Cümə axşamı günü, 26 noyabr 2026
     

Ərzaq təhlükəsizliyinin təmin olunmasında regionların xüsusi çəkisi artır

Image


Bazar münasibətlərinin formalaşması şəraitində Azərbaycan regionlarının davamlı inkişafı çox strukturlu iqtisadiyyatın əsas tələblərdən biridir. Elə bundan irəli gələrək, ölkə hökuməti regionların iqtisadiyyatında islahatlara yönəlmiş çoxsaylı tədbirlər görüb və görməkdə də davam edir.

Xüsusilə, ötən dövrdə regional sənaye sahələrinin müasirləşdirilməsi və şaxələndirilməsi, istehsal və sosial infrastrukturun təkmilləşdirilməsi istiqamətində islahatlar aparılıb, region iqtisadiyyatının lokallaşdırılması, bank-maliyyə sektorunun və fiskal siyasətin liberallaşdırılması istiqamətində proqramlar qəbul edilərək həyata keçirilib.

Uğurlu sosial-iqtisadi inkişaf konsepsiyası öz nəticələrini verir 

Proseslərin təhlili göstərir ki, ölkənin ümumi daxili məhsulunun (ÜDM) formalaşmasında regionların xüsusi çəkisi artır. Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında artım real ifadədə 4,3%, qeyri-neft-qaz sektoru 6,9%, neft-qaz sektoru isə 0,6 faiz artıb. 2024-cü ilin yanvar-iyun ayları ərzində ölkədə 59,5 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3% çox ümumi daxili məhsul istehsal olunub. ÜDM-nin 65,2%-i qeyri-neft-qaz sektorunun payına düşüb. Yenə aparılan hesablamalar qeyri-neft-qaz sektoru üzrə regionların payının dinamik şəkildə artdığını göstərir. 

Regionlarda qeydə alınan tərəqqidə müvafiq proqramların hazırlanıb icraya yönləndirilməsi də ümdə önəm kəsb edir. Ümumiyyətlə, təhlillər göstərir ki, sosial-iqtisadi inkişaf konsepsiyası olmadan regionların iqtisadi inkişafı məsələlərini tənzimləmək mümkünsüzdür. Məhz bu reallıqdan çıxış edərək prezident İlham Əliyev 2003-cü ildən başlayaraq Azərbaycanın yeni iqtisadi siyasət strategiyasını həyata keçirməyə başladı. İndiyədək dövlət proqramları konsepsiyasında həyata keçirilən siyasətin əsas istiqaməti regionların sosial-iqtisadi inkişafına şərait yaradılması və təşviqinin başlıca istiqamət kimi müəyyənləşdirilməsidir. Bu proqramlar nəticəsində ötən 20 ildə mühüm iqtisadi nailiyyətlər qazanıldı- ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artdı. Rəqabətqabiliyyətli məhsul istehsalında mühüm rol oynayan aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin inkişafına, emal sənayesinin az xərclə yüksək keyfiyyətli xammal ilə davamlı təminatına, ərzaq bolluğunun yaradılmasına diqqət yetirilir. Bu, indiki şəraitdə xüsusi əhəmiyyət kəsb edir. Ən azından o baxımdan ki, ərzaq təhlükəsizliyinin təminat səviyyəsini yüksəldir. Bununla yanaşı, bölgələrdə açılan müasir sənaye müəssisələri ölkənin iqtisadi potensialının artmasında, yerlərdə əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu gün regionlarda yaradılan sənaye müəssisələrində daxili bazarda  böyük tələbat duyulan, həmçinin ixrac potensialı yüksək olan məhsullar istehsal edilir. İnnovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin, həmçinin qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, əhalinin məşğulluğunu artırmaq məqsədilə də zəruri tədbirlər görülür. Rəqabət mühitinin inkişafı məqsədilə hökumət tərəfindən regionlarda çoxsaylı tədbirlər həyata keçirilir. Azərbaycanda əhalinin təxminən yarısının kənd yerlərində yaşadığını nəzərə alsaq, kənd təsərrüfatı regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Bundan əlavə, kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyini təmin edən əsas amil hesab olunur. Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 6 milyard 19 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsi bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % çoxdur. Bu istiqamətdə daha yüksək nəticələrin əldə edilməsi ilə bağlı genişmiqyaslı tədbirlər görülür. Qeyd edək ki, hər bir dövlətin ərzaq təhlükəsizliyinin etibarlılığı bir sıra göstəricilərlə müəyyən edilir ki, bunlardan ən mühümləri aşağıdakılardır: ölkənin kənd təsərrüfatı istehsalının səviyyəsi; qida ilə özünü təmin etmə dərəcəsi; kritik qidaların istehlak səviyyəsi və əhali üçün qidaya çıxış dərəcəsi. Bütün bu göstəricilərə görə Azərbaycanın mövqeyi kifayət qədər güclüdür. Qeyd edək ki, 2024-cü ildə ərzaq təhlükəsizliyi kritik qlobal problem olaraq qalacaq. Bu məqsədlə, Dünya Bankı qida təhlükəsizliyini kompleks yanaşma tələb edən səkkiz qlobal problemdən biri kimi müəyyən edib. Əhalinin ərzaqla təmin edilməsi dövlətin iqtisadi, sosial və siyasi təhlükəsizliyinin əsas elementidir. Bu mənada Azərbayanın qeyd olunan istiqamətdə nailiyyətləri böyük önəmə malikdir. Kənd təsərrüfatı və sənaye ilə yanaşı, xidmət sektoru əlavə iş yerləri və əmək haqqı formasında regional ÜDM-də əhəmiyyətli artımı və əhalinin rifahını təmin edən mühüm sahədir. Azərbaycanın bütün regionlarında xidmət sektorunda dinamik müsbət artım müşahidə olunur. 

Güzəştli kreditləşmədə regionlar əsas paya malikdir 

Artan qloballaşma, xüsusən də koronavirus pandemiyasının yayılması zamanı baş verən dəyişikliklərlə əlaqədar dünya iqtisadiyyatının hazırkı vəziyyəti gələcəkdə sabit, dayanıqlı iqtisadi artımın təmin edilməsi üçün ölkənin, xüsusən də regionların iqtisadiyyatı qarşısında yeni vəzifələr qoyur. Məhz buna görə də yeni reallıqların dərk edilməsi, davamlı regional inkişafın təmin edilməsi üçün metod və yanaşmaların müəyyənləşdirilməsi bu gün xüsusilə aktualdır. Bu fonda regionların hərtərəfli və tarazlı sosial-iqtisadi inkişafı, onların potensialından optimal və səmərəli istifadə edilməsi xüsusi aktuallıq kəsb edir.

Milli iqtisadiyyatın altsistemlərinin dayanıqlı inkişafının səmərəli idarə edilməsi öz növbəsində cəmiyyətin rifahının davamlı artmasına xidmət edir. Nəticə etibarilə, regional iqtisadiyyatın davamlı inkişafı prosesi çoxölçülü regional amillərə adekvat olmalıdır. Azərbaycanda məhz bu yanaşma sərgilənir. Təsadüfi deyil ki, güzəştli şərtlərlə kreditləşmədə regionlar əsas paya sahibdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycanda verilmiş güzəştli kreditlərin 95,4%-i məhz regionların payına düşüb. İqtisadiyyatın müxtəlif sahələrinə verilən güzəştli kreditlərin məbləğ üzrə bölgüsündə isə 60,2 % kənd təsərrüfatının, 31,7 % sənayenin, 6 % xidmət sahələrinin, 1,9 % turizmin, 0,3 % isə digər sahələrin payına düşüb. Bütün bunlar regionların dinamik tərəqqisinə mühüm töhfələr verir. İstər işğaldan azad edilmiş ərazilərdə, istərsə də digər regionlarda uzunmüddətli dövrdə iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi və şaxələndirilməsi bundan sonra da regionların ümumi iqtisadiyyatda xüsusi çəkisini artıracaq. 

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ