çərşənbə günü, 07 oktyabr 2026
     

Neft Azərbaycana külli miqdarda yeni valyuta qazandırır...

Image


Dünya bazarlarında neftlə bağlı yenə maraqlı proseslər cərəyan etməkdədir. Proseslərin gedişi göstərir ki, bu məhsul hasilatçı ölkələrə daha çox vəsait qazandıracaq və Azərbaycan da bura daxildir. 

Qeyd edək ki, Azərbaycan neftinin satış qiymtələri bir barrel üçün 90 dolları keçib. Bu, büdcədə son dəyişmələrdən sonra müəyyən edilən 75 dollarlıq həddən yüksək olduğundan, ölkəyə əlavə valyuta axınına gətirib çıxarır. 

Hazırda neftin qiymət yüksəlişinə bir sıra faktorlar təsir edir. Atlantik okeanında qasırğa və İsraillə Livan arasında pisləşən münasibətlər buna təkan verir. Eyni zamanda, son illərdə yanacağın aparıcı alıcısına çevrilən Çində tələbin aşağı olması qiymətlərə mənfi yöndə təsir edir. Elə bu fonda qiymətlərə nəzarət etmək üçün Azərbaycanın da daxil olduğu OPEC+ birliyi təklif bazarını dəyişdirir. Bu da qiymət artımına təsir edir. Analitiklər hesab edirlər ki, yayda benzinə tələbatın artması fonunda da neftin qiyməti qalxır. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, "qara qızıl"ın qiyməti qasırğa mövsümünün başlanğıcı ilə dəstəklənir. Atlantik okeanında əmələ gələn "Beril" qasırğasının 5-ci kateqoriyaya qədər gücləndiyi bildirilir. "Bloomberg"in məlumatına görə, bu, ilin bu vaxtında Atlantik okeanında yaranmış ən güclü qasırğadır. "Beril"in Meksika körfəzinə doğru hərəkət edəcəyi gözlənilir ki, bu da regionda neft hasilatını çətinləşdirir. Yaxın Şərqdə münaqişənin genişlənməsi qorxuları da kotirovkaların artmasına səbəb olur. İsrail ordusu bildirib ki, Livanda yerləşən İranyönlü "Hizbullah"ın pilotsuz təyyarəsinin hücumu nəticəsində 18 əsgəri yaralanıb. Təşkilat hücumun komanda mərkəzinə yönəldiyini və İsrailin Livandakı evləri atəşə tutmasına cavab olduğunu bildirib. Münaqişə genişmiqyaslı müharibəyə çevrilə bilər, İsraillə İranın dəstəklədiyi "Hizbullah" hərəkatı arasında gərginliyin artması Tehranın münaqişədə birbaşa iştirak edə biləcəyi ilə bağlı qorxuları artırıb. İran isə gündə 3 milyon barrel neft hasil edir ki, bu da qlobal istehsalın təxminən 3%-ni təşkil edir. Bəzi ekspertlər regionda gərginliyin artmasının neftin qiymətinin daha da artmasına səbəb olacağını istisna etmir. Rusiyanın "Alfa Investments" şirkətinin analitiki İqor Qalaktionov qeyd edir: "Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi regiondan neft tədarükünün kəsilməsi risqləri deməkdir. Tələb tərəfində həyəcanverici siqnallara baxmayaraq, neft qiymətlərində yenidən risq mükafatı formalaşır". Dünya Bankının baş iqtisadçısı Indermit Cill deyib: "Yaxın Şərqdəki son münaqişə 1970-ci illərdən bəri əmtəə bazarları üçün ən böyük şokdan - Rusiyanın Ukrayna ilə müharibəsindən sonra gəlir". Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin beynəlxalq iqtisadiyyata bu gün də davam edən dağıdıcı təsiri olub. O qeyd edib ki, həm neft, həm də qaz tədarüklərinə təsir edən "ikili enerji şoku" ssenarisi onilliklər ərzində baş vermədiyi üçün siyasətçilərdən sayıqlıq tələb olunur. 

Bu ana qədər isə "qara qızıl"ın bahalaşmasını ləngidən xammala olan tələbatın məhdud artması idi. Xüsusilə, dünyanın ən böyük neft istehlak edən regionu olan Asiyaya xam neft idxalı 2024-cü ilin birinci yarısında keçən illə müqayisədə daha az olub. Asiya bu dövrdə gündəlik 27,16 milyon barrel idxal edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə gündəlik 130 min barrel azdır. Bu nəticələr ilk növbədə dünyanın ən böyük neft idxalçısı olan Çinə tədarükün azalması ilə bağlı olub. Beləliklə, ilin birinci yarısında Çin idxalının gündəlik həcmi təqribən 11,08 milyon barrel təşkil edib ki, bu da bir il əvvəlkindən 300 min barrel azdır. Eyni zamanda, həm Beynəlxalq Enerji Agentliyi, həm də OPEC Çində xam neft istehlakının artacağını proqnozlaşdırır. Belə ki, OPEC-in neft bazarı ilə bağlı yeni hesabatında 2024-cü ildə Çində neftə tələbatın 2023-cü illə müqayisədə sutkada 720 min barrel artacağı gözlənilirdi. Beynəlxalq Enerji Agentliyi isə gündə 500 min barel artım gözləyir. Buna səbəb Çin iqtisadiyyatının ilin ikinci yarısında bərpa oluna biləcəyidir. Mütəxəssislər qeyd edirlər ki, son illərdə qlobal neft bazarı faktiki olaraq bir alıcının - Çinin bazarına çevrilib və bu, 2019-cu ildən qlobal neft tələbinin bütün artımını təmin edib. Rus maliyyə analitiki Pavel Ryabov qeyd edir: "Xüsusən, təkcə 2019-cu ildən 2023-cü ilə qədər qlobal neft tələbatı sutkada 2 milyon barrel artıb, lakin artım strukturunda bütün müsbət effekti və hətta daha çoxunu neft istehlakını demək olar ki, 2,3 milyon barrel artıran Çin görüb". Eyni zamanda, hasilatın ən böyük deqradasiyası Afrika ölkələrində müşahidə olunub, burada hasilat sutkada 1,1 milyon barrel azalaraq 7,2 milyon barrel olub. Yaxın Şərq ölkələri hasilatı cəmi 220 min barrel artıraraq sutkada 30,4 milyon barrelə çatdırıb. Səudiyyə Ərəbistanında hasilat 443 min barrel azalaraq sutkada 11,4 milyon barrel olub. Öz növbəsində, MDB ölkələri hasilatı demək olar ki, 1 milyon barrel azaldaraq 13,75 milyon barrelə endiriblər. Bunun əsas səbəbi OPEC+ ölkələrinin hasilatı artırmaq istəməməsidir. Səudiyyə Ərəbistanı və Rusiya gündə ən çox neft hasil edən iki əsas OPEC+ iştirakçısı olaraq hələlik gündəlik hasilat həcmini artırmağa çalışmırlar. Beləliklə, OPEC+ neft bazarında tələb və təklif arasında qeyri-müəyyən tarazlıq tapmağa çalışır. Ekspertlərin fikrincə, bu fonda ilin sonuna kimi neftin bahalaşmaqda davam edəcəyini gözləmək olar. 

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:22
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ