çərşənbə günü, 07 oktyabr 2026
     

Dollara tələb yenə yüksəkdir - manata yeni baxışlar var...

Image


Maliyyə bazarında mövcud vəziyyətin təhlili göstərir ki, bu ilin əvvəlindən Azərbaycanda ABŞ dollarına tələbatın artması davam edib. Mərkəzi Bankın məlumatına görə, yanvar-may aylarında 37 valyuta hərracında banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Açıqlanan rəqəmlərə görə, ilin ilk üç ayında Azərbaycanda əhalinin də dollara tələbi kəskin artıb. 2024-cü ilin yanvar-mart aylarında insanlar banklardan 931.3 milyon dollar alıblar. Bu da illik müqayisədə 491.5 milyon manat və ya 112 faiz çoxdur. İlin əvvəlində Mərkəzi Bank hərraclarda valyutaya tələbin aktivləşməsini mövsümi xarakterli adlandırmışdı. Qeyd olunurdu ki, bu, əsasən, bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi, o cümlədən, ərzaq və kənd təsərrüfatı məhsulları ilə əlaqədardır. Amma görünən odur ki, mövsümi proses başa çatsa da dollara tələb artmaqda davam edir. Düzdür, bankların hərracda hansı məbləğdə pul tələb edəcəyini öncədən heç vaxt müəyyən etmək olmur. Bu onu göstərir ki, bankların müştərilərində tələbat çoxalıb. O da dəqiq görünür ki, ilin əvvəli sahibkarların biznesində aktivlik artır. Sahibkarlara xarici valyuta, yəni dollar lazımdır. Lakin bu uzunmüddətli tendensiya deyil. Belə ki, ötən ilə baxsaq, təxminən eyni dərəcədə tələbat gah artıb, gah da düşüb. Bu da bankların tələbatına bağlı olan bir şeydir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev  ""Turan"a bildirib ki, Mərkəzi Bank ilə bağlı ciddi islahatlara start verilib: "Parlamentdə keçən yay və payız sessiyalarında da monetar siyasətin məhz Mərkəzi Bank tərəfindən aparılmasına dair yeni qanunvericilik təşəbbüsləri ilə çıxış edildi, parlament də bu təşəbbüsü dəstəklədi. Bu da ondan xəbər verirdi ki, ölkədə monetar siyasət müstəqil qaydada, Mərkəzi Bank tərəfindən həyata keçiriləcək". Deputat qeyd edib ki, bu gün Azərbaycanda iqtisadiyyat genişlənir, şaxələnir, ölkəyə olan maraq artır: "Bu maraq, eyni zamanda, ticarət dövriyyəsinin çoxalmasına gətirib çıxarır, nəticədə bu, ölkədə pulun dövriyyəsinə də təsir göstərməkdədir. Ona görə də dollara tələbat artır". Ekspertlərin fikrincə, manat kifayət qədər oturuşmuş bir valyutadır. Ona görə də dolara tələbin artmasına baxmayaraq, manatın onun dəyərdən düşməsi  gözlənilmir. Amma iqtisadçı Natiq Cəfərli "Azadlıq" radiosuna açıqlamasında valyutaya tələbatın artmasının obyektiv və subyektiv əsaslarının olduğunu bildirib: "Obyektiv səbəblər ondan ibarətdir ki, indi yay mövsümüdür və imkanı olan şəxslərin xaricə səfərlərinin sayı artıb. Eyni zamanda, yeni məktəb mövsümünə artıq hazırlıqlar başlayıb. Ölkədə 2 milyondan yuxarı tələbə və şagird var, onların universitetə, məktəbə hazırlaşması üçün geyimindən tutmuş, məktəb ləvazimatlarına qədər hər şey xaricdən gətirilir".

İqtisadçının sözlərinə görə, növbəti bir səbəb təmir-tikinti işlərinin aparılması, investisiya layihələrinin həyata keçirilməsi ilə bağlıdır: "Əsasən də Qarabağ və Şərqi Zəngəzur zonasında böyük təmir-tikinti işləri gedir. Bunun üçün avadanlıq və tikinti materialları xaricdən alınır". O, valyutaya tələbatın artması tendensiyanın ilin sonuna qədər səngiməyəcəyini düşünür: "Ola bilər ki, sentyabr-oktyabr aylarında vəziyyət bir az yumşalsın, amma noyabrdan başlayaraq Yeni il ajiotajı ilə bağlı valyutaya tələbat artacaq". Ekspertin fikrincə, bunun ən mənfi cəhəti ondan ibarətdir ki, əlaqədar dövlət və hökumət orqanlarının əhali ilə kommunikasiya problemi var: "Ona görə də bu həmin mövzuda şayiələrin daha tez yayılmasına səbəb olur. Amma mən bu il ərzində məhz məzənnə ilə bağlı hər hansı dəyişikliklərin olacağını düşünmürəm. Ancaq bu, o demək deyil ki, həmişə belə olacaq. Düşünürəm, gələn ilin ortalarına, sonuna yaxın artıq manatın məzənnəsi ilə bağlı yumşaldıcı addımların atılmasına ehtiyac yaranacaq". Qeyd edək ki, 2017-ci ilin yazından manatın məzənnəsində hər hansı dəyişiklik müşahidə edilmir.  Manata təzyiqə gəlincə, bildirək ki, bu ilin əvvəlindən ölkəyə fiziki şəxslər tərəfindən göndərilən valyutanın həcmi də azalıb. 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 465,2 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 129 milyon manata bərabər olub. Ötən ilin yanvar-mart aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 30,9 faiz və ya 207,6 milyon manat, banklardan xaricə köçürmələr isə 26,2 faiz və ya 45,8 milyon manat azalıb. Qeyd edək ki, ötən ilin ilk 3 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 672,8 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 174,8 milyon manat təşkil edib.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ