çərşənbə günü, 07 oktyabr 2026
     

Ölkənin suveren fondu olaraq ARDNF-nin investisiya fəaliyyətinin təkamülü və gələcəyə baxış

Image


Ölkənin bərpa edilməyən təbii ehtiyatlardan - neft və qazdan əldə edilən gəlirlərinin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanmasını təmin etmək məqsədilə mərhum prezident Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondu ötən 25 illik müddət ərzində qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməklə, müstəqil Azərbaycanın inkişafında, onun dünya iqtisadi arenasında özünəməxsus yer tutmasında müstəsna rol oynayıb. Elə bu səmərəli fəaliyyətin nəticəsidir ki, ötən illər ərzində ölkədə makroiqtisadi sabitliyin qorunması təmin olunur, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafında ciddi uğurlar əldə edilir.

Məlumdur ki, XXI əsrin ilk onilliyində başlayan qlobal iqtisadi böhran suveren fondların qarşısına həlli vacib bir sıra öhdəliklər qoydu. Bu gün dünyada suveren fondların əksəriyyəti əsasən neft və neft məhsullarının ixracından əldə olunan gəlirlərin idarə olunması üçün yaradılır. Azərbaycanda iqtisadi inkişafın təminatı, milli sərvətlərin qorunaraq gələcək nəsillərə ötürülməsi, makroiqtisadi siyasətdə maliyyə sabitliyinin qorunması kimi prioritetləri hədəfləyən ARDNŞ da suveren fond olaraq ölkə iqtisadiyyatına ciddi töhfə verməyi qarşısına məqsəd qoyub. Əslində bir çox dövlətlər məhz qlobal iqtisadi böhran dövründə suveren fondların makroiqtisadiyyatdakı rolunu aydın şəkildə hiss etdi ki, Dövlət Neft Fondu da bu sırada istisna deyil. Məlumat üçün qeyd edək ki, ARDNF suveren fond olaraq, Suveren Fondların Beynəlxalq Forumunun üzvüdür. Forumun yaradılması haqqında qərar 2009-cu il aprelin 5–6-da Küveytin paytaxtı Əl-Küveyt şəhərində keçirilmiş Suveren Fondların Beynəlxalq İşçi Qrupunun iclasında qəbul edilib.

 Dünya təcrübəsi və Azərbaycan modeli

 Dünyanın inkişaf etmiş ölkələrində suveren fondların əsasən funksiyası eyni olsa da, gəlirlərin idarə olunmasında fərqliliklər də özünü göstərir. Məsələn, Norveçdə Neft Fonduna daxilolmaları hökumət müəyyənləşdirir və bu, parlament tərəfindən təsdiqlənir. Neft gəlirlərinin isə təxminən yarısı bu fonda daxil olur və bu gəlirlər xüsusi proqramlara, enerjiyə və pensiyalara xərclənir.

Venesuela Makroiqtisadi Sabitlik Fondu mərkəzi hökumət büdcəsinin, regional hökumətlərin və dövlət neft şirkətinin gəlirlərini sabitləşdirmək məqsədilə yaradılıb və bu gəlirlərin gələcək nəsillərə ötürülməsini prioritet sayır.

Rusiyanın Stabilləşdirmə Fondunun gəlirləri isə, əsasən büdcə kəsirinin bağlanması, xarici borc üzrə ödənişlərin edilməsi, pensiya proqramlarının icrası üçün istifadə olunur. Bu kontekstdə Azərbaycan Dövlət Neft Fondunun funksiya və vəzifələri daha geniş arealı əhatə etməklə ölkənin iqtisadi inkişafına əhəmiyyətli töhfələr verir. Belə ki, Fondun dünya ölkələrində daşınmaz əmlaklara qoyduğu investisiyalar və ondan əldə etdiyi gəlirlər, gənclərin xarici ölkələrin qabaqcıl təhsil ocaqlarında oxuyub mütəxəssis kimi yetişərək ölkəyə dönməsini hədəfləyən – gənc nəslə qoyulan investisiyalar və s. bu kimi fəaliyyətlər bu istiqamətdə Azərbaycan modelinin daha səmərəli olduğu həqiqətini ortaya qoyur.

 ARDNF-nin maliyyələşdirdiyi layihələr

 Dövlət Neft Fondu Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələrin maliyyələşdirilməsində də önəmli rol oynayır. Bugünə kimi Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdundan didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi, Dövlət İnvestisiya Şirkətinin Nizamnamə kapitalının maliyyələşdirilməsi, 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi, Xəzər dənizində müasir üzən qazma qurğusunun tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinin həyata keçirilməsini tamamlayan ARDNF, həmçinin,  "Cənub Qaz Dəhlizi" QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının, Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsini həyata keçirib və bu istiqamətdə səmərəli fəaliyyət davam edir.

 Təhsil sahəsi də ARDNF-nın investisiya layihələrindən kənarda qalmır...

 Məlum olduğu kimi, hələ 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üzrə Dövlət Proqramı təsdiq olunub. ARDNF-nin büdcəsində həmin Dövlət Proqramına əsasən bu məqsədlə 2024-cü il üzrə 47.460.0 manat nəzərdə tutulub ki, cari ilin birinci rübü üzrə bu vəsaitin 7 faizi icra edilib. Belə ki, 31 mart 2024-cü il tarixinə Dövlət Proqramı üzrə 664 nəfər tələbənin təhsil xərcləri Dövlət Neft Fondu tərəfindən qarşılanıb. Bu tələbələrin 522  nəfəri magistratura, 142 nəfəri isə bakalavriat pilləsində təhsil alır. 

Bu ilin ikinci rübündə isə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təhsil şəbəkəsinə 100 milyon dollar yatırım edib. ARDNF "GEMS Education" şirkətinə bu yatırımı 17 iyun 2024-cü il tarixində investorlar konsorsiumunun üzvü olaraq edib. Bu konsorsiuma rəhbərliyi alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən nəhəng investisiya şirkətlərindən olan "Brookfield Asset Management" şirkəti həyata keçirir. Adıçəkilən  şirkət 1899-cu ildə yaradılıb, hazırda idarə etdiyi aktivlərin toplam dəyəri 900 milyard ABŞ dollarına çatmaqla bazarda fəaliyyət göstərən ən nüfuzlu investisiya menecerlərindən birinə çevrilib. Sözügedən konsorsiumda "Brookfield Asset Management" şirkətinin idarə etdiyi fondlarla yanaşı, nüfuzlu yerli və beynəlxalq investisiya qurumları da iştirak edir.

ARDNF-nın təhsil mərkəzinə yatırımla bağlı açıqlamasında deyilir: "Körfəz ölkələri regionu, xüsusilə də BƏƏ qlobal olaraq özəl orta təhsil sektorunda lider mövqedədir və dayanıqlı şəkildə artan əhalisi, qlobal biznes və maliyyə mərkəzi kimi formalaşması ilə böyük potensiala malikdir. Təhsil sektoru isə öz növbəsində stabil və uzunmüddətli gəlir mənbəyi kimi qəbul edilir. Bu sahədə investisiyalar, xüsusilə yüksək keyfiyyətli təhsil müəssisələrində, adətən sabit gəlir gətirir və iqtisadi dalğalanmalardan nisbətən az təsirlənir".

 Fondun dünya paytaxtlarında daşınmaz əmlaka qoyduğu sərmayələr

 Ümumilikdə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması dövlətin prioritet elan etdiyi vəzifələr sırasındadır. Bu məqsədlə Prezident İlham Əliyevin imzaladığı 2011-ci il 27 oktyabr tarixli Fərmana uyğun olaraq, Fondun investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri daşınmaz əmlaka yönləndirilə bilər.

Hazırda ARDNF-in daşınmaz əmlak portfeli özəl daşınmaz əmlak fondlarına sərmayələr, müştərək və birbaşa investisiyalardan ibarətdir.

Fond ilk daşınmaz əmlak invesitisiyalarını 2012-ci ildən etibarən birbaşa invesitisiyalar şəklində həyata keçirməyə başlayıb. Avropanın London, Moskva, Paris, Milan  kimi bir sıra qabaqcıl şəhərlərində, eləcə də Asiyada Seul  və Tokio şəhərlərində yerləşən ofis və ticarət komplekslərinə investisiyalar yatıran Fond 2015-ci ildən etibarən isə özəl daşınmaz əmlak fondlarına sərmayə qoymağa başlayıb. Bildirilir ki, bu invesitisiyalar ARDNF-nin daşınmaz əmlak portfelinin əhəmiyyətli hissəsini təşkil edir.

ARDNF daşınmaz əmlaka ilk investisiyasını Londonun West End səmtində dəyəri 177,4 milyon ingilis funt sterlinqi təşkil edən ofis kompleksini almaqla həyata keçirib.

1845-ci ildə tikilmiş bu binanın ümumi sahəsi 11 018 kv. metr təşkil edir. Bina tarixi fasadı saxlanılmaq şərtilə təmir olunduqdan sonra müxtəlif şirkətlərə icarəyə verilib. 

ARDNF-nin investisiya qoyduğu daha bir daşınmaz əmlak Moskva şəhərinin biznes mərkəzi "Tverskaya 16" ünvanında yerləşir. Dəyəri 133 milyon ABŞ dolları təşkil edən "Qalereya Aktyor" adlı bu ofis-ticarət mərkəzi 1881-ci ildə teatr binası kimi istifadəyə verilib. Ümumi sahəsi 18.075 kv. metr təşkil edən bina müxtəlif dövlət qurumlarının nümayəndəliklərinə, maliyyə, sığorta və konsaltinq xidməti göstərən şirkətlərə və yerli ticarət brendinə icarəyə verilib. 

ARDNF-nin Parisdə yatırım etdiyi bina isə XVIII əsrdə inşa edilib. Parisin ən görkəmli yerlərindən birində - Vandom meydanında yerləşən binanın ümumi sahəsi 5400 kv. metrdir. Şəhərin əsas biznes mərkəzlərinin olduğu ərazidə yerləşən bina bir sıra nüfuzlu şirkətlərə, o cümlədən maliyyə və hüquq xidməti şirkətlərinə, zərgərlik məmulatları istehsal edən məşhur şirkətlərə icarəyə verilib.

ARDNF Yaponiyanın paytaxtında da daşınmaz əmlaka sahibdir. Bu, paytaxt Tokio şəhərində yerləşən və dəyəri 52,3 milyard yapon yeni təşkil edən Kirarito Ginza ticarət obyektidir.

Kirarito Ginza Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenüdə yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılıb və son dövrlər ərzində Ginza rayonunda tikilən ən dəyərli investisiya aktivlərindən biridir. Binanın ümumi sahəsi 15 647 kvadrat metr təşkil edir. Burada müxtəlif ticarət və iaşə brendləri, sağlamlıq və gözəllik mərkəzləri icarə əsasında fəaliyyət göstərir. 

Fondun səhmlərini aldığı ünlü şirkətlər...

ARDNF səhm bazarında əldə etdiyi aktivlərlə də ölkə iqtisadiyyatına ciddi töhfələr verir. Belə ki, təkcə ötən il Fondun ən çox səhmlərinə sahib olduğu 5 şirkətlə bağlı məlumat var. Təqdim edilən məlumatlara əsasən, ARDNF dünyanın ən böyük texnologiya şirkətlərinə olan investisiyanı artırıb. Ötən il səhmlər üzrə ümumi məbləğ 1 milyard 627 milyon dollar təşkil edib. Bunlar 

- "Apple" (496 milyon ABŞ dolları, 11,3%),

- "Microsoft" (438 milyon ABŞ dolları, 16,9%),

 - "Alfabet" / "Google" (258 milyon ABŞ dolları, 14,3),

 - "Amazon" (233 milyon ABŞ dolları, 18%)

 - "NVIDIA" (202 milyon ABŞ dolları, 13,4%) şirkətləridir.

Həmin səhmlərin ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı isə müvafiq olaraq 4,3%, 3,8%, 2,3%, 2,0% və 1,8% təşkil edib.

Bu ilin aprelində isə Azərbaycan Respublikasının Dövlət Neft Fondu dünya nəhəngi olan "Tesla" və "İntel" şirkətlərinin səhmlərinə investisiya yatırıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib.

Qeyd edilib ki, ARDNF-nin səhm portfelinin tərkibində "Tesla"nın 84 milyon dollar, "İntel" şirkətinin isə 31 milyon dollar səhmləri mövcuddur. "Onların ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,7 faiz və 0,2 faiz təşkil edir. Həmçinin onu da qeyd etmək istərdik ki, gələcəkdə də qeyd edilən "Tesla" və "İntel" şirkətlərinin və digər İT şirkətlərinin ARDNF-nin səhm portfelində olan çəkiləri "MSCI World" indeksinin tərkibinə uyğun şəkildə dəyişəcək", - deyə Fondun agentliyə cavabında bildirilib.

Göründüyü kimi, ARDNF-nin investisiya siyasəti dünya fondları ilə müqayisədə daha çoxşaxəli və məhsuldardır. Bu isə onu düşünməyə əsas verir ki, gənc ölkə olmasına baxmayaraq, bu sahədə də Azərbaycanın yaratdığı model daha səmərəli və arzuolunandır.

Samirə SƏFƏROVA

Yazı ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu"mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

 




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:22
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ