Cümə axşamı günü, 26 noyabr 2026
     

Sığortadan qaçan fermerlər daha böyük zərərə düşürlər...

Image


Son günlərə kimi davam edən yağışılı  hava şəraiti regionlarda aqrar sektora ciddi zərərlər vurub. Xüsusən də Azərbaycanın Qərb bölgəsində Kür çayının daşması, bəzi əraziləri sel sularının basması çətin vəziyyət yaradıb. Məsələn, Tovuz rayonunda hektarlarla əkinlərin məhv olduğu vurğulanır.

Bütün bunlar fonunda yenidən aktuallaşan məsələlərdən biri də aqrar sığortadır. Qeyd edək ki, Azərbaycanda aqrar sığorta vasitəsilə 48 növ bitkini, o cümlədən zərər dəymiş bütün əkinləri sığortalamaq mümkündür. Aqrar sığortaya dövlət dəstəyi, yəni sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi nəticəsində fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilərlər. Məsələn, Şəki-Zaqatala regionunda 1000 manatlıq buğda və ya arpa məhsulunun sığortalanması fermerlərə cəmi 20 manata başa gəlir. Bu məbləğ nəinki gözlənilən məhsulun qiymətindən, həm də fermerin əkin üçün sərf etdiyi vəsaitdən də 10 dəfələrlə azdır. Burada onu da qeyd edək ki, əkin sahələrinin məhsuldarlığı və fermerlərin gəlirləri bö­yük həcmdə hava şəraitindən asılıdır. Elə bu səbəbdən sığorta hər bir fermer üçün olduca vacibdir. Onu da xüsusi vurğulamaq lazım gəlir ki, aqrar sığortadan bəhrələnən fermerlərin sayı və onlara ödənilən vəsaitin məbləği isə ildən-ilə artır.  Belə ki, 2023-cü ilin yanvar-mart aylarında Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə, ümumilikdə, 799 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ilin eyni dövründə bu göstərici 1 mil­yon 752 min manat təşkil edib. Bu isə o deməkdir ki, cari ilin birinci rübündə Azərbaycanda fermerlərə dəymiş zərər­lər üzrə ödənişlər 2,2 dəfə artıb. Fondun məlumatına görə, yanvar-mart ayların­da sığorta ödənişlərinin 1 milyon 434 min manatı bitkiçilik, 318 min manatı isə heyvandarlıq üzrə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bitkiçilik üzrə sı­ğorta ödənişləri 2,5 dəfə, heyvandarlıq üzrə ödənişlər isə 42 faiz yüksəlib. Hesabat dövründə ən çox sı­ğorta ödənişləri fırtına, dolu və subasma hadisələri üzrə həyata keçirilib. Region­lar üzrə isə ən çox sığorta ödənişləri isə Füzuli, Şəki və Ağdam rayonlarındakı təsərrüfatlarda olub. Ölkə üzrə orta rəqəmləri nəzərə alanda, 1 hektar taxıl sahəsinin sığorta haqqının fermerlər tərəfindən ödənilən hissəsi regionlar üzrə əsasən 6-12 manat arasında dəyişir ki, bu da fermerlərə dövlət tərəfindən verilən əkin subsidiyasının cüzi hissəsini təşkil edir. Aqrar Sığorta Fondu bildirir ki, fermerlərin subsidiyadan kənarda qalmaması üçün bütün addımlar atılır – əkin bəyanları edən fermerlərlə əlaqə saxlanılır və onlara aqrar sığorta tələbi xatırladılır, sığorta şərtləri və digər zəruri məlumatlar verilir. Əkinlərin sığortalanması proseduru elə sadələşdirilib ki, internet vərdişləri olmayan fermerlər də rahat şəkildə sığorta müqaviləsi bağlaya bilirlər. 

Yuxarıda qeyd olunanlara rəğmən, hələ də sığortaya müraciət etməyə lüzum görməyən fermerlər var. Məsələn, Tovuz rayonunun Hunanlar kənd sakinləri "Azadlıq" radiosuna deyib ki, sel nəticəsində kök və çuğundur sahələri, ərik bağları su altında qalıb. Sakinlərdən adının çəkilməsini istəməyən biri vurğulayıb: "Bizim tonlarla məhsulumuz batdı, yararsızdır. Onları nə sata, nə də istifadə edə biləcəyik. Hektarlarla torpaq su altında qalıb. Gələn əkində o torpaqların yararlı olacağını da bilmirik". Onların sözlərinə görə, əkin üçün kredit götürüblər, indi isə krediti nə ilə ödəyəcəklərini bilmirlər və pis vəziyyətə düşüblər: "Sığortamız yoxdur, çünki sənədləşmədə xeyli əngəllər var. Çoxlu sənədlər istəyirlər, get-gələ salırlar". Bu tənqidlərə cavab olaraq Aqrar Sığorta Fondundan bildirilib ki, hazırda təbii fəlakətlər ilə bağlı onlara kütləvi şəkildə müraciətlər daxil olur: "Hamısına operativ şəkildə baxılır və müvafiq qərarlar ekspertlər rəyi əsasında qəbul edilir. Hazırda bununla bağlı bütün ekspert qruplarımız səfərbər olunur. Ən çox Aran zonasında və Qazax-Tovuz iqtisadi rayonunda sel, subasmalar olub. Həmin ərazilərə nə qədər ziyan dəyməsi ilə bağlı dəqiq məlumat ekspertlərin rəyindən sonra məlum olacaq. Kompensasiya yalnız sığorta olunmuş təsərrüfatlara ödənilir". O da vurğulanıb ki, 2023-cü ildə ölkə üzrə sığortalanmış əkinlərin sahəsi 114 min hektar və ya 43 faiz artaraq 380 min 476 hektara çatıb: "Əkin sahələrinin sığortası üzrə fermer və təsərrüfatlar ilə 43 min müqavilə imzalanıb". Fonddan əlavə edilib ki, 2023-cü ildə aqrar sığorta mexanizminin fermerlərə dəstəyi daha da güclənib: "Sığorta ödənişləri 2022-ci il ilə müqayisədə 2 milyon manat və ya 80 faiz artaraq 4.4 milyon manata yüksəlib. Ödənişlərdən 3.5 milyon manatı bitkiçilik, 910 min manatı heyvandarlıq sığortasının payına düşüb. Bitkiçilik üzrə ödənişlər iki dəfə, heyvandarlıq sığortası üzrə 28 faiz artıb". Göründüyü kimi, kənd təsərrüfatında sığorta olduqca vacibdir. Çünki kənd təsərrüfatı digər sahələrlə müqayisədə daha riskli sahə olduğundan burada sığortasız gəlir əldə etmək çətindir. Təbii ki belə bir şəraitdə aqrar sektor istehsalçıları normal sığorta təminatı əldə etsələr, onların investisiya cəlbedicilyi artacaq və sektora böyük həcmdə kredit qoyuluşu baş verəcək. Aqrar sahədə risk dərəcəsi yüksək olduğuna görə sahibkarları müvafiq risklərdən arzuedilən səviyyədə qorunması çox önəmlidir. Risklər sığortalanarsa kreditləşmə, investisiya qoyuluşu stimullaşacaq. Heç bir ölkədə sığorta sistemi olmadan aqrar sahəyə kütləvi və davamlı kredit qoyuluşu olmur. Ona görə də bütün məsələlər ilk növbədə sığorta sisteminin işləməsi olduqca mühümdür. Hər halda fermerlər bunu nəzərə almalıdırlar.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ