çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

“Baku shoping festival”: planlar, gözləntilər, nəticələr

Image


Azərbaycan iqtisadiyyatının inkişaf strategiyasında turizm prioritet istiqamət olaraq nəzərdə tutulub. İxtisaslaşmış turizmin yaradılması “iqtisadi inkişaf strategiyası”nda istinad edilən 11 sektordan (8 əsas, 3 yardımçı olmaqla) biridir. 2016-cı ildə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndə  turizm üzrə “2020-ci ilədək  tədbirlər planı”, “2025- ci ilədək uzunmüddətli baxış” və “2025-ci ildən sonrakı dövr üçün hədəf baxış” hazırlanması da nəzərdə tutulub ki, ölkədə turizmin innovativ əsaslarla mərhələli artımını təmin etmək mümkün olsun. Görünür ki, indi Azərbaycanda turizmə mövsümi hadisə kimi deyil, iqtisadiyyatın diversifikasiyası üçün mühüm element olaraq yanaşılır.

Azərbaycan 2025-ci ilədək dünyada turistlərin ən çox üstünlük verdiyi 20 ixtisaslaşmış turizm məkanından birinə çevrilməkdə iddialıdır. Bunun üçün, qonşu ölkələrlə yanaşı, qlobal miqyasda tanınan dövlətlərdən də turistlərin cəlb edilməsi diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, indiyədək Azərbaycana səfər edənlər arasında ilk üç yeri Rusiya, Gürcüstan və İran turistləri tuturlar. Digər ölkələrdən gələn turistlərin kəmiyyətini artırmaq üçün ölkədə çeşidli proqramlar həyata keçirilir. Bu sırada  beynəlxalq brend tədbirlərin Azərbaycanda keçirilməsi də var.  “Formula-1”, “İslam Həmrəylik Oyunları”, “Bakı-2015 Birinci Avropa Oyunları”nın Bakıda təşkil edilməsinin məqsədlərindən biri də turizm üzrə gözlənilən  hədəflərə çatmaqdır. 

Ölkənin mövcud infrastrukturu, təbiəti, iqlimi, iri ticarət mərkəzləri, bir çox əmtəələrin qiymətlərinin ucuzluğu və ən əsası, ictimai-siyasi sabitlik, təhlükəsizlik Azərbaycanın turizm sahəsindəki iddialarını gerçəkləşdirməyə əsas yaradır. Əgər gözləntilər doğrularsa, 2020-ci ilədək olan ilk mərhələdə Azərbaycanda real Ümumi Daxili Məhsul (ÜDM) turizm sektorundan götürülən gəlirlər əsasında 465 milyon manat artacaq. Ümumilikdə 35 min, bilavasitə turizm sektorunda isə 25 min iş yerinin yaradılması da 2020-ci ilədək olan ilk mərhələ üçün hazırlanmış planın tərkib hissəsidir. Növbəti mərhələlərdə isə daha böyük nailiyyətlər gözlənilir.

Turizmin dünya iqtisadiyyatında payı ÜDM-nin 9-10 faizi qədərdir. Bu mənada, turizm istənilən ölkə üçün əhəmiyyətli gəlir mənbəyidir. Hər bir ölkə bu sahədən pay götürmək üçün uzunmüddətli rəqabət aparır. Azərbaycan isə rəqbətə yeni qoşulanlar sırasındadır. Azərbaycanda ixtisaslaşmış turizmin inkişafı üzrə proqramların hazırlanmasının tarixi, 2000-ci illərdən sonrakı dövrə təsadüf edir. Demək olar ki, bu sahəyə maraq daha çox qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi yönündə  addımlar atılması zərurətindən yaranıb.  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2002-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” bu mövzuda ilk baza sənəd kimi qəbul etmək olar. Buna baxmayaraq, ölkə turizm sənayesinin inkişafı sahəsində rəqib ölkələrin keçdiyi yolu, çox qısa müddətdə adlaya bilib. 2002-ci ildən keçən qısa zaman kəsiyində turizm sahəsində ciddi nailiyyətlər qazanılıb. Müqayisə üçün bildirək ki, 2002-ci ildə ölkəyə gələn turistlərin sayı 834 min 351 nəfər idisə, 2016-cı ildə bu rəqəm 2 milyon 242 min  783 nəfərə qədər yüksəlib...

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi haqqında" sərəncam imzalaması, həmçinin, "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın qəbul olunması turizm sənayesinin inkişaf etdirilməsi yönündə fəaliyyəti stimullaşdırıb. Görülən işlərin nəticəsi olaraq, 2011-ci ildən 2016-cı ilədək olan müddətdə Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayının orta hesabla illik 8,5 dəfə artması təmin edilib. 2016-cı il üzrə statistikaya görə, turizm sənayesinin ölkə ÜDM-də payı 4,3 faizə qalxıb. Qəbul edilmiş proqramların tam icra edilməsindən sonra, turizmin ölkədə ÜDM-yə təsir imkanları inkişaf etmiş ölkələr səviyyəsinə çatacaq.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiqlənməsi Azərbaycanın ixtisaslaşmış turizm məkanlarından birinə çevrilməsi yönündə işləri daha da sürətləndirib. Sənəd turizm üzrə hədəfləri və bu hədəflərə çatmaq üçün vasitələri aydın göstərir. Bakı ilə yanaşı regionlara da çeşidli turizm marşrutlarının hazırlanması, ölkəyə gəliş üçün viza proseslərinin sadələşdirilməsi kimi onlarca proqram  turizm sahəsində hədəfə çatmaq üçün atılmış mərhələli addımlardır.

“Baku shopinq festival” turizm  üzrə hədəflərə çatmaq üçün uğurlu vasitədir

Günümüzdə sürpriz kimi ortaya çıxan aşağı qiymətli hava reyslərinin təşkilinin də turizmin inkişafı üzrə strategiyaya bağlılığı var. Yol xəritəsi “əsas tələb bazarları ilə hava əlaqəsinin təkmilləşdirilməsi”ni bir öhdəlik olaraq qarşıya qoyur. Bunu nəzərə alaraq, Azərbaycan Konqreslər Bürosu və AZAL birgə təşkilatçılıq edərək, “Baku Shopping Festival” çərçivəsində 10 şəhərdən Azərbaycana sərfəli turlar təşkil ediblər. Ölkəyə turist axınını stimullaşdırmaq üçün təşkil edilən tur-paketlərə birbaşa uçuş bileti, transfer, iki nəfər üçün nəzərdə tutulan otaqda gecələmə, səhər yeməyi, festival iştirakçısı olan mağazalara turlar daxil edilib.

Yeri gəlmişkən qeyd edək ki, turizmin inişafı yönündə icra edilən proqramlar sırasında “Baku Shopping Festival” xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixdə imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq keçirilən şopinq festivallar həm turizmin inkişafı  strategiyasına, həm də ümumilikdə milli iqtisadiyyatın diversifikasiyası proqramına mühüm töhfələr verə bilib.

Azərbaycan Konqreslər Bürosunun təşkilatçılığı ilə 2017-ci ilin 10 aprel-10 may aralığına keçirilən 1-ci Bakı Şopinq Festivalın uğurlu nəticələri eyni il daxilində 2-ci festivalın təşkilinə marağı artırıb. Kampaniya ölkədə həyata keçirilən layihələrlə müqayisədə nisbətən az investisiya ilə yüksək nəticələrə çatmaq baxımından diqqət çəkir. 1-ci festivalın nəticələrini şərh edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, “Bakida keçirilən 1-ci Şopinq Festivala 700 min manat xərclədik, büdcəyə isə 5,6 milyon manat vəsait daxil oldu”. Bu, festivalın gətirdiyi maddi gəlirin yalnız dövlət büddəcisinə aid olan hissəsidir. Ümumilikdə 1-ci şopinq festivalın maliyyə dövriyyəsi 18 milyon 167 min 892 manata çatıb ki, bu dövriyyədən özəl iaşə obyektləri, ticarət müəssisələri və digər xidmət sahələri gəlir əldə ediblər. Statistikaya görə, onların 18%-dən 200%-ə qədər satış artımları olub. Kampaniya tərkibində Azərbaycanda ilk dəfə “Tax free” sistemi tətbiq edilib, alıcılara 1,8 mln manat ƏDV qaytarılıb. Bu yolla həm yerli əhalidə, həm də turistlərdə maraq yaradılıb, onları ölkə içində ticarətə həvəsləndirib.  Proqnozlara görə, 10 aprel-10 may tarixlərində keçirilən 1-ci, 15 oktyabr-15 noyabr tarixlərində keçiriləcək 2-ci Bakı şopinq festivalllar  nəticəsində ölkə büdcəsinə ümumilikdə 50 milyon manatadək vəsait daxil olacaq. İki festivalın təşkili üçün çəkilən xərclərin cəmi isə 1 milyon 500 min manatdır. 2-ci festivala 600-ə yaxın ticarət obyektinin, supermarketin, aptekin qoşulması deməyə əsas verir ki, 1-ci festivalın nəticələri uğurlu olub. Belə ki, 2-ci festivala qatılan ticarət obyektlərinin sayı 3 dəfə yüksəlib, kampaniya, alıcılarla yanaşı, xidmət təklif edənlər üçün də əlverişli şərait yarada bilib. Məlumat üçün qeyd edək ki, festival ərzində kampaniyaya qoşulmuş  obyektlərdə alıcılara minimum 10%, bəzi mallar üzrə isə 70%-ə qədər endirimlər təklif edilir.

Amma Bakı Şoppinq Festivalın ölkə üçün faydası təkcə maddi gəlirlə, yaxud turist axınını stimullaşdırmaqla yekunlaşmır. Kampaniya dövründə beynəlxalq və yerli  KİV Bakı Şopinq Festivallarının təşkilinə əhəmiyyətli yer ayırıb. 15 oktyabrda başlanan 2-ci festival barədə qısa müddət ərzində xarici mediada təqribən 60-dan çox məqalə dərc edilib. Ərəb ölkələri, postsovet ölkələri, Türkiyə, İran, İsrail, Hindistan, Pakistan, Böyük Britaniya, Kanada KİV-ində yayımlanan məqalələrdə Bakı şopinq festivalla yanaşı, Azərbaycan və onun paytaxtının tanıdılmasına da əhəmiyyətli yer verilib.

Nəticələr

Rəsmi statistikaya görə, turizm sənayesində çalışanların sayı 2017-ci ildə 46 min nəfərə çatıb ki, bu da proqnozlaşdırılandan təqribən 29% yüksəkdir. Yuxarıda qeyd etmişdik ki, turizmin inkişafı üzrə proqramlarda 2020-ci ilədək olan ilk mərhələdə ümumilikdə 35 min, bilavasitə turizm ektorunda isə 25 min iş yerinin yaradılacağı nəzərdə tutulmuşdu.

2017-ci ilin daha bir uğuru ölkəyə gələn  turistlərin kəmiyyəti ilə bağlıdır. İlin 9 ayı ərzində   Azərbaycana 2 milyon 71 min 918 nəfər turist gəlib, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 20,9  faiz artım deməkdir. Hesablamalara görə, ilin ilk 8 ayında gələn turistlərin ölkə içində xərclədikləri vəsait 700 milyon dollardan yüksəkdir ki, bu da  ölkə büdcəsi ilə yanaşı,  özəl xidmət sektoru üçün ciddi mənbədir. Uğurlu nəticənin əldə edilməsində “Baku Shopping Festival”ların xüsusi payı var. Festival çərçivəsində icra edilən proqramlar, o cümlədən güzəştli tur paketlər və “Tax-free” sistemiqonşu ölkələrdən turist axınını stimullaşdırıb.

Şopinq festivallar dünya turizm və ticarət təcrübəsində mövcuddur. Türkiyə, Sinqapur və Birləşmiş Ərəb Əmirliklərində tətbiq edilərək turist axınını stimullaşdıra bilib. MDB məkanında isə ilk dəfə Azərbaycanda təşkil edilib. Azərbaycan beynəlxalq kampaniyaya milli çalar qatmaqla onu daha da möhtəşəm və uğurlu edə bilib. Həm də daxil olduğu region üçün yeni ənənə yaradıb. Təsadüfi deyil ki, Tiflis şəhər meri, Gürcüstan baş nazirinin keçmiş müavini Kaxa Kaladze, həmçinin, gürcü iqtisadçı ekspert  İosif Arçvadze Azərbaycanda tətbiq edilən şopinq festival  ənənəsinin Gürcüstanda da ciddi maraq oyatdığını, gələcəkdə bu praktikanın Bakıda və Tibilisidə eyni vaxtda tətbiq ediləcəyinə inandıqlarını bildiriblər. Türkiyə Mərmərə qrup strateji-sosial araşdırmalar vəqfinin başqanı Akkar Sunerisə Azərbaycanda yaradılan bu ənənənin bütün regiona təsir edəcəyini bildirib.

2-ci Bakı Şopinq Festivalının davam etdiyi bir dövrdə Dünya Bankının Azərbaycanla bağlı müsbət rəy açıqlaması da təsadüfi deyil. Qurum ötən həftə yaydığı hesabatında Azərbaycanın adını “Doing Business 2018” hesabatında 8 pillə irəli çəkərək, 190 ölkə arasında 57-ci yerə yüksəldib.

Ən əsası isə, Azərbaycan Avropa və mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşib. Bundan öncə  isə Dünya Səyahət və Turizm Şurası Azərbaycanı 2010-2016-cı illərdə turizmin sürətlə inkişaf etdiyi ölkələr sırasında ilk 10-luğa daxil edib.

İndiki templə davam edərsə, Azərbaycanın 2025-ci ilə planlaşdırdığı “Dünyada turistlərin ən çox üstünlük verdiyi 20 məkandan biri”nə çevrilmək iddiaları daha tez doğrula bilər.

Müşfiq ƏLƏSGƏRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ