şənbə günü, 15 avqust 2026
     

İnhisarçılıqla mübarizə qaydaları dəyişdi - qiymətlər yenidən gündəmə gəldi…

Image


Ölkə iqtisadiyyatında dinamik inkişafın təmin edilməsi məqsədilə diqqət yetrilən əsas məsələlərdən biri də özəl sektor üçün rəqabəti təmin etməkdir. Bu məqsədlə son illər ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və inhisarçı­lığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. 

Elə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsasında prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması da bunun daha bir təzahürüdür. Xatırladaq ki, bununla bağlı prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Onu da qeyd edək ki, Azərbaycanda inhisarla mübarizə sahəsində ilk qurum – Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hələ 1992-ci ildə yaradılıb. 2001-ci ildə həmin Komitə İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edilib və Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib. Amma sonrakı illərdə də bu sahədə köhnələrinin ləğvi ilə paralel yeni qurumlar yaradılıb. Məsələn, 2006-cı il dekabrın 28-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da onun səlahiyyətlərinə aid edilib. 2009-cu ildə isə müvafiq fərmanla qurum Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti adını alıb. Səkkiz il sonra verilən yeni sərəncamla isə İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Nəhayət, 2019-cu il oktyabrın 23-də agentlik yenidən Dövlət Xidməti statusu alıb. Nazirlər Kabinetinin açıqlamasına görə, yeni qurum antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək. Vurğulandığına görə, Azərbaycan prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması ölkədə inhisara qarşı mübarizəni daha da gücləndirəcək. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov "Turan"a deyib ki, sözügedən dəyişikliyin effektiv olacağına ümid etmək istəyir: "Çünki illər boyu bu qurum müxtəlif adlar altında fəaliyyət göstərib, amma ildən-ilə istehlakçıların hüquqları məsələsi arxada qalıb və indiki vəziyyətə gəlib çatıb. Baxmayaraq ki, qurumun əsasnaməsində istehlakçıların hüquqlarının qorunması yer alırdı, onun işi qənaətbəxş deyildi". Ekspertin sözlərinə görə, rəhbərlik etdiyi quruma istehlakçılardan hər hansı şirkətdən şikayət gələndə tərəfləri barışdıra bilmədikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə müraciət göndərib: "Sözügedən qurum da şirkətə məktub göndərirdi. Şirkət istehlakçını necə aldadırdısa, eyni bəhanələri yazıb Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə göndərirdi. Onlar da həmin sözləri kopiyalayıb cavabda bizə göndərirdi... Çox nadir hallarda istehlakçıların hüquqlarının qorunmasını görə bilmişik". O arzu edir ki, yeni qurumun adında "istehlakçıların müdafiəsi" də əks olunsun: "Çox təəssüf ki, ölkədə istehlakçıların hüquqları arxa planda qalıb. Mən gözləyirəm ki, bu dəyişiklikdən sonra adıçəkilən qurum geniş səlahiyyətlərə malik olacaq. İctimaiyyətlə, media ilə sıx işləyəcək və istehlakçı hüquqlarına dair məsələlərdə "get məhkəməyə ver" söhbəti etməyəcəklər".

Vəkil, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirir ki, Azərbaycanda inhisarçılıq problemi var: "İndiyə kimi Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin İqtisadiyyat Nazirliyinə tabe olması da bu sahədə hansısa dəyişikliyi, ümumiyyətlə, mümkünsüz edirdi". Ekspertin fikrincə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətini çoxdan müstəqil quruma çevirmək lazım idi: "Çünki Azərbaycanın əksər dövlət şirkətləri İqtisadiyyat Nazirliyinə tabedir. Bu şirkətlər də, bir növ, təbii inhisarçılardır. İkincisi də, bütün dövlət satınalmalarına nəzarəti də İqtisadiyyat Nazirliyinin tərkibində olan həmin qurum həyata keçirirdi". Ə.Həsənov "Azadlıq" radiosuna açıqlamasında qeyd edir ki, yeni agentliyin yaranması müsbət haldır: "Amma mən illüziyalara da qapılmıram və agentlik bir günə nəyisə dəyişməyə başlamayacaq. Bu il qüvvəyə minən Rəqabət Məcəlləsinin icrasının necə həyata keçiriləcəyi də hələ sual altındadır. Eyni zamanda, əgər Daşınmaz Əmlakın Dövlət Reyestri və Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestri açıq olmayacaqsa, inhisarçılığa qarşı real mübarizədən söhbət gedə bilməz. Bu məsələdə ictimai nəzarət yoxdursa, mümkün deyil". Qeyd edək ki, ölkədə haqsız rəqa­bət hallarına, inhisarçılığa qarşı mübarizə sahəsində artıq təsirli tədbirlər həyata keçirilir. Rəqabət Məcəlləsinin qəbulu bunun daha bir təzahürüdür. Belə ki, Rəqa­bət Məcəlləsi həm bazarın tənzim­lənməsi, həm də iqtisadi proseslər baxımından əhəmiyyətli bir sənəddir. Bu, bütövlükdə bazarda inhisarşılıq meyllərinin azaldılmasına və qiymət­lərin liberallaşdırılmasına imkan yara­dır. Bu da, təbii ki, bazara giriş imkanlarının artırılması, rəqabtin gücləndiril­məsi, fərqli və ya oxşar məhsulların ayrı-ayrı şirkətlər tərəfindən fərqli qiymətlərlə təqdim olunmasına gətirib çıxarır. 

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ