çərşənbə günü, 07 oktyabr 2026
     

Azərbaycanla Türkiyə türk dünyasının iqtisadi inteqrasiyasına doğru növbəti mühüm addım atdı

Image


Türk dünyasının iqtisadi inteqrasiyası istiqamətində növbəti mühüm addım atılmaqdadır. Söhbət Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Azərbaycan üzərindən Türkiyəyə nəqlindən gedir. Bu prosesdə həlledici rol yenə Azərbaycan və Türkiyənin üzərinə düşür. 

Qeyd edək ki, Azərbaycan və Türkiyə təbii qaz sahəsində əməkdaşlığa dair saziş imzalayıb. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən "Türkiyə-Azərbaycan təbii qaz sahəsində əməkdaşlıq anlaşması"nın imzalanma mərasimində bu xüsusda bildirib: "İmzalanan sazişin mənalarından biri odur ki, biz Azərbaycanın enerji ehtiyatlarından, ilk növbədə təbii qazın Türkiyəyə, Türkiyə üzərindən Avropa bazarlarına çatdırmaqla yanaşı, həmçinin Orta Asiyada olan ehtiyatların Türkiyə bazarına və oradan da gələcəkdə dünya bazarına Azərbaycan üzərindən gətirilməsinə nail olacağıq". Onun sözlərinə görə, Azərbaycan-Türkiyə tərəfdaşlığının faydası təkcə iki ölkə ilə məhdudlaşmır, bölgədə olan bir çox ölkələrin də enerji təhlükəsizliyinə, inkişafına və dayanıqlığına müsbət töhfə verir: "Türkiyə və Azərbaycan arasında olan münasibətlərin bənzərini tapmaq çox çətindir. Bəlkə də mümkünsüzdür. Bu dostluq, qardaşlıq bütün mövzularda vəhdət münasibətidir. Çox xoşdur ki, enerji sahəsində olan əməkdaşlığımız bu dostluğun və qardaşlığın sütunlarından biridir. Bu tərəfdaşlıq həm Türkiyə, həm də Azərbaycan üçün olduqca faydalıdır. Lakin onun faydası bizim iki ölkə ilə məhdudlaşmır. Bölgədə olan bir çox ölkələrin də enerji təhlükəsizliyinə, inkişafına və dayanıqlığına müsbət töhfə verir". M.Cabbarov xatırladıb ki, Bakı-Tiflis-Ceyhan boru xətti yalnız Azərbaycanla Türkiyəni bağlamadı, daha geniş mənada Mərkəzi Asiyadan olan qardaş türk dövlətlərini də bu layihəyə onların enerji ehtiyatlarının cəlb edilməsi və bu layihə üzərindən nəql edilməsi ilə türk dünyası birliyinin daha bir təzahürü olub: "Bu, bir daha göstərir ki, liderlərimizin həyata keçirdiyi siyasət yalnız bir günlə və qısa vədəli fayda gətirən iqtisadi layihələrlə məhdudlaşmır. Əksinə uzunmüddətli və iqtisadi və siyasi mənaya malik olan layihələrin həyata keçirilməsi üçün bizə zəmin yaradır". Beləliklə, imzalanan razılaşma fonunda ilk növbədə Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə çatdırılması ilə bağlı razılıq əldə olunub. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bu fonda ölkəsi ilə Azərbaycanın birgə Bakı-Tiflis-Ərzurum layihələri və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) çərçivəsində əməkdaşlığı davam etdirdiyini xatırladıb: "Bu layihələr vasitəsilə Bakı və Ankara təkcə öz təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmir, həm də Avropanın enerji təchizatının təhlükəsizliyinə mühüm töhfə verirlər. Yeni razılaşma təbii qaz sahəsində əməkdaşlığımızda yeni mərhələni qeyd edəcək. Bu, 2030-cu ilə qədər Azərbaycan qazının, eləcə də Xəzər dənizinin qaz ehtiyatlarının Türkiyəyə əlavə həcmdə nəqlini təmin edəcək. Bundan əlavə, qazın bir hissəsi Türkiyədən keçməklə Avropaya daşınacaq. Əhəmiyyətli bir məqam da ondan ibarətdir ki, saziş çərçivəsində biz Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə nəqli ilə bağlı razılığa gəldik. Türkiyə və Azərbaycanın birgə inkişaf etdirdiyi boru kəmərlərinə yeni - Azərbaycanın Naxçıvan Muxtar Respublikasına təbii qaz çatdıracaq İğdır-Naxçıvan Təbii Qaz Boru Kəməri "qardaş"ı da gəldi. İnşaallah, bu qış Naxçıvanın təbii qazı Türkiyə üzərindən nəql olunacaq. Biz bu xətti tez bir zamanda istifadəyə verməyi planlaşdırırıq".

Xatırladaq ki,  Türkmənistan uzun illərdir Azərbaycan, Türkiyə, Gürcüstan və Avropa İttifaqı ilə ildə 10 milyard kubmetrdən 30 milyard kubmetrə qədər ötürmə gücünə malik "Transxəzər" qaz kəmərinin tikintisi mümkünlüyünü müzakirə edir. Moskva və Tehran uzun müddət kəmərin tikintisinə qarşı olub. Lakin 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayıblar. Sənədə əsasən, Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi üçün bütün Xəzər ölkələrinin razılığı tələb olunmur, onun inşası məsələsi yalnız ərazisindən boru kəmərinin keçəcəyi dövlətlər arasında razılaşdırılır. Azərbaycan bu fonda "Transxəzər" qaz kəmərinin inşası üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə hazır olduğunu bəyan edir. İndi əsas məsələ  Türkmənistanın özünü nbu istiqamətdə müvafiq addımlar atmasıdır. Ümumiyyətlə isə, tarixi bağlarla və mənəvi dəyərlərlə bir-birlərinə çox yaxın olan Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli formatın yaranmasını mümkün və zəruri edən şərtlər çoxdur. Xatırladaq ki, Türkmənistan enerji resursları ilə zəngin olan bir məkandır. Ancaq geosiyasi gərginliklərlə əlaqədar bu ölkə enerji resurslarının ixracında müəyyən çətinliklərlə üzləşib. Əvvəllər Türkmənistan neft-qaz ixracını əsasən Rusiya üzərindən həyata keçirirdi. Ancaq indi bu mexanizm pozulub. Buna görə də Türkmənistan Azərbaycan və Türkiyədən keçməklə Avropaya qədər uzanan Bakı-Tiflis-Ceyhan kəməri ilə neft ixracını artırmağa çalışır. Enerji sektorunda əməkdaşlığın digər bir mühüm istiqaməti qaz ixracı ilə bağlıdır. Vəziyyətdən real çıxış yolunun ən real variantlarından biri Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropa bazarlarına çatdırılmasıdır. Bunun üçün Türkmənistan qazının Azərbaycana çatdırılması lazımdır. "Transxəzər" qaz kəmərinin çəkilməsi ən əlverişli variantdır. Lakin tankerlər vasitəsilə də türkmən qazı ölkəmizə çatdırıla bilər. Bir müddət əvvəl isə mövcud dəniz platformalarından qazın nəqli üçün Türkmənistan və Azərbaycan arasında 78 kilometrlik "Transxəzər" birləşdirici qaz kəmərini n çəkilişi  ideyası da gündəmə gətirlib. "Trans Caspian Resources, Inc" Məşvərət Komitəsinin direktoru Natali Kostello bildirib ki, ideya Türkmənistandakı mövcud dəniz hasilat müəssisələrindən təbii qazı Azərbaycandakı mövcud dəniz platformalarına göndərməkdir; 10-12 milyard kubmetr tutumlu bu qaz kəməri Türkmənistanda hasil edilən qazı Cənub Qaz Dəhlizi ilə birləşdirəcək. Bundan başqa, Azərbaycan-İran-Türkmənistan arasında üçtərəfli svop müqavilələri var. Indi bu fonda həcmin artımı Türkmənistana əlavə üstünlüklər vəd edir və Azərbaycan da buna bütün şəraiti yaratmağa hazırdır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ