çərşənbə günü, 25 noyabr 2026
     

Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

Image


Azərbaycanda dollara yüksək tələbat qalmaqdadır. Hətta son günlər dollar qıtlığı ilə bağlı şikayətlər eşidilir. Bildirilir ki, ayrı-ayrı günlərdə bəzi banklar vətəndaşlara ya dollar, ümumiyyətlə, satmayıb, ya da çox az məbləğdə satıb. Eyni zamanda, Dövlət Neft Fondu 2024-cü ilin avqust ayı ərzində 763 milyon ABŞ dolları məbləğində vəsait satıb. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə yeddi dəfə çoxdur. Sentyabrda da keçirilən hərraclarda dollara tələbat yüksək olub.

Bütün bunlar milli valyutanın mümkün devalvasiyası haqqında fikirlərə yol açıb. Lakin rəsmi qurumlar və bir çox ekspertlər hesab edir ki, manat hələ uzun müddət mövqeyini qoruya biləcək. Mərkəzi Bankın statistika departamentinin direktoru Samir Nəsirov da bildirib ki, ölkənin tədiyə balansının tarazlığını saxlamaq üçün dünya bazarında "Azeri Light" markalı neftin bir barelinin qiymətinin 40-45 ABŞ dolları səviyyəsində olması da kifayətdir: "Hazırda neftin qiyməti ilə bağlı heç bir narahatlığa ehtiyac yoxdur".

Mərkəzi Bankın məlumatına görə, bu ilin birinci yarısında Azərbaycanın tədiyə balansında 648.1 milyon  ABŞ dolları həcmində profisit yaranıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə səkkiz dəfə azdır. Milli Məclisin VI çağırış deputatı Azər Badamovun "Turan"a deməsinə görə, son vaxtlar dollara tələbatın artması yay mövsümü ilə əlaqədardır: "Yayda hamı məzuniyyətə çıxır, xarici ölkələrə üz tutmağa çalışır. Ona görə də dollara olan tələbatın müvəqqəti olaraq artması gözləniləndir". Onun fikrincə, manatın mümkün devalvasiyası ilə bağlı məlumatların da heç bir əsası yoxdur: ""Ölkəmiz enerji resurslarını dollarla satır. Dünya bazarlarında isə bizim enerji resurslarımızın qiyməti yuxarı həddə qalmaqdadır".

Amma iqtisadçı Natiq Cəfərli "Azadlıq" radiosuna bildirib ki, devalvasiya Azərbaycanda inzibati tənzimləmə sahəsidir və baş verəcəksə, hökumətin inzibati qərarı ilə gerçəkləşdiriləcək: "Sadəcə, məntiq məsələsi var və Azərbaycan əhalisi də "ilan vuran ala çatıdan qorxar" prinsipi ilə davranır". O xatırladır ki, Azərbaycanda seçkilər dövrü də sona çatır və dekabrda keçiriləcək bələdiyyə seçkilərdən sonra beş il seçki olmayacaq. Bu isə, onun fikrincə, hansısa qeyri-populyar addımların atılması üçün siyasi maneələri aradan qaldırır. İqtisadçı Azərbaycanın tədiyə balansında müsbət saldonun sürətlə azaldığını vurğulayır: "Neftin hasilatında da kəskin azalma var. Son məlumatlara görə, yenə bizdə gündəlik hasilat 472 min barel oldu ki, bu, çox aşağı göstəricidir. Neftin qiymətində də azalma müşahidə olunur – bu yaxınlarda qiymət 69-70 dollara düşdü. Eyni zamanda, ölkədə gəlirlər azalır, xərclər isə artır. Bütün bu faktorları cəmləyəndə insanlar keçmiş faktorları da nəzərə alaraq haqlı olaraq düşünürlər ki, devalvasiyanın siqnalları var". N.Cəfərli hesab edir ki, manatın məzənnəsi ilə bağlı qərarın verilməsi gözləniləndir, sadəcə zaman barədə konkret danışmaq çox çətindir. Ekspert devalvasiyanın ən azından bu il baş verməyəcəyini, 2025-ci ildə belə bir qərarın verilməsi ehtimalının yetərincə yüksək olduğunu söyləyir.

Indilikdə isə neft və qazın qiyməti Azərbaycana daxil olan dollar kütləsinin artması ilə müşayiət olunur. Bundan başqa, digər istiqamətlər üzrə də dollaraxını davam edir. Məsələn, bu ilin altı ayında Azərbaycandan xaricə 259.6 milyon dollar, xaricdən Azərbaycana isə 567.8 milyon dollar köçürülüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə, uyğun olaraq, 1.9 faiz və 36.3 faiz çoxdur.Həmin dövrdə Azərbaycana ən çox pul baratı Rusiyadan (287 milyon), Türkiyədən (82.3 milyon), ABŞ-dan (30.5 milyon), Gürcüstandan (17.4 milyon) və Birləşmiş Krallıqdan (16.1 milyon) daxil olub. Altı ayda ölkədən xaricə köçürülən pul baratlarının həcminə görə isə birinci yerdə Türkiyə (76.6 milyon), sonra isə Rusiya (29.9 milyon), ABŞ (28.3 milyon), Gürcüstan (25.1 milyon) və Birləşmiş Krallıq (13.6 milyon) qərarlaşıb. Lakin istənilən halda ölkəyə daha çox dollar kütləsi daxil olur.  Devalivasiya o zaman aktual olur ki, artıq ölkəyə kifayət qədər valyuta daxil omur və bu istiqamətdə valyuta tələbatı daha yüksək olur. Belə olan halda hökumət məzənnə rejimini saxlaya bilmir və idarə etmək üçün başqa bir səviyyəyə qaldırır. Ölkəmizdə 9 ildir devalivasiya yoxdur. Devalivasiyaya o zaman ehtiyac yaranacaq ki, tədiyə balansında girən dollar çıxan dollardan az olacaq. Devalivasiya infiliyasiyaya gətirib çıxara bilər, amma bu o demək deyil ki, devalivasiya baş verməsə infiliyasiya olmayacaq. Indilikdə ən əsası bu gün Azərbaycanın makroiqtisadi göstəricilərinə nəzər yetirsək görərik ki, hər hansı bir böhran yoxdur. Yəni,  hazırda dolların bahalaşması üçün səbəb yoxdur. İqtisadiyyata baxsaq görərik ki, vəziyyət kifayət qədər müsbətdir. Ölkədə xeyli valyuta və resurslar var və bunu dövlət tənzimləyir. Bundan başqa, Azərbaycanda tədbirlər keçirilir, turistlər gəlir və ölkəyə dollar daxil olur. Daha bir məqam odur ki, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Dünya bazarlarında, birjalarda gedən proseslərlə manatın heç bir əlaqəsi yoxdur. Hökumətin və Mərkəzi Bankın inzibati tənzimləmə mexanizmi mövcuddur. Ona görə də milli məzənnə hansısa xarici şoklardan, faktorlardan asılı deyil.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ