çərşənbə günü, 25 noyabr 2026
     

Pre-COP29 çərçivəsində “Troyka ölkələrinin 1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusu müzakirə edildi

Image


Pre-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə "Troyka ölkələri"nin "1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi" mövzusunda yan tədbir keçirilib.

Tədbirdə COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcəyini deyib: "Belə ki, bütün tərəfləri cəlb etməklə insan inkişafı, irriqasiya və gənclərlə bağlı tədbir olacaq. Biz ambisiyaları genişləndirməli, ölkələrə istixana qazlarını azaltmalarına imkan yaratmalıyıq. Şəffaflıq inam və etibar quruculuğu istiqamətində vacib addımdır. Bizim fəaliyyətimiz koordinasiyalı olmalı, iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə cəlb etməliyik. Bizim fəaliyyətimiz iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasına hesablanmalıdır. İqlim dəyişmələri ilə mübarizə fondunun yaradılması dövlət və özəl tərəfləri bir araya gətirəcək".

COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29-un iqlim dəyişmələri problemində praktiki həllər tapmağa imkan yaratdığını diqqətə çatdırıb: "Düşünürəm ki, COP29 bu istiqamətdə həlledici rol oynayacaq. Biz təcrübələrlə yanaşı, eyni zamanda, geniş tərəfdaşlıqlar qurub, mövcud tərəfdaşlıqları inkişaf etdirəcəyik. Dayanıqlı gələcək qurmaq, 1,5 planına sadiq qalmaq bizim əsas hədəfimizdir".

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri və COP28-in Prezidenti Sultan Əl Cəbir deyib: "COP29 ekologiyanın qorunması istiqamətində harmoniya yaratmalı, bir körpü rolu oynamalıdır. Düşünürəm ki, burada müzakirə olunan səylər öz bəhrəsini verəcək. Dünyanın ən böyük iqlim üzrə tədbiri hər bir ölkənin üzərinə düşən işləri açıq şəkildə müzakirə etməyə şərait yaradır. Beynəlxalq əməkdaşlıq hər bir səviyyədə mühümdür. Bu əməkdaşlıq çərçivəsində qabaqcıl təcrübələri paylaşmalı, texnologiyaları tətbiq etməliyik. İnvestisiyalar karbonsuzlaşmağa yatırılmalıdır. Biz real iqlim dözümlülüyü yaradırıq və karbon qazının azaldılması istiqamətdə addımlar atırıq".

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil qeyd edib ki, hər hansı bir işdə nəticə əldə etmək yalnız əməkdaşlıq çərçivəsində mümkündür: "Biz COP29 çərçivəsində iqlim problemlərinin təsir etdiyi bütün sahələrdə yeni həll yolları tapmaq istəyirik. COP29 yeni həll yolları tapmaq üçün stimullaşdırıcı rol oynamalıdır. Paris Sazişində qeyd olunanlar bütün ölkələrin gələcək ekologiya siyasəti üçün xəritədir. Düşünürəm ki, Azərbaycanda keçirilən COP29 bu xəritəyə işıq tutacaq".

Brazilyanın Xarici İşlər Nazirliyinin İqlim, enerji və ətraf mühit üzrə katibi Andre Korrea do Laqo deyib: "Müşahidələr göstərir ki, çətin durumdayıq, ciddi parçalanma, pərakəndəlik var. Lakin gələcək üçün addım atmalı, çoxtərəfliliyi təşviq etməliyik. Biz BƏƏ konsesusunu qiymətləndirir, Bakıdan yüksək nəticə gözləyirik. Braziliya çoxtərəfli legitimliyə inanır. Odur ki, beynəlxalq əməkdaşlıq istiqamətlində bizə güvənə bilərsiniz. Ümumilikdə, gördüyümüz işlər çoxtərəfliliyi təşviq etməlidir".

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstranın sözlərinə görə, geosiyasi problemlər çox mürəkkəb məsələdir, ancaq bu, bəhanə ola bilməz: "Dubayda əldə olunan nailiyyətlər genişləndirilməlidir. Bizim 2050-ci ilədək xalis sıfır karbon emissiyasına nail olmaq məqsədimiz var. Bu sahədə elmi araşdırmalar üçün digər ölkələrə dəstək olmaq vacibdir. Bir sıra layihələr var ki, bunların icrası mütəxəssislərin iştirakı ilə sürətləndirilməlidir. İqlim dəyişikliyinin Yer kürəsinə təsiri və ölkələrin bu istiqamətdə görməli olduğu işlər müzakirə olunmalıdır. Biz hədəflərimizin 90 faizini 2040-cı ilə qədər yekunlaşdırmaq istəyirik".

BMT Baş katibinin birinci müavini Amina Mohammed qeyd edib ki, COP29 kollektiv məqsədin müəyyənləşdirilməsi istiqamətində bir testdir: "Dünyanın belə tədbirlərə böyük ehtiyacı var. Qlobal dünya bacardığımızı görməlidir. Qarşıdakı aylar çox önəmlidir. Cəsarətli olmalı, fəaliyyəti gücləndirməliyik. Geriyə yol yoxdur, yalnız irəli gedəcəyik. Troyka bizdən NDC ilə bağlı koordinasiya olunmuş dəstək tələb edir. Biz lazım olan dəstəyi üzərimizə götürməklə bağlı tələb edirik ki, bütün sektorlar hökumət səviyyəsində əməkdaşlıq etsinlər. Bütün tərəfdaşları dəstək göstərmək üçün bizə qoşulmağa səsləyirəm. Bizim vaxtımız tükənir. Beynəlxalq ictimaiyyət olaraq öhdəliklər götürmüşük. Biz milli öhdəliklərin yerinə yetirilməsinə baxacağıq. Troyka çərçivəsində milli öhdəliklərin necə həyata keçirilməsini monitorinq etmək və milli iqtisadiyyatlardakı dəyişiklikləri izləmək niyyətindəyik".

Sinqapurun davamlılıq və ətraf mühit naziri Qreys Fu Hay Yen beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb: "İqlim dəyişmələri məqsədlərinə yalnız beynəlxalq əməkdaşlıqla nail olmaq olar. Eyni zamanda, innovativ maliyyələrin cəlbinə ehtiyac var. Biz bu məsələdə israrlıyıq. Eyni zamanda karbonsuzlaşdırma layihələri ilə bağlı özəl şirkətləri də cəlb etməliyik".

COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib: "Tərəflərin Paris Sazişinin şərtlərinə əməl etməsi üçün onlara dəstək göstərmək vacibdir. Biz prosesin inklüziv şəkildə həyata keçirilməsinə imkan yaratmalıyıq. Regionlar və şəhərlər ambisiyalarını genişləndirə, vətəndaş cəmiyyətləri və yerli icmalar milli iqlim dəyişikliyi planlarının icrasına çox böyük töhfə verə bilərlər. Biz gələcək nəsillərə təmiz və sağlam gələcək ötürmək istəyirik. Yeni imkanların yaradılması bizim üçün olduqca vacibdir. İqlim dəyişikliyi ilə mübarizədə dövlət və özəl sektor tərəfdaşlığı çox önəmlidir. Bəzi sahələr var ki, orada əməkdaşlıq bizim üçün çox önəmlidir".

Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının baş katibinin xüsusi müşaviri Firdaous Oussidhoum iqlim dəyişikliyinin fəsadları barədə danışıb: "İqlim dəyişikliyinin fəsadları sərhədləri aşır. Ölkələr artıq düzgün strategiya yaratmalıdırlar. iqlim probleminin həlli beynəlxalq əməkdaşlıq ilə mümkündür".

Keniyanın Ətraf Mühit, İqlim Dəyişikliyi və Meşə Təsərrüfatı Nazirliyinin Baş katibi Festus Ng’eno qeyd edib ki, beynəlxalq əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizədə ən vacib alətlərdən biridir: "Bu istiqamətdə COP29 olduqca ideal platformadır. Afrika ölkələri arasında beynəlxalq əməkdaşlıq genişləndirilməlidir. Afrika ölkələri iqlim dəyişikliyinin təsirlərinə ən ağır formada məruz qalan ölkələrdir. Qida təhlükəsizliyi, su problemləri ilə mübarizə bizim xalqların mövcud reallığıdır. Əməkdaşlıq bizim yeganə çıxış yolumuzdur".

Tədbir müzakirələr və sual-cavab qismi ilə davam edib.

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ