəndə və uzunmüddətli korporativ kreditləşmə ilə bağlı artan risqlər aktivlərin keyfiyyətinə mənfi təsir göstərir. Bununla yanaşı, agentliyin mütəxəssisləri hesab edir ki, Azərbaycan bankları pərakəndə kreditləşmə ilə bağlı yaranan risqlərin öhdəsindən gələ bilir. Ekspertlər hesab edir ki, biznes layihələrinin miqyasının kiçik olması, həmçinin kreditləşmənin yüksək artımının olmaması, özəl səhmdarlar tərəfindən məhdud həcmdə yeni yatırımların edilməsi banklarda kapital çatışmazlığının yaranmasına səbəb olur. Məhz buna görə pərakəndə, kiçik və orta biznesin kreditləşməsi üzrə ixtisaslaşan bankların gəlirlilik səviyyəsi nisbətən yüksək olur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ