çərşənbə günü, 07 oktyabr 2026
     

Azərbaycandan Avropaya üç yaşıl enerji dəhlizi dünyaya səs salıb...

Image


"Azərbaycanın enerji keçidinin regional xarakterli növbəti mərhələsi Xəzər dənizinin nəhəng enerji potensialının işlənməsinə və yeni enerji dəhlizlərinin qurulmasına əsaslanır. Bu, həm də ölkəmizin yaşıl enerji tədarükçüsünə transformasiyası deməkdir". Belə bir açıqlama ilə energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış mərasimində çıxış edib.

Nazirin sözlərinə görə, ilkin mərhələdə 5 giqavat yaşıl enerjinin Avropa və Türkiyəyə ixracını təmin edəcək Xəzər-Qara dəniz-Avropa, Naxçıvan üzərindən Azərbaycan-Türkiyə-Avropa, həmçinin Mərkəzi Asiya-Azərbaycan-Avropa "yaşıl enerji" dəhlizləri regional əhəmiyyətli strateji layihələrdir: "Xəzər-Qara dəniz-Avropa "yaşıl enerji" dəhlizinin texniki iqtisadi əsaslandırmasının ilkin nəticələri COP29 çərçivəsində elan ediləcək. Həmçinin "Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş"in tezliklə imzalanması nəzərdə tutulur. Həmin dəhlizlər regional və qitələrarası bağlantılar qurmaqla təchizatın təhlükəsizliyinə və təmiz enerjiyə keçidə müsbət təsirlərini göstərəcək". Buradan görünür ki, Azərbaycandan 3 dəhliz vasitəsilə Avropaya "yaşıl enerji" ixrac ediləcək. Xatırladaq ki, 2022-ci ilin dekabrında "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanıb. Bu ilin sentyabrın 3-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - "AzərEnerji", "Gürcüstan Dövlət Elektrosistem", "Transelectrica", MVM - arasında Birgə Müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan "Səhmdar Müqaviləsi" imzalanıb. Kabel Azərbaycanda istehsal olunan yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq, daha sonra Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Macarıstandan olan iqtisadçı ekspert Laslo Vasa qeyd edir ki, Qara dəniz sualtı enerji kabeli layihəsinin həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması haqqında razılaşma Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə əlaqələrində mühüm mərhələdir. Ekspertin sözlərinə görə, bu layihə Azərbaycanın geosiyasi arenada nüfuzunun tanınmasının bariz göstəricisidir: "Bu, kommersiya baxımından əlverişlidir və Mərkəzi Avropaya enerji idxalının şaxələndirilməsinə kömək edir. Eyni zamanda, Azərbaycanın iqtisadi diversifikasiyasını dəstəkləyir. Bugünə qədər həyata keçirilən tədbirlər öz səmərəliliyini göstərib, lakin növbəti addımlar daha aktiv olmalıdır. Təklif olunan sualtı kabel 1000 meqavat gücü ilə ən uzun kabel olacaq. Bu güc bir milyona yaxın Avropa evini enerji ilə təmin etmək üçün kifayətdir ki, bu da layihəni Avropada əhəmiyyətli dərəcədə bərpaolunan enerji mənbəyinə çevirir". Laslo Vasanın sözlərinə görə, layihənin strateji əhəmiyyətini qiymətləndirməmək mümkün deyil: "Bu, xüsusən də Avropanın Rusiya enerjisindən asılılığını azaltmaq üçün atdığı son addımlar fonunda enerji mənbələrini şaxələndirmək üzrə daha geniş səylərinin mühüm tərkib hissəsidir. Layihənin həyata keçirilməsi enerji təhlükəsizliyinin artmasına, istixana qazları emissiyalarının azalmasına və regional əməkdaşlığın gücləndirilməsinə səbəb olacaq". Bundan əlavə, ekspertin fikrincə, bərpaolunan mənbələr əsasında elektrik enerjisinin ixracı COP29-un məqsədlərinə uyğundur, ona görə də layihə, əslində, yaşıl Qarabağ və Şərqi Zəngəzur layihəsi ilə yanaşı, dünya konfransının mühüm addımlarından biri sayıla bilər.

Bunlar fonunda rumıniyalı ekspert Yulian Çifunun sözlərinə görə, Qara dəniz sualtı enerji kabeli layihəsi Azərbaycanla enerji təhlükəsizliyi və diversifikasiya sahəsində strateji əlaqələrin genişləndirilməsinə yönəlmiş real layihələrin bariz sübutudur: "Avropada enerjiyə artan tələbat yeni layihələrin həyata keçirilməsinə təkan verir. Nəticədə, Azərbaycanın qabaqcıl enerji ötürücü texnologiyalarının inkişafında xüsusi rolu var. Bu, enerji təhlükəsizliyi və diversifikasiya sahəsində Azərbaycanla strateji əlaqələrimizin genişləndirilməsinə yönəlib". Bununla yanaşı, ölkəmiz Naxçıvan üzərindən Azərbaycan-Türkiyə-Avropa enerji dəhlzini idə işə salmağı düşünür.  Naxçıvan - Türkiyə - Avropa marşrutu və "Cəbrayıl" enerji qovşağı sayəsində elektrik enerjisinin Ermənistan yaxud İran üzərindən Naxçıvana, oradan Türkiyə və Avropaya ötürülməsi planı çoxdan mövcuddur. Azərbaycan və Türkiyə vasitəsilə "yaşılenerji"  dəhlizinin böyük bir strateji layihə kimi reallaşdırılması üçün Cəbrayılda inşa olunmuş 330 kilovoltluq yarımstansiya və elektrik verilişi xətlərinin eynilə Naxçıvanda tikilməsi, bu enerji sistemlərinin inteqrasiyası, Türkiyə ilə sərhəddə çevirici yarımstansiyanın tikintisi qarşıda duran məsələlərdir. Həmçinin Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizi Mərkəzi Asiyadan elektrik enerjisinin Azərbaycan vasitəsilə ixracının daha bir potensial istiqaməti ola bilər. Belə ki, hazırda Qazaxıstan və Özbəkistandan "yaşıl enerji"nin Azərbaycandan keçməklə Xəzər-Qara dəniz-Avropa dəhlizi ilə Avropaya nəqli üzrə üçtərəfli əməkdaşlıq edilir. Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizinin reallaşması isə Mərkəzi Asiya ölkələrinin ixrac imkanlarını şaxələndirməklə yanaşı, türk dövlətlərinin "yaşıl enerji" əməkdaşlığına da töhfə vermiş olar. Mərkəzi Asiya-Azərbaycan-Avropa "yaşıl enerji" dəhlizi isə bütünlükdə regionun gələcəyi üçün böyük perspektivlər vəd edir. Bu layihə Avropanın enerji mənbələrini diversifikasiya etməklə yanaşı, iştirakçı ölkələr arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır. Bu, Azərbaycan sayəsində Mərkəzi Asiya ölkələri üçün dünya arenasında rollarını möhkəmləndirmək, Avropa ilə əlaqələri gücləndirmək imkanı verir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ