çərşənbə günü, 07 oktyabr 2026
     

Azərbaycanda saatlıq əmək haqqına keçidin üstünlükləri dərhal görünəcək...

Image


Bəlli olduğu kimi, dünyanın bir çox ölkəsində, xüsusən də Qərb dövlətlərində minimum aylıq əməkhaqqı anlayışından istifadə olunmur. Həmin ölkələrdə minimum əməkhaqqı texniki olaraq  işçilərin saatlıq əməkhaqqına görə gördükləri işin dəyərləndirilməsinə görə təyin olunur. 

Dünya Bankı da Azərbaycanda eyni metoddan istifadə olunmasını təklif edir.  Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan istiqmətdə iş aparılır. Qeyd edək ki, Azərbaycanda günlük iş saatı 8 saata bərabərdir və minimum əməkhaqqı üzrə maaşların hesablanması da həmin saat hesabı ilə tənzimlənir. Ölkəmizdə bir aylıq iş günü təxminən 22-23 günə bərabərdir ki, minimum əməkhaqqı üzrə bir günlük əməyin dəyəri 15-15,6 manat təşkil edir. Amma bu yanaşmanın dəyişməsi gözlənilir. Azərbaycanda əməkhaqqının aylıq əvəzinə saatlıq hesablanması nəzərdə tutulur. Eyni zamanda, rəsmilərin açıqlamasına görə, növbəti il maaşların artması gözlənilir. Hələlik, əmək haqlarının nə qədər artacağı ilə bağlı rəsmi məlumat yoxdur. Hazırda Azərbaycanda minimum əməkhaqqı 345 manatdır. Hesablamalar göstərir ki, beşgünlük iş həftəsində səkkiz saat çalışıb minimum əməkhaqqı alan şəxslərin bir saat ərzində qazancı 2 manat 15 qəpik, altıgünlük iş həftəsində işləyənlərin isə 1 manat 79 qəpikdir. Gələn il dövlət büdcəsinin sosial xərclərinin 14 faiz artacağı gözlənilir. Nazirlər Kabinetindən bildirilib ki, 2025-ci ildə dövlət büdcəsində sosial müdafiə və sosial təminat üçün xərclər 4 milyard 998 milyon manat olacaq, bu da cari ilin xərclərindən 607 milyon manat çoxdur. Vurğulanır ki, 2025-ci ildə əməkhaqqı və sosial ödənişlərin artımı 2 milyondan çox vətəndaşa şamil olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə "Turan"a bildirilib ki, hazırda saatlıq əməkhaqqının tətbiqi ilə bağlı müzakirələr davam edir: "Nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək". Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov da deyir ki, gələn il minimum əməkhaqqının artım faizi bu il noyabrın 1-də məlum olacaq. Deputatın sözlərinə görə, sadəcə minimum əməkhaqqı deyil, vahid tarif cədvəlinin bütün pillələri üzrə əmək haqlarında artımlar olacaq. Onun vurğulamasına görə, artım azı 600 min vətəndaşın maaşlarında özünü göstərəcək. Deputatın fikrincə, saatlıq maaşlara keçid baş verərsə, vətəndaşlar daha çox əməkhaqqı ala bilərlər və əmək hüquqları daha yaxşı qorunacaq: "Saatlıq əməkhaqqı vətəndaşa bir neçə yerdə işləmək imkanını qazandırır. Eyni zamanda, iş saatlarından sonra əlavə saatlarda və həftəsonu, bayramlarda işçi çalışarsa, daha yüksək tariflə xüsusi ödənişlərin həyata keçirməsi mümkün olacaq".

İqtisadçı, Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli məsələ ilə bağlı" Azadlıq" radiosuna bildirib ki, saatlıq əməkhaqqına keçid Azərbaycanın indiki iqtisad modelində çətin görünür: "Bir çox qanunvericilik aktlarında da dəyişiklik edilməlidir. Azərbaycanda əsas iş yerləri dövlət təşkilatlarında olduğu və maaşlar dövlət büdcəsindən ödənildiyi üçün orada hansısa formada saatlıq ödəniş sisteminə keçmək çox çətindir. Büdcədən maaş alan kateqoriyanın ən böyük hissəsi müəllimlər təşkil edir, onların sayı 200 mindən çoxdur. Onlar zatən saatla dərs verirlər, onları necə saat hesabına maaş sisteminə keçirəcəklər? Bu, problematik görünür". Özəl sektora gəlincə, ekspertin sözlərinə görə, ortalığa tamamilə başqa problem çıxacaq: "Özəl sektorda müqavilələr ən aşağı saat hesabı ilə bağlanacaq. Bayram və istirahət günləri də nəzərə alınmayacaq. Bu da müəyyən problemlərə gətirib çıxaracaq". N.Cəfərli hesab edir ki, ölkədə saatlıq əməkhaqqı sisteminə keçid baş versə belə, bu zaman dövlətin müxtəlif kriteriyaları olmalıdır: "Məsələn, gündəlik iş saatı 4 saatdan aşağı olmaz, bir saatlıq iş ödənişi müəyyən məbləğdən aşağı olmaz. Bu baryerlərlə müəyyən qədər əməkçilərin hüquqlarını qorumaq mümkündür". Minimum əməkhaqqının artımına gəldikdə, iqtisadçının təxmininə görə, büdcə parametrlərinə baxanda ciddi bir artımın olacağı görünmür: "Maksimal olaraq 10 faiz civarında artım ola bilər. Bizdə həm də problem odur ki, maaşların və təqaüdlərin artımı bazarda mal və məhsul bolluğu ilə paralel getmir. Mal və məhsul həcmi eyni qalır və maaşlar artdıqca, bu, yalnız inflyasiya basqılarını artırır". Qeyd edək ki, hazırda dövlət idarələri, ictimai təşkilatlar, publik hüquqi şəxslər və digər müəssisələrdə, eləcə də müdafiə, hərbi təhülkəsizlik və digər bir sıra sahələrdə standart aylıq maaş təyin edilir. Bu fonda orada da saatlıq əməkhaqqına keçidin asan olmayacağı proqnozlaşdırılır. Buna rəğmən, ekspertlərə görə, saatlıq minimum əməkhaqqının tətbiqi işə götürənlər qarşısında yeni öhdəliklər qoyacaq. Bu da tədricən əməkhaqqı fondunun artımına təsir göstərə bilər. Digər tərəfdən, məlumdur ki, bu gün ölkədə qısa müddətli işə götürmə geniş yayılıb. Belə olan halda konkret olaraq günlük, beş günlük, bir həftəlik hansısa işlərin yerinə yetirilməsi üçün əmək müqavilələri bağlana bilər. Orada artıq aylıq deyil, saatlıq minimun əməkhaqqının tətbiqi daha effektiv olacaq. Ona görə də hesab olunur ki, bu yanaşmaların tətbiqi müsbət nəticələr verə bilər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ