çərşənbə günü, 07 oktyabr 2026
     

COP29 ərəfəsində dünya üçün iqlim dəyişikliyinin fəsadları güclənir...

Image


Dünyada iqlim dəyişikliyinin fəsadları hər keçən gün özünü daha qabarıq büruzə verir. İqlim dəyişikliyi indi bütün dünyanın qarşısında danılmaz bir reallıq kimi dayanır.

Qalıq yanacaq istifadəsinin yayılması və bunun nəticəsində atmosferə atılan istixana qazlarının artması dünya temperaturunun yüksəlməsinə səbəb olub. Qlobal temperaturun artması üzündən hava şəraiti dəyişib - ekstremal hava hadisələri və təbii fəlakətlər daha tez-tez baş verir. Meşə yanğınları, sel, tufan, torpaq sürüşməsi, quraqlıq kimi hadisələr çoxalıb. Hətta iqlim dəyişikliyi zəhərli ilanların həyat tərzinə də təsir edir. Bu barədə tədqiqatın nəticələri "Lancet" nəşrində dərc olunub. Məqalə müəllifləri bildirirlər ki, iqlim dəyişikliyi ilanların miqrasiyasını sürətləndirir. Buna görə də, əvvəlki illərdə ilan olmayan ərazilərdə indi gürzə və kobralara rast gəlinir. Bu da ilansancma hallarının artması ilə nəticələnir. Bir çox ölkə bu vəziyyətə hazır deyil.

Qlobal istiləşmə və iqlim dəyişikliyi nəticəsində  qasırğalar, quraqlıqlar və daşqınlar kimi ekstremal hava hadisələri daha tez-tez baş verir. Bu hadisələr qida və su təhlükəsizliyinə, quraqlıq və ekstremal hava hadisələri olan regionlarda mənimsəmə münaqişələrinin artmasına səbəb olur. İqlim dəyişikliyi insan sağlamlığına təsir edərək  xəstəliklərin artmasına, başlıca olaraq, qan-damar, tənəffüs problemlərinin yaranmasına, onkoloji xəstəliklərin, anadangəlmə patologiyaların artmasına, infeksion  və sahib orqanizmlər vasitəsilə xəstəliklərin yayılmasına səbəb olur. Bundan əlavə, temperaturun yüksəlməsi və yaşayış yerlərinin dəyişməsi, bir çox bitki və heyvan növlərini təhdid altında saxlayır. Bu, biomüxtəlifliyin itirilməsinə və  ekosistemlərin tarazlığının pozulmasına  səbəb olur. ABŞ kosmik agentliyi olan NASA-nın rəhbəri Bill Nelson bildirir ki, peyklər dünyanın hər yerindən alimlərə iqlim dəyişikliyini öyrənmək üçün məlumatlar ötürür, eyni zamanda, getdikcə daha çox metan sızması kimi istixana qazı emissiyalarının mənşəyini müəyyən edir: "Təbii qazın əsas komponenti olan metan karbon qazından sonra qlobal istiləşməyə ən böyük töhfə verən ikinci amildir. Alimlər indi peyklər tərəfindən toplanan məlumatlardan istifadə edərək böyük metan sızmasının mənşəyini dəqiq müəyyənləşdirə bilərlər. Metan qazı karbon dioksidlə müqayisədə qlobal istiləşmənin daha güclü təhrikçisidir, çünki atmosferdə daha çox istilik tutur".  Ümumdünya Meteorologiya Təşkilatının baş katibi, professor Petteri Taalas qeyd edir ki, ekstremal hava hər gün insanların həyatını və dolanışıq vasitələrini pozur, hər kəsin erkən xəbərdarlıq xidmətləri vasitəsilə qorunmasını təmin etmək üçün təcili ehtiyacını vurğulayır. İstiləşmənin gələcəkdə də davam edəcəyi gözlənilir, bu dəyişiklik əsrlərdən minilliklərə qədər zaman miqyasında geridönməz prosesdir. Bütün məlumatlarda göstərilir ki, okeanların istiləşmə sürəti son iyirmi ildə xüsusilə dramatik şəkildə artıb. Şimali Amerikanın qərbində və Avropa Alp dağlarında buzlaqlar həddindən artıq ərimə mövsümünü yaşayıb. İsveçrədə buzlaqlar son iki ildə qalan həcminin təxminən 10 faizini itirib. Ekstremal hava və iqlim hadisələri bütün məskunlaşmış qitələrə böyük təsir göstərib. Bunlara böyük daşqınlar, tropik tsiklonlar, həddindən artıq istilik və quraqlıq, həmçinin onların səbəb olduğu meşə yanğınları daxildir.

Bunlar fonunda Potsdam İqlimə Təsir Tədqiqat İnstitutunun alimləri belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi 2049-cu ilə qədər qlobal iqtisadiyyata ildə 38 trilyon dollara başa gələ bilər. Qeyd olunub ki, bu səbəbdən qlobal iqtisadiyyat 19% kiçilə bilər. İtkilərin qlobal istiləşmə sürətinin azaldılması ilə bağlı xərclərdən altı dəfə çox olduğu vurğulanıb. Əsas təhlükə təbii fəlakətlərin - meşə yanğınları və qasırğaların daha tez-tez baş verməsidir. Materialda həmçinin Afrika və Cənubi Asiya ölkələrinin iqlim dəyişikliyindən ən ciddi problemlərlə üzləşəcəyi bildirilib. Hazırda bu qəbildən olan problemlərə Azərbaycan xüsusi diqqət cəlb edir. Qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin ölkəmizə həvalə olunması da bu mənada təsadüfi deyil. Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə ciddi töhfə vermək niyyətindədir.  Məsələn, "yaşıl enerji"nin inkişafı və onun dünya bazarlarına çıxışı hazırda Azərbaycanın enerji siyasətinin prioritetidir. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Həmçinin, ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığı təşviq edəcək. Dünyada hər kəs gündəliyimizin yaşıl enerji ilə bağlı olmasını bir daha görəcək. Bunlar fonunda rusiyalı ekspert Arseni Mitko qeyd edir ki, Azərbaycanın böyük "yaşıl enerji" potensialı var: "Bunun üçün ilkin şərtlər ölkədə bərpa olunan təbii mənbələrdən elektrik enerjisi istehsalı üçün böyük potensialın olması kimi amillər idi. Günəş enerjisini, demək olar ki, bütün ölkə ərazisində əldə etmək olar və külək enerjisindən istifadə baxımından ən perspektivli sahələr Xızı, Xəzər, Abşeron, Qobustan rayonları, eləcə də Bakı sayılır. Xəzər dənizində dəniz və külək stansiyalarının yaradılması ehtimalı var. Külək və günəş elektrik stansiyaları, emissiyaların azaldılması, meşələrin bərpası, elektrik və hidrogen nəqliyyatının inkişafı - bütün bunlar böyük əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, bu məsələdə elektrik enerjisi istehsalının ənənəvi üsullarından ekoloji cəhətdən təmiz üsullara sürətli keçid mümkün deyil. Hesab edirəm ki, enerji mənbəyi kimi neft, qaz və kömür dərhal silinməyəcək. Onlar hələ də qalacaqlar, onlara ehtiyac davam edəcək. Ona görə də Azərbaycan ağlabatan proporsiya və real tempi saxlamaqla ənənəvi üsullardan yeni üsullara rəvan keçid strategiyasını qəbul edib. Belə ki, əvvəllər işğal olunmuş və hazırda işğaldan azad edilmiş ərazilərdə bütün infrastrukturu sıfırdan bərpa etmək, faktiki olaraq yaratmaq lazımdır və bu bərpa artıq ən müasir, "ağıllı" texnologiyalar əsasında aparılır. Məhz bu bölgələr təmiz enerji zonası elan edilib. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan təbii mənbələrdən elektrik enerjisi istehsalı üçün böyük potensial mövcuddur. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli günəş enerjisi ilə zəngindir; Kəlbəcər və Laçın güclü küləkləri ilə tanınır. Təbii, dağ çaylarının - Tərtərçay, Bazarçay, Həkərinin enerji yaradan potensialını xüsusi qeyd etmək yerinə düşər ki, bu da atmosferə zərər vermədən elektrik enerjisi istehsalına öz töhfəsini verəcək".

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ