"Artıq beynəlxalq səviyyədə fəaliyyət göstərən bütün şirkətlər davamlı olaraq Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərdə iştirak edirlər. Biz Azərbaycanda neft və qaz, eləcə də digər sahələrdə fəaliyyət göstəririk." Bunu AZƏRTAC-a Bakı Enerji Həftəsi çərçivəsində 29-cu "Caspian Oil&Gas" və 12-ci "Caspian Power" sərgisində İsrailin "Magal Solutions" şirkətinin Mərkəzi Şərqi Avropa ölkələri regionun satış üzrə direktoru Hezzi Polyak deyib.
Sərgi iştirakçısı vurğulayıb: "Bu sərgi şirkətlər üçün böyük fürsətlər yaradır. İnanıram ki, burada yeni əməkdaşlıq qurmaq mümkün olacaq".
Mətləb