Avropa İnvestisiya Bankı (AİB) yaxn zamanlarda Transanadolu və Transadriatik boru kəmərlərinin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edəcəyinə ümid edir. Bunu Trend-ə AİB-in vitse-prezidenti Vazil Xudak deyib.
Onun sözlərinə görə, TAP və TANAP boru kəmərləri Avropa üçün, eləcə də Azərbaycan və Avrasiya məkanı üçün çox vacib layihələrdir: “AİB bu layihələrdə potensial maliyyə tərəfdaşlarından biridir. Bizim mövqeyimiz Aİ-nin təkcə Azərbaycanla bağlı yox, həm də Türkiyə və layihənin tərkib hissəsi olan digər ölkələrlə bağlı mövqeyilə əlaqəlidir”.
AİB-in vitse-prezidenti qeyd edib ki, maliyyələşdirmə qərarlarının qəbul edilməsi təkcə bankdan yox, Avropa Komissiyasının üzv-ölkələrlə koordinasiyasında asılıdır.