çərşənbə günü, 25 noyabr 2026
     

Azərbaycanın 14 təşəbbüsü - iqlim dəyişmələri dayanıqlı inkişaf məqsədləri ilə necə əlaqələndiriləcək...

Image


Akif Nəsirli: "Bu istiqamətdə ümumdünya həmrəyliyi olmalıdır ki, hədəflərə tam şəkildə çatmaq mümkün olsun"  

"COP29 sədrliyi bu il həmçinin karbon bazarları üzrə nəticəyə nail olmaq üçün Tərəflərlə işləyir. Tam işlək karbon bazarları Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin səmərəli şəkildə həyata keçirilməsi və təsirlərin azaldılması üzrə ambisiyaların gücləndirilməsi işində mühüm addım olacaqdır. 

Bununla yanaşı, biz iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqə, yaşıl enerji zonaları və dəhlizləri, enerji resurslarının saxlanması, iqlim davamlılığının harmoniyası, kənd təsərrüfatı, təmiz hidrogen və üzvi tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və s. mövzuları əhatə edən 14 təşəbbüs irəli sürmüşük. COP29 Fəaliyyət Gündəliyindəki təşəbbüslərdən biri iqlim maliyyəsi üçün innovativ mənbə kimi yanacaq istehsal edən ölkələr və şirkətlər tərəfindən könüllü şəkildə dəstəklənməsi gözlənilən İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasından ibarətdir". Bunu xarici işlər naziri naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxışında deyib.

C.Bayramov deyib ki, 14 təşəbbüs irəli sürmüşük, iqlim maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması bu təşəbbüslərdən biridir.

Bu 14 təşəbbüs dayanıqlı inkişaf məqsədləri ilə iqlim məsələləri arasında əlaqə yaratmaqdır.

Azərbaycanın 14 təşəbbüsü - iqlim dəyişmələri dayanıqlı inkişaf məqsədləri ilə necə əlaqələndiriləcək?

"Azərbaycanın irəli sürdüyü 14 təşəbbüsün həyata keçməsi üçün ölkəmiz tərəfindən real addımlar atılır" 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "Bakı-Xəbər"ə bildirdi ki, irəli sürülən təşəbbüslərin bir çoxu əvvəlki sessiyalarda da səsləndirilib, amma həllini tapmayıb. "Bu təşəbbüsləri Azərbaycan yenidən irəli sürüb və onları aktuallaşdırır.  Azərbaycan bu məsələdə nailiyyət əldə olunması üçün addımlar atılmasında israrlıdır. İndiyə qədər keçirilən 28 sessiyanın heç birində İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasına nail olunmayıb. Bu Fondun yaradılması təşəbbüsü ilə Prezident İlham Əliyev çıxış edib və 1 milyard dollar ilkin mərhələ üçün nəzərdə tutulub. Yəni 1 milyard dollar iqlim dəyişikliyi ilə bağlı mübarizə fondunda ödəniləcəkdi. Məsələ burasındadır ki, birincisi, bu təşəbbüsün ardı gəlməlidir. Yəni fond 1 milyard dollarla məhdudlaşmır. Fondun həcmi təxminən 2 trilon dollara qədər artmalıdır ki, iqlim dəyişiliklərinə qarşı mübarizədə səmərəli fəaliyyət təşkil olunsun. Bütövlükdə, bu istiqamətdə ümumdünya həmrəyliyi olmalıdır ki, hədəflərə tam şəkildə çatmaq mümkün olsun.  

Ümumi götürəndə, iqlim dəyişikliklərinə qarşı mübarizə iki istiqamətdə gedir. İstiqamətlərdən biri antropogen amillərin təsirlərini aradan qaldırmaqdır, bu ənənəvi istiqamətdir. Bu, həm insanların ətraf mühitlə davaranması, həm də baş verən müharibələrin iqlimə, atmosferə təsiridir. Müharibələr başlayanda partlayışlar kütləvi şəkildə atmosferə zərərli qazlar, maddələr atır. Hətta bəzən kimyəvi silahlardan istifadə edilir. Bir çox partlayışlar nəticəsində ekosistemlər zədələnir, yaxud sıradan çıxır. Iqlim dəyişikliyinin birinci istiqamətində kökləri adi kənd təsərrüfatı fəaliyyətindən tutmuş ölkələrin daxilində gedən müharibələrə qədər gedən rəngarəng məsələlər var.  Müasir mərhələdə ən çox təsir edəni müharibələrdir. Dünyanın təxminən 215 ölkəsi var, bu ölkələrin 180-dən çoxunun ərazisində hazırda bu və digər şəkildə müharibəyə cəlbetmə var. Yəni 180-dən çox ölkə ya birbaşa, ya da vəkalətlə müharibədə iştirak edir"-deyə A.Nəsirli qeyd etdi ki, bu gün döyüşən qrupların hər birinin arxasında konkret dövlətllər durur, hər birini bir dövlət maliyyələşdirir, əks halda bu terrorçu qrupların əlində bu qədər müasir silahlar, bombardmançı təyyarələr olmazdı. "Müharibə edən, eyni zamanda terrorçuları müdafiə edən, onları silahlandıran ölkələr arasında əslində bir nizam yaradılmalıdır. Ümumi qaydalar olmalıdır ki, hamı birləşib iqlim dəyişikliklərinə qarşı mübarizəyə dəstək versin. Bütün dövlətlər beynəlxalq hüquqa riayət etsə, beynəlxalq qanunların aliliyinə hörmət edilsə, heç bir müharibəyə ehtiyac yoxdur. Məsələn, hamımızın  bildiyimiz bir münaqişəni göstərmək istəyirəm. Azərbaycanla Ermənistan arasında münaqişə vardı, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdi. BMT-nin dörd qətnaməsinə dərhal əməl edilməsi üçün mexamizmlər olmalı idi ki, Ermənistan öz sərhədinə qədər ərazidən qeyd-şərtsiz çıxsın. Amma bununla bağlı beynəlxalq hüququn aliliyini təmin edə bilmədilər, nəticədə müharibə baş verdi. Yəni bu gün BMT-də müzakirə olunan məsələlər ki var, onlar bir-biri ilə çuğlaşıqdı. Bu çuğlaşmada dövlətlər arasında münasibətlərin formalaşması, dövlətlərin bir-birinin suverenliyinə, hüquq  bərabərliyinə hörmət etməsi ən həlledici amillərdən biridir. Amma çox təəssüflər olsun ki, bu gün dünya birliyi, tutaq ki, BMT haqqın yox, gücün yanındadır. "Kimin hüquqları tapdanır, o haqlıdır" prinsipi yoxdur, "bu gün kim güclüdür o haqlıdır" prinsipi var. Yəni dünyanın düzənini dəyişən, düzənini pozan əsas amil məhz budur. Amma digər amillər də var, antropogen təsirlərdən okeanın çirklənməsi məsələsi də mövcuddur. 

Sənaye vasitəsilə, kənd təsərrüfatı  fəaliyyəti, balıqçılıqla, tullantıların yığışdırılmasının səmərəli həyata keçirilməməsi ilə bağlı çirklənmə var. Yəni tullantıların idarə olunmasında nöqsanların olması ilə əlaqədar çirkənmələr mövcuddur. Tutaq ki, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermerlər öz fəaliyyətlərini torpağın müalicəsinə uyğun qurmurlar. Suvarılan torpaqlarımızın 90 faizini selləmə suvarma ilə suvarırıq, bu da yavaş-yavaş torpağı şoranlaşdırır, torpağın ekosistemini dəyişir, orda bitki örtüyü yaranmır. Bu da ətraf mühitə öz mənfi təsirlərini göstərir. Bu bir tərəf. 

Digər tərəf isə daha aktualdır, söhbət kosmosdan təsirlərdən gedir. Kosmosdan olan təsirlərin qarşısını yerdən almaq mümkün deyil. Bunun üçün mütləq dünya birləşməlidir. Dünyanın müxtəlif dövlətləri bir-biri ilə müharibə etmək əvəzinə sülhə nail olmalı və kosmosdan gələn o bəlanın qarşısını almaq üçün müzakirələrə başlamalıdırlar". 

A.Nəsirli deyir ki, əgər bu məsələdə həmrəylik olmasa kosmosdan gələn təsirlər bəşəriyyətin sonunu gətirə bilər, bunu dünya dərk etməlidir, amma bu hiss olunmur. "Azərbaycan bu təşəbbüslərdə bulunmaqla göstərir ki, artıq bu reallıqları anlayır, elə bu anlayışa görə Azərbaycanın COP-a bir illik sədrliyi nəzərdə tutulub və COP29-a ev sahibliyi edir. Bu o ölkələrə etibar edilir ki, onlar bu istiqamətdə nəyəsə nail ola bilərlər. Çünki COP28-də heç bir irəliləyiş olmadı, amma indi COP29-dur. Ən dəhşətli təsir kosmosdan gələn təsirdir ki, onun qarşısını almaq üçün artıq Fondun yaradılması barədə razılaşdırma əldə edilib.  Düzdür, hələ razılığa gəlinməyən ölkələr də var. Amma razılığa gələn ölkələrlə fondun 1 milyard dollar vəsaiti yaxın zamanlarda  reallaşacaq. Bu, dünyaya bir mesajdır ki, Azərbaycan təkcə COP29-a ev sahibliyi etməyəcək, həm də indiyə qədər həllini tapmayan təşəbbüslərin reallaşması üçün artıq bir addım atılıb. Digər məsələlər də var ki, onlar hamısı iqlim probelmlərinin həlli ilə bağlıdır. Azərbaycanın 14 təşəbbüsü - iqlim dəyişmələrinin dayanıqlı inkişaf məqsədləri ilə necə əlaqələndiriləcəyinə gəlincə, Azərbaycanın irəli sürdüyü 14 təşəbbüsün həyata keçməsi üçün ölkəmiz tərəfindən real addımlar atılır, tərəfdaş dövlətlərin də buna töhfə verməsi vacibdir"-deyə A.Nəsirli əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ