"Azərbaycanda uzun müddətdir fəaliyyət göstəririk. Burada layihələrin inkişaf etdirilməsində maraqlıyıq." Bu sözləri "Masdar" şirkətinin Asiya və Afrika regionlarında inkişaf və sərmayələr üzrə direktoru Abdulla Zayed Bakı Enerji Forumunda "Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı" mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda enerji sahəsində potensial həddən artıq yüksəkdir və bununla bağlı ölkədə görüləcək işlər var.
Qeyd edək ki, 2006-cı ildə əsası qoyulmuş "Masdar" şirkəti 40-dan çox ölkədə ümumi qoyuluş gücü 20 qiqavatdan çox olan layihələr icra edib. Həmçinin "Masdar" şirkəti tərəfindən 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası inşa edilir.
Mətləb Salahov