çərşənbə günü, 07 oktyabr 2026
     

ARDNF tərəfindən maliyyələşdirilən layihələrin ölkə iqtisadiyyatına töhfəsi misilsizdir...

Image


Vətənimiz Azərbaycan təsadüfən "Odlar diyarı" adlandırılımır. Tarixən neft, qaz kimi təbii sərvətləri bağrında bəsləyən ana yurdumuz dünyanın ən zəngin ölkələrindən biri kimi diqqət mərkəzində olub. Azərbaycan bu  gün  də öz iqtisadi əzəməti ilə regionun lider ölkəsinə çevrilib. Bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini neft resursunun təşkil etdiyi məlumdur. Əlbəttə, neftdən gələn gəlirlərin səmərəli idarə olunması da əsas məsələlərdən biridir. 

Ümummilli lider Heydər Əliyevin  9 dekabr 1999-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edilib. 

Suveren fondun məqsəd və vəzifələri sırasına ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi də daxildir.

ARNDF tərəfindən maliyyələşdirilən layihələrin ölkə iqtisadiyyatına töhfəsi nədir?

1999-cu ildən bəri ARNDF tərəfindən ölkəmizin həyatı ilə bağlı bir sıra layihələr maliyyələşdirilib və bu layihələrin ölkə iqtisadiyyatına böyük faydaları olub.

ARDNF-nin maliyyələşdirilməsini həyata keçirdiyi layihələrin bir neçəsini qeyd etmək istəyirik. 

Belə ki, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi (tamamlanıb), Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli layihəsi, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi" layihəsi (tamamlanıb), "Samur-Abşeron kanalının rekonstruksiya edilməsi" layihəsi, Dövlət İnvestisiya Şirkətinin Nizamnamə kapitalının maliyyələşdirilməsi (tamamlanıb), Bakı-Tbilisi-Qars layihəsinin maliyyələşdirilməsi, "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsi (tamamlanıb),  "Cənub Qaz Dəhlizi" QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi, Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi,  Xəzər dənizində yeni, müasir, üzən qazma qurğusunun tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi (tamamlanıb) Fond tərəfindən həyata keçirilib. 

Dövlət Neft Fonunun maliyələşdirdiyi layihələr Azərbaycan cəmiyyəti üçün kifayət qədər vacib layihələrdir. Bu layihələr əsasən sosial-iqtisadi sahələrlə bağlıdır. 

Əgər Dövlət Neft Fondu olmasaydı biz Birinci Qarabağ müharibəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli sahəsində ciddi çətnliklə üzləşərdik, bəlkə də xarici donor fondlara müraciət edərdik. Əlbəttə, bu da onlardan aslı qalmağımız demək idi. Amma Fondun varlığı bizi bu problemə düşməkdən xilas etdi və fondun maliyyə imkanları hesabına onlar üçün  minlərlə evlər tikildi, şəraitləri yaxşılaşdırıldı. Eləcə də Bakının su təminatı ilə bağlı Fondun oynadığı rol misilsizdir. Fondun dəstəyi ilə  Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəməri çəkildi. Tarixdə ikinci dəfə idi ki, Bakıya bu miqyasda su kəməri çəkilirdi. Özü də bu, Şollar su kəmərindən bir neçə dəfə böyük su ötürücülük qabiliyyətinə malik kəmərdir. 

Ekspert Akif Nəsirli bildirir ki, Dövlət Neft Fondunun maliyyəşdirdiyi layihələrin ölkə iqtisadiyyatın sabitliyinin təmin olunmasına və inkişafına töhfəsi böyükdür.

Fondun maliyələşdirdiyi layihələr sırasında təhsil layihələrinin maliyyələşdirilməsi də əsas yer tutur. "Bilirsiz ki, Azərbaycana dünyanın brend universitetlərində təhsil almış müxtəlif sahələr üzrə çoxlu sayda mütəxəssis lazımdır. Azərbaycan Dövlət Neft Fondunun digər layihəsi ilə Azərbaycan vətəndaşları olan gənclərin xaricdə təhsil alması maliyyələşdirilir. Yəni dövlət hesabına xaricdə təhsil alan tələbələrin sayı ildən-ilə artır. Ölkəyə lazım olan intellektual, yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsinə Fond önəmli dəstək verir, onların təhsilini əsaslı şəkildə maliyyələşdirir".

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının maliyyələşdirilməsi işi də Fond tərəfindən həyata keçirilir.  Ekspertin də dediyi kimi, son 25 ildə Neft Fondu dövlət xətti ilə xaricdə təhsil alan tələbələrə böyük dəstək verir. 

Hər il dövlət büdcəsinin ən azı 30-35 faizi Dövlət Neft Fondundan maliyyələşdirilir. Bu il təxminən 13 milyard manat Azərbaycan dövlət büdcəsinə Neft Fondundan transfertlər olub. Ötən illəri də nəzərə alıb deyə bilərik ki, bu transfertlər artıq ənənəyə çevrilib. Bu da Azərbaycanı Cənubi Qafqaz ölkələri arasında ən böyük dövlət büdcəsi olan ölkəyə çevirib. Biz dövlət büdcəsinin həcminə görə Gürcüstandan da, Ermənistandan da öndəyik. Bunu da bizim üçün təmin edən Dövlət Neft Fondudur. Məhz Fondun gəlirlərindən edilən transfertlər hesabına dövlət büdcəmiz genişlənir, böyürür. 

İqtisadi müstəqilliyimizin təmin edilməsində neftdən gələn gəlirlərin rolu böyükdür 

Əgər Neft Fondunun gəlirləri, transfertləri olmasa idi, Azərbaycanın dövlət büdcəsi Gürcüstanın dövlət büdcəsindən geri qala bilərdi. Çünki həm Ermənistana, həm də Gürücüstana bütün dünyanın, o cümlədən də  Qərbin və ABŞ-ın donor təşkilatları tərəfənindən böyük maliyyə yardımları edilir. Dövlət Neft Fonduna görə bizim o təşkilatların yardımlarına ehtiyacımız olmur. Bizim öz hesabımıza itqisadi inkişafa nail olmağımız da siyasi və iqtisadi müstəqilliyimizin əsas şərtlərindən biridir. Məhz iqtisadi müstəqilliyimizin təmin edilməsində neftdən gələn gəlirlərin rolu böyükdür. Vəsaitlərin müxtəlif layihələr əsasında ölkə iqtisadiyyatına yönəldilməsi nəticəsində səmərəli nəticələr əldə olunduğu göz qabağındadır. 

Ekspert Akif Nəsirlinin bir fikrinə də diqqət yetirək: "Qərb dünyası, ABŞ və onların nəzarətində olan donor təşkilatlar qonşu ölkələrə hər cür maddi yardımlar göstərir. Bilirdsiz ki, Qərbin və ABŞ-n bizə yönəlik siyasəti heç də bizi razı sala bilmir. Biz bu gün onların yardımına ehtiyac duymuruq. ABŞ-ın 907-ci Düzəlişi aradan  qaldırması məsələsi bizim üçün iqtisadi, maliyyə deyil, mənəvi  məsələdir. Bu mənada ki, biz 907-ci Düzəlişə uyğun gələn ölkə deyilik. Məhz buna görə Azərbaycan diplomatiyası uzun illər bu istiqamətdə çalışırdı. Orda söhbət 15-20 milyon dollar vəsaitin alınmasından getmirdi, bu sırf siyasi, diplomatik, mənəvi məsələ idi. Buna nail oldular. Düzdür, onun maliyyə tərəfi bizim üşün önəmli deyildi". 

Azad ərazilərə töhfəsi...

İşğaldan azad edilən ərazilərimizdə hazırda həyata keçirilən bərpa-quruculuq işlərində də Dövlət Neft Fondunun dolayısı ilə və birbaşa iştirakı mövcvuddur. O istiqamətdə də müxtəlif layihələr icra edilir. Bir sözlə, Fond iqtisadi, sosial həyatımızın hər nöqtəsində dəstəkverici qüvvə olaraq mövcuddur. 

Bütün bunlarla yanaşı əsas ixrac boru kəməri-Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi Dövlət Neft Fonunun maliyyə resursları hesabına gerçəkləşdirlib. Bu boru kəməri vasitəsilə gündəlik olaraq 500 min barrel Azərbaycan nefti Avropa tərəfdaşlarına çatdırılır. Bu, ölkənin əsas gəlir mənbəyi olan neft ixracında müstəsna rola malik olan ən böyük kəmərdir. Bu kəmərlə həm də Qazaxıstan neftinin ixracı həyata keçirilir ki, Azərbaycan dövləti bu ixracdan da öz mənfəətini götürür. Yəni perspektivli bir boru kəməri layihəsinin tikintisində Azərbaycanın payının maliyyələşdirilməsi Dövlət Neft Fondunun üzərinə düşmüşdü. 

Dövlət Neft Fondu Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində Azərbaycanın payını da maliyyələşdirib. Bu layihə yalnız Xəzər sahillərindən Qarsa qədər olan dəmir yolu deyil, əslində, bu dəmir yolu Şərqdən Qərbə uzanan dəmir yolu şəbəkəsinin, daha doğrusu, keçmiş "İpək yolunun" Qafqazdan keçən vacib hissəsidir. Bu, Türkiyənin Qars şəhəri ilə Bakı şəhəri arasında bir körpü rolunu oynayır. Əslində tikintisi bir neçə il davam edən bu layihə  Şanxayla Brüsseli birləşdirən böyük dəmir yolu dəhlizinin bir hissəsi idi. Onu da qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu Gürcüstanın payının maliyyələşdirilməsi üçün bu ölkəyə 0 faizlə kredit verdi. Gürcüstana əl tutub kömək göstərildi ki, bu dəmir yolu layihəsi qısa müddətdə başa çatsın. Bu da həm yerli, həm də beynəlxalq səmərəyə malik layihə idi. 

Bildirək ki, Azərbaycanın Cənub Qaz Dəhlizi QSC-nin  nizamnamə kapitalının  ödəniməsi də Dövlət Neft Fondundan köçürülən vəsaitin hesabına maliyyələşdirilib. Bununla yanaşı, Azərbaycan İnvestisiya Fondunun nizamnamə kapitalı Dövlət Neft Fondunun maliyyəsi hesabına maliyyələşdirilib ki, bu da Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti üçün önəmli layihələrdir. Yəni zamanında Neft Fondu ulu öndərin Fərmanı ilə yaradılmaydı biz iqtisadi inkişafımızda önəmli yerə malik olan bu qədər layihənin maliyyələşdirilməsini ya həyata keçirə bilməzdik, ya da beynəlxalq kreditlər hesabına həyata keçirərdik və bu borcu da faiz dərəcələri ilə birgə qaytarmaq kimi çətinliklə üzləşərdik. Amma Neft Fondu ölkə iqtisadiyyatı üçün önəmli layihələri təmənnasız olaraq maliyyələşdirir. 

Türkiyədə "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi  işini də Dövlət Neft Fondu həyata keçirir.  Fond həmçinin Xəzər dənizində yeni, müasir üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycannın iştirak payının maliyyələşdirilməsini həyata keçirir.  

Yarandığı gündən indiyə qədər keçən 25 ildə Dövlət Neft Fondu ölkə iqtisadiyyatının bütün istiqamətlərdə inkişafına böyük təkan verib. Həyatımızın, cəmiyyətimizin hər nöqtəsində yeri və rolu olan Dövlət Neft Fondunun neftdən əldə olunan gəlirlərin səmərəli xərclənməsi, insanların rifahının, iqtisadi durumlarının dirçəldilməsi istiqamətinə yönəltməsi qeyd olunmalıdır. Fondun məqsəd və vəzifələrindən biri ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsidir ki, biz bunu bütün aidiyyəti istiqamətlərdə görürük. Dövlət Neft Fondu iqtisadi inkişafımızın rəhnidir və iqtisadiyyatımızla bağlı layihələrin həyata keçirilməsində oynadığı rol əvəzsizdir...  

İradə SARIYEVA
Yazı "ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətiləmünasibətilə"Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu"mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:22
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ