çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Gömrük Komitəsinin sədri Aydın Əliyev beynəlxalq toplantıda təqdimatla çıxış etdi…

Image


Xəbər verdiyimiz kimi, noyabrın 1-3 tarixlərində Kolumbiya Respublikasının Kartagena şəhərində Kolumbiya Beynəlxalq Ticarətdə Logistika Agentləri Federasiyasının (FITAC) 19-cu Beynəlxalq Konqresi, Amerika, İspaniya və Portuqaliya Peşəkar Gömrük Agentləri Assosiasiyası (ASAPRA) Baş Assambleyasının 48-ci Konqresi və Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının (AIOEA) 1-ci iclası keçirilib.

DGK-nın Mətbuat Xidmətindən “Bakı Xəbər”ə verilən məlumata görə, bu beynəlxalq toplantıda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev təqdimatla çıxış edib.

Təqdimatda öncə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası və müstəqilliyin möhkəmləndirilməsi, eləcə də ölkənin tərəqqisi yolunda əldə edilən uğurlardan bəhs edilib. İnkişaf siyasətinin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qoyduğu və bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi vurğulanıb. Azərbaycanın tarixi, təbiəti və mədəniyyəti, yerləşdiyi coğrafi məkanın əhəmiyyəti barədə ətraflı məlumat verilib, eyni zamanda, ölkənin zəngin neft və qaz resursları ilə tanındığı bildirilib.

DGK sədri Aydın Əliyev müasir Azərbaycan tarixinin acı reallığına - ölkənin Ermənistan hərbi qüvvələri tərəfindən işğala məruz qalmasına da toxunaraq, Ermənistanın işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmasıyla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etdiyini, lakin bu qətnamələrin yerinə yetirilmədiyini də diqqətə çatdırıb.

Təqdimatda Azərbaycanın yerləşdiyi əraziyə görə Asiya və Avropa arasında logistik mərkəz olduğu, buradan Şimal-Cənub və Şərq-Qərb kimi nəqliyyat dəhlizləri daxil olmaqla, hava, dəniz və dəmir yollarının keçdiyi, eləcə də qədim İpək yolunun mühüm hissəsi olması barədə məlumat verilib. Azərbaycanda son illər tranzit axını və ticarət dövriyyəsinin artması - logistik potensialın inkişaf etdirilməsi üçün mühüm layihələrin həyata keçirildiyi bildirilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin xüsusi önəmi qeyd edilib. Azərbaycan Gömrük Xidmətinin yaranma tarixi, onun funksiyaları və hüquqi bazası barədə də ətraflı danışılıb.

Sonra Komitə sədri Aydın Əliyev dünya üzrə bütün gömrük idarələrinin üzləşdiyi əsas problemlər - qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, malların dəyərinin aşağı və ya yuxarı göstərilməsi, əqli mülkiyyət hüquqlarının pozulması və digər gömrük hüquqpozmalarına toxunaraq, Azərbaycan gömrüyünün ən müasir yoxlama avadanlıqları ilə təchiz edildiyini, ölkənin bütün gömrük ərazilərində gömrük hüquq-mühafizə və mobil bölmələrinin, eləcə də "Hədəf" mərkəzinin fəaliyyət göstərdiyini bildirib.

"Azərbaycan Prezidentinin hərtərəfli dəstəyi sayəsində ölkənin gömrük xidməti qarşıdakı vəzifələr və yeni çağırışlara uyğun olaraq daim dəyişir", - deyə çıxışına davam edən Aydın Əliyev əlavə edib ki, Azərbaycan Gömrük Xidmətinin sonuncu Gömrük Məcəlləsi 2011-ci ildə qəbul edilib və 2012-ci ildə qüvvəyə minib. Məcəllə ÜGT-nin Kioto Konvensiyası və Avropa İttifaqının gömrük qanunvericilik normaları daxil olmaqla, qabaqcıl gömrük təcrübələri və standartları əsasında tərtib edilib. Bütün gömrük-sərhəd buraxılış məntəqələri yenidən qurulub və müasir yoxlama avadanlıqları ilə təchiz olunub. Komitə sədri deyib ki, idxal və ixrac əməliyyatlarının asanlaşdırılması üzrə atılmış digər mühüm addım sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin daşınması məqsədilə "Yaşıl dəhliz" və digər sürətli keçid sistemlərinin tətbiqidir. Bununla yanaşı, gömrük bəyannaməsinin təqdim edilməsi daxil olmaqla, bir çox gömrük xidmətlərinin elektron əsasda göstərilməsi təmin edilib.

Bundan başqa, ÜGT-nin Malların Buraxılış Vaxtının Ölçülməsinə dair Təlimat metodologiyasından istifadə etməklə, Malların Buraxılış Vaxtının Ölçülməsi layihəsi hazırlanıb və Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) inteqrasiyası təmin edilib. Layihə gömrük prosedurlarındakı və malların, eləcə də nəqliyyat vasitələrinin sərhəd boyu hərəkətindəki boşluqları müəyyən etməyə imkan yaradır. Həmçinin 2016-cı ildən başlayaraq risklərin idarə edilməsi sistemi VAİS çərçivəsində fəaliyyət göstərir. Bununla yanaşı, tranzit yük maşınlarına GPS qurğuları quraşdırılır. Bu, "Hədəf" mərkəzindən onların izlənilməsinə və təyin edilmiş marşrutdan yayındıqları zaman mobil qruplar sayəsində zəruri tədbirlər görməyə imkan yaradır.

O da diqqətə çatdırılıb ki, Azərbaycan Gömrük Xidməti ticarətin asanlaşdırılması və əməkdaşlığın gücləndirilməsi məqsədilə gömrük hüquqpozmalarının qarşısının alınması, əməkdaşların təlimi, ilkin məlumat mübadiləsi və gömrük nəzarəti nəticələrinin qarşılıqlı tanınması kimi sahələrdə ikitərəfli və çoxtərəfli əsasda bir sıra sazişlər imzalayıb. Azərbaycan gömrüklə əlaqəli bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. 2014-cü ildə Azərbaycan Gömrük Xidməti və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə Bakı şəhərində "Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi" mövzusunda Qlobal Konfrans keçirilib. 2015-ci ildə Bakıda keçirilən digər mühüm tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ev sahibliyi etdiyi və ÜGT tərəfindən təşkil edilən 10-cu PICARD Konfransı olub. Bundan başqa, Azərbaycan Gömrük Xidməti Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə birgə tələbə konfransları keçirir ki, indiyədək iki belə konfrans (2016-cı və 2017-ci illərdə) təşkil olunub.

Daha sonra DGK sədri Aydın Əliyev bildirib ki, Azərbaycan Gömrük Xidməti bir sıra beynəlxalq və regional təşkilatların üzvüdür. ÜGT ilə olduqca fəal əməkdaşlıq edir. Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzi yerləşir. Bakı şəhərində ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzi, bundan başqa, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Regional Ofisi də fəaliyyət göstərir.

Çıxışının sonunda Aydın Əliyev Azərbaycandakı Kinoloji Mərkəzin fəaliyyətinə ayrıca toxunaraq bildirib ki, burada narkotik vasitələrin, silah-sursatın, banknotların axtarışı üzrə itlərin təlim alması üçün zəruri avadanlıq və təlimçilər var. Mərkəzdə təlim almış itlər bir neçə beynəlxalq yarışın iştirakçısı və qalibidir. Mərkəzdə əməkdaşlıq əsasında, bir neçə ölkənin gömrük xidməti əməkdaşları üçün xüsusi təlimlər təşkil olunub və Azərbaycan Gömrük Xidməti təlim almış itləri həmin ölkələrin gömrük xidmətlərinə hədiyyə edib.

Sonda "Odlar yurdu - Azərbaycan" adlı videoçarx nümayiş olunub.

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ