Azərbaycan-İran birgə avtomobil zavodunda avtobus da istehsal oluna bilər. Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, bu məsələ İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə müzakirə olunub: "Biz bu məsələ üzrə ilkin danışıqlara başlamışıq. Birinci mərhələdə zavodda avtomobil istehsalı təşkil olunacaq. Gələcəkdə isə birgə avtobus istehsalını istisna etmirik".
Ş.Mustafayev deyib ki, Azərbaycan və İran kənd təsərrüfatı texnikasının istehsalı üzrə birgə müəssisə yaradılmasını müzakirə edirlər.
Nazir qeyd edib ki, hər iki ölkə kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır: "Biz, həmçinin müxtəlif birgə müəssisələrin yaradılması və toxum istehsalı, arıçılıq, heyvandarlıq və digər sahələrdə əməkdaşlıq üzrə danışıqlar aparırıq".