çərşənbə günü, 07 oktyabr 2026
     

COP-a bir ay qaldı - Xəzərdə fəlakət artır...

Image


"İqlim dəyişmələri bütün qitələrin ölkələrinə təsir edir, lakin inkişaf etməkdə olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır. İqlim dəyişmələri bütün dünyada insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində tərəqqiyə mane olur. Burada Azərbaycan da istisna deyil. 

Biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin isə səviyyəsinin aşağı düşdüyünü görürük. Azərbaycan su qıtlığı problemi ilə də üzləşir. Azərbaycan bu təhdidlərin öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır. Biz milli səviyyədə "təmiz ətraf mühit və yaşıl artım" üzrə sosial-iqtisadi prioritetimizi uğurla reallaşdırırıq. Azərbaycan 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edib". Bu fikirlər president İlham Əliyevin Bakıda keçirilən Pre-COP29 tədbirinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Qeyd edək ki, Azərbaycan Xəzərlə bağlı yaranan problemə mütəmadi diqqət çəkir. Elə gələn ay ölkəmizdə keçiriləcək COP29 çərçivəsində də Xəzər dənizi ilə bağlı durum xüsusi diqqət mərkəzinə yer alacaq. Proseslər isə dənizlə bağlı durumun heç də xoş olmadığını göstərir. Qazaxıstanın  "Kazidromet" Respublika Dövlət Müəssisəsinin Xəzər dənizinin hidrometeoroloji tədqiqi İdarəsinin rəisi Ayzat Eltay bildirib ki, dənizin səviyyəsi 2024-cü ildə azalmağa davam edəcək. Bu ilin birinci yarısında Qazaxıstan ərazisində, dənizin şimal-şərq hissəsində suyun orta səviyyəsi mənfi 28,85 metr, Orta Xəzər dənizində isə mənfi 29,19 metr təşkil edib. Proqnozlara əsasən, bu il dənizin səviyyəsi keçən illə müqayisədə 15 santimetr azalacaq. Mütəxəssislərin qeyd etdiyi kimi, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin əsas səbəbi iqlim dəyişmələri və havanın temperaturunun yüksəlməsidir. İkinci mühüm səbəb dənizin su balansına təsir edən antropogen amillərdir. Xəzər dənizinə təxminən 130 çay axır, lakin regionun ən böyük çayı olan Volqadan suyun axını əhəmiyyətli dərəcədə azalıb. 1938-ci ildən 2020-ci ilə qədər Volqa çayında baş verən hidroloji dəyişiklikləri və onların Xəzər dənizinin səviyyəsinə təsirlərini araşdıran tədqiqatçılar Volqa çayının yüksək axını ilə onun hövzəsində artan atmosfer yağıntıları arasında korrelyasiya olduğunu aşkar ediblər. Bununla belə, son illərdə "Verxneye Lebyazhie" hidroloji stansiyasında qlobal temperatur anomaliyalarını üstələyən iqlim istiləşməsi ilə əlaqədar axın əmsalının əhəmiyyətli dərəcədə azalması müşahidə edilib. Bu istiləşmənin çay axınına və dəniz səviyyəsinə təsiri ölçülüb və nəticədə 1977-ci ildən 2020-ci ilə qədər dəniz səviyyəsində 133 santimetr azalma müşahidə edilib. Tarixən Xəzər dənizinin səviyyəsinin dəyişməsi 2005-ci ilə qədər Volqa çayının axınındakı dalğalanmaları əks etdirsə də, 2006-cı ildən dəniz səviyyəsi çay axınının dəyişməsindən asılı olaraq nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Tədqiqatlar göstərir ki, Xəzər dənizi üzərində səthin buxarlanmasına təsir edən külək xüsusiyyətlərinin dəyişməsi son illərdə dəniz səviyyəsinin belə sürətlə azalmasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Şübhəsiz ki, Xəzər dənizinin dayazlaşması məsələsi beş Xəzəryanı dövlətin maraqlarına birbaşa toxunur. Xəzər hövzəsinin dayazlaşması Amazon hövzəsi kimi regionlardan fərqli olaraq, beynəlxalq aləmdə haqqında çox az danışılan qlobal problemdir. Bu, daha geniş yanaşma tələb edən ciddi çağırışdır. Elə o səbəbdən Azərbaycan prezidenti dəfələrlə müxtəlif beynəlxalq platformalarda bu problemə diqqət çəkib. Bunlar fonunda Bakıda keçiriləcək COP29 tədbirində Xəzərin problemi əsas müzakirə mövzularından olacaq. Bir müddət əvvəl ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov da qeyd etmişdi ki, Bakının ev sahibliyi edəcəyi COP29 tədbirində də əsas mövzulardan biri Xəzərin probleminə həsr olunacaq: "Baş mövzu iqlim maliyyələşməsi olsa da, panel mövzulardan biri Xəzərin problemlərinə həsr olunacaq. Müxtəlif təkliflər səsləndiriləcək ki, Xəzərin problemlərinin həlli üçün hansı addımlar atılmalıdır. Həmçinin azalma əgər qaçılmazdırsa, hansı tədbirlərlə adaptasiya işləri görüləcəyi müzakirə olunacaq".  Onun sözlərinə görə, Xəzər dənizinin son 20 ildə səviyyəsi 2.5 metr azalıb: "Bununla bağlı müxtəlif platformalarda müzakirələr aparılır. Müzakirələrdə ən aktiv ölkələrdən biri də Azərbaycandır. Çünki Azərbaycan da bu problemdən əziyyət çəkir. Son on ildə dünya okeanının səviyyəsi artsa da, ölkəmizdə əksinə olaraq su ehtiyatları azalıb. Son on ildə dünya okeanının səviyyəsi 10 santimetr artıb. Azərbaycanda isə əksinə iqlim dəyişmələrinin təsirləri su ehtiyatlarının, düşən yağıntının miqdarının, ölkəmizə transfer olunan su ehtiyatlarının azalması ilə müşahidə olunur. Son 30 ildə ölkəyə transfer olunan suların miqdarında azalma müşahidə olunur. Ümumiyyətlə, Azərbaycanın su ehtiyatlarının son 30 ildə azalması 15 faizdən çoxdur. Proqnozlar da narahatedicidir. 2050-ci ilə qədər ən optimist rəqəmlərə görə su ehtiyatlarımız daha 15-20 faiz azalacaq". Onu da qeyd edək ki, Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı tədqiqatların aparılması üçün müvafiq nazirlik və idarələrin, elmi-tədqiqat institutlarının nümayəndələrindən ibarət işçi qrup yaradıblar. Birgə iş formatında mütəxəssislər Xəzər dənizinin səviyyəsində dəyişikliklərin səbəblərinin araşdırılması, qısa və uzunmüddətli proqnozlar, monitorinqlərləri özündə əks etdirən tədbirlər planı hazırlayacaqlar. Su səviyyəsinin dəyişməsi, birgə elmi araşdırmalar, həmçinin sahilyanı ərazilərə mənfi təsirin azaldılmasına yönəlmiş digər addımlar atılacaq.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ