çərşənbə günü, 07 oktyabr 2026
     

Zaqatalanın məxməri çayının əvvəlki şöhrəti özünə qaytarılmalıdır

Image


Bundan ötrü təcrübə və bazar var, təşəbbüs göstərilməli, investisiya cəlb edilməlidir  

Zaqatala çayını həmişə ya fabrikin özündən, ya da dükanlarından alıram. Yerli məhsulumuza elə öyrəşmişik ki, kənardan gələn çaylardan həmin dadı, ləzzəti ala bilmirik. Amma gərək dəmləmə müddətini uzadasan, rəng deyil axı, əsl çaydır, orijinaldır. Hə, mən də evə 2 kilo almışdım, bacım zəng elədi ki, onunçün də götürüm. Xeyli çətinliklə tapdım – 1 kq "Buket", 1 kq da "Ekstra..."

Zaqatalanın şəhərdaxili avtobusunda iki nəfərin söhbətinə təsadüfən qulaq yoldaşı oldum. Xəyal məni 35 il öncəyə - rayonda çıxan "Qırmızı Bayraq" qəzetində çalışdığım vaxtlara apardı. O zaman burada ucsuz-bucaqsız çay plantasiyaları vardı. Çay Emalı Fabrikinə də Abdulməcid Şabanov adlı zəhmətkeş, işgüzar şəxs rəhbərlik edirdi. Ötən əsrin yetmişinci-səksəninci illərində respublikamızda 38 min hektarda çay yetişdirilib. 35 min tona yaxın quru çay istehsal olunub. Keçmiş SSRİ-nin çaya ehtiyacının 12-15 faizini Azərbaycan ödəyib. Çayçılığın vətəni Lənkəran, Astara, Masallı, Zaqatala, Balakən sayılırdı. Sonralar kollektiv təsərrüfatların ləğvi və digər səbəblərdən bu sahə baxımsız qaldı, çay plantasiyaları otlaqlara çevrildi, pay torpaqlar kimi əhali arasında bölüşdürldü. Nəzərə alsaq ki, bu bitki əkiləndən 13-15 il sonra normal şəkildə keyfiyyətli məhsul verir, barlı-bəhərli tarlalara ögey münasibətin necə bir məsuliyyətsizliyə, hətta cinayətə yol açdığı anlaşılar. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə iqtisadiyyatda da sabitlik yarandı, geriləməyə son qoyuldu, tərəqqi əldə edildi. Prezident İlham Əliyevin sərəncamı ilə qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları, eləcə də "Azərbaycan Respublikasında 2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı" aqrar sektorun, o cümlədən çayçılığın inkişafına təkan verdi. Azərbaycan çayının əzəmətini qaytarmaqdan ötrü subtropik zonada və şimal-qərb bölgəsində müəyyən tədbirlər həyata keçirilməyə başlandı.

Zaqatalada da sözügedən yöndə müəyyən işlər həyata keçirilib, amma daha miqyaslı kompleks tədbirlərə ehtiyac var. Abdulməcid müəllimin uzun illər can yandırdığı çayçılığı qoruması sayəsində fabrik və plantasiyaların bir hissəsi dağılmaqdan xilas edilib. Hazırda xeyli yaşlaşmış mütəxəssis dəfələrlə həyəcan təbili səsləndirib, müraciətlər ünvanlayıb, müvafiq qurumlar həmin təklifləri dinləyib, yuxarı instansiyalara göndəriblər: "Vaxtilə Zaqatala ərazisində 90 hektar məhsuldar çay plantasiyaları mövcud olub, bu plantasiyalardan hər il orta hesabla 250 tona yaxın yaşıl çay yarpağı yığılıb. Zaqatala Çay Emalı Fabrikində istehsal olunan quru çayın həcmi ümumilikdə 65-70 tona çatırdı. Ancaq zaman keçdikcə plantasiyaların həcmi azalaraq 30 hektara düşdü. İndi rayonun yalnız "Qazangül" adlanan ərazisində 13 hektarlıq sahə qalıb. Çay plantasiyalarının bərpası və genişləndirilməsi üçün irihəcmli investisiyaların qoyulmasına ehtiyac var".

 O, təqaüdə çıxdıqdan sonra isə oğlu Pərviz necə deyərlər, çay maşınının sükanı arxasına keçib. Ata təcrübəsindən bəhrələnməklə övlad təşəbbüskarlığı zəminində indi burada çay yarpağı tədarükü və istehsalı ilbəil artır. Fabrikdə də bizi "Zaqatala Çay" MMC-nin rəhbəri Pərviz Şabanov qarşıladı. Söhbət əsnasında məlum oldu ki, rayonda ilk çay bitkisi 1946-cı ildə əkilib. Bundan 11 il sonra, yəni 1957-ci ildə çay fabriki tikilib. Elə binanın fasadı üzərində də həmin rəqəmi görmək mümkündür.

"Zaqatalada çayçılığın inkişafı, müştərilərimizin yüksəkkeyfiyyətli məhsulla təminatı üçün əlimizdən gələni əsirgəmirik. MMC-miz rayonda çayın becərilməsi və emalı ilə məşğul olan yeganə müəssisədir. 13 hektarlıq çay plantasiyamız var. Cari ildə 4.5 ton çay yarpaqı emal etmişik, bu, ötən ildəkindən yarım ton çoxdur. Hər hektarın məhsuldarlığı isə 2 tondan çoxdur. Bu sahəni genişləndirməkdə məqsədimiz təkcə maddi qazanc götürmək deyil, eyni zamanda daha çox insanı işə təmin etmək və Zaqatala çayıının əvvəlki şöhrətinin bərpası kimi mənəvi məsələlərdir" - deyə, P.Şahbazov qəzetimizə müsahibəsində bildirir. 

67 yaşlı sənaye müəssisəsinin sexlərinə daxil oluruq. Sanki istehsal məkanı yox, bir sənət, sənətkarlıq məbədididr. Hər yandan halal zəhmət, eləcə də dadlı çay qoxusu gəlir. Zaman-zaman burada çalışanların ən müxtəlif nəsilləri əsl əmək xarüqələri göstəriblər. Ötən müddət ərzində Zaqatala çay fabriki rayonun digər obyektləri – fındıq zavodu, istehsalat kombinatı, ətriyyat-kosmetika fabriki, "Nord" elmi-istehsalat birliyi, kərpic zavodu, baramaqurutma məntəqəsi, tütün fermentləşdirmə zavodu, tikiş fabriki ilə birgə addımlayıb, əmək cəbhəsinin bir hissəsini təşkil edib. Yaş  çay kütləsini qəbulu məntəqəsindəki əşyalardan tutmuş, soluxdurma kameraları, qurutma sobaları, çeşidləmə lenti və toruna qədər, burada hər şey öz funksiyasını lazımınca və qədərincə yerinə yetirib, "yorulmaq", dayanmaq bilməyib. İndi də müxtəlifdərəcəli təmir - qaynaqetmə, detaldəyişmə, yamama, yapışdırma ilə ömürlərini uzadaraq fəaliyyətlərini davam etdirirlər.         

"Zaqatala Çay" MMC-nin sədri söyləyir ki, fabrikin avadanlıqlarının yenilənməsinə ehtiyac var, amma çalışırlar ki, hələlik bu, istehsal prosesinə və keyfiyyətə təsirsiz ötüşsün: "Müəssisəmizdə beş növ üzrə - ""Buket", "Ekstra", "Əla növ", "Yarpaq əla" və "Yarpaq" çayları istehsal edilərək müştərilərə təqdim olunur. Məhsulumuzun 90 faizi artıq satılıb, amma tələbat tam ödənməyib, çoxsaylı müraciətlər var. Bütün respublika üzrə əhalinin çayla təminatı 85-90 faiz xarici idxaldan asılıdır. Gələcəkdə çalışmalıyıq ki, çay plantasiyalarının genişləndirilməsi və müasir texnologiyaların tətbiqi ilə daxili istehsalı artıraq, xalqımızın çaya olan ehtiyacını daha artıq ödəyək".

Çayçılardan Ziyafət Nağdəliyeva, Tünzalə Əhmədova, Akif Mirzəliyev, Gültəkin Fətəliyeva, Nəzakət Məmmədova, Kamran Şabanov, Mətanət Hüseynova və başqalarının gərgin zəhməti daim öz bəhrəsini verməkdədir.

Zaqatalada yaşayan ağsaqqal, təcrübəli çayçıların açıqlamalarına görə, rayonda çayçılığın bu vəziyyətə düşməsinin bir səbəbi də plantasiyaların "qocalması" ilə əlaqədardır: "75-78 il əvvəl əkilmiş çay kollarından yüksək məhsuldarlıq gözləməyin mənası yoxdur. Əvvəlki vaxtların anomal istiləri bu bitkiyə də təsirsiz ötüşmədi. Çay kollarının xeyli hissəsi quruyub sıradan çıxdı. Qonşu Balakən və Qax rayonları ərazisində də çay plantasiyaları salınmışdı. Qaxda sahələr məhsuldar olmasa da, Balakəndə hər il 40 ton çay toplanırdı. 4 kq yaşıl kütlədən 1 kq quru çay alınmasını nəzərə alsaq, bu, təxminən 10 ton çay demək idi. Son illərdə yağıntıların miqdarının normallığı məhsuldarlığa ümidləri artırır. Maliyyə təminatına ehtiyac var, uzunmüddətli güzəştli kredit ayrılarsa, yenidən Zaqatala çayının şöhrətini qaytarmaq mümkündür. Bir hektar çay plantasiyasının salınması və becərilməsinə 30 min manat tələb olunur. Çayçılığın inkişafı eyni zamanda iş yeri deməkdir. Ailə üzvləri ilə birlikdə dərim dövrü bir günə 80-100 kq çay təhvil verənlər var. Bu, ailənin gündə 100-150 manat, hətta daha çox maddi qazancıdır". 

Məlumat üçün qeyd edək ki, Zaqatala çay fabrikinin istehsalı olan ""Buket"in bir kiloqramı 35, "Ekstra" 34, "Əla növ" 25, "Yarpaq əla" 20, "Yarpaq" çayı 15 manata təklif edilir.

Qurban CƏBRAYIL

"Mədəniyyət" jurnalının redaktoru




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ