çərşənbə günü, 07 oktyabr 2026
     

Ukraynada müharibə Azərbaycanın benzin idxalına təsir etməyə başlayır...

Image


Məlum olduğu kimi, Rusiya bu il martın 1-dən benzin ixracına qadağa qoyub. Qadağa altı aylıq dövrü əhatə edəcək. Lakin son proseslər üzündən bu qadağanın daha da uzanması gözlənilir. Belə ki, Ukrayna Rusiyanın neft emalı müəssisələrini sıradan çıxararaq orada yanacaq qıtlığı törədir və qiymətləri bahalaşdırır.

Rusiyanın içərilərində və sərhəddən çox uzaqda olan neft emalı müəssisələrinə Ukraynanın silsilə dron hücumları Kremli, Ukraynada apardığı müharibədən başqa, öz ərazisini qorumaq haqqında da düşünməyə vadar edir. "Politico" nəşri yazır ki, bu hücumlar həm də gözlənilməyən sonuclar doğurub. Belə ki, dünyanın ən iri neft dövlətində neft qıtlığı yaranıb. Rusiya istehlakçıları üçün dizel qiymətləri kəskin artıb. Hökumət rəqəmlərinə görə, təkcə ötən həftə dizel yanacağının qiymətləri 10 faizə yaxın bahalaşıb. Təchizat azaldığından və getdikcə daha çox müəssisə işini dayandırdığından benzin qiymətləri ilin əvvəlindən bəri 20 faizdən çox artaraq son yarımilin ən yüksək həddinə çatıb. Ötən həftə Ukrayna sərhədindən təxminən 500 kilometr uzaqda Rusiyanın enerji nəhəngi "Rosneft"ə aid iki yanacaq anbarı dronlarla vurularaq ciddi dağıntıya məruz qalıb. Yanacaq məhv edilib. Rusiyanın doqquz regionunda 12-dən çox neft emalı müəssisəsi il başlayandan bəri buna bənzər hücumlara hədəf olub. Kiyev rəsmiləri neft sənayesinin legitim hərbi hədəf sayıldığını deyirlər. Britaniya hərbi kəşfiyyatının keçmiş zabiti Filip İnqrem  bildirir: "O, ağcaqanad kimidir – nə tapa, nə öldürə bilirsən, özü də hər gecə yenə gəlir, yorulub əldən düşürsən. Bu, ön cəbhə üzərindəki basqını götürmək üçün çox yaxşı yoldur". Onun sözlərinə görə, bu strategiya qarşıdakı onilliklər ərzində zabitlərə təlim keçən akademiyalarda öyrəniləcək.  Nəticədə Moskva yanacaq ixracatını, az qala, tarixi minimum səviyyəsinə endirib. Bu, Moskva üçün həm siyasi, həm də hərbi problemdir. Ucuz yanacaq Rusiyanın savaş aparmasından ötrü vacib olmaqla yanaşı, hökumətin xalqa təqdim etdiyi əsas məqamlardan biridir. Çünki bu hal  artmayan maaşları və zəif rublu tarazlayır. Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun təhlilçisi İqor Yuşkov yerli mediaya müsahibəsində qiymətlərin tezliklə aşağı düşməyəcəyini və hətta ölkənin qonşu Belarusun anbarlarında saxlanan benzini idxal etməli ola biləcəyini deyib. Ötən il Moskva daxili bazarda yaranan qıtlıq üzündən benzin və dizel ixracını yasaqlamışdı. Rusiya sürücülərin işini asanlaşdırmaq və kənd təsərrüfatı sektorunu, görüntü üçün də olsa, gücləndirməkdən ötrü elə tarixən daxili yanacaq bazarını tənzimləyib, qiymətləri aşağı səviyyədə saxlayır. Amma dünyada yanacaq bahalandığından neft alış-verişi ilə məşğul dəllallar Rusiyanın daxili bazarı üçün nəzərdə tutulan ucuz benzini xaricə satmaqla gəlir götürürdülər. Noyabrda bu qadağanı yüngülləşdirən Moskva martda Ukraynanın hücumlarına görə onu yenidən tətbiq etməli olub.

Qərb ölkələrinin çoxu Rusiyadan benzin və dizel kimi neft məhsulları almağı dayandırsa da, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Amerika və Şimali Afrikanın bir neçə dövləti ucuz qiymətlərdən yararlanmaq və ya yenidən ixrac məqsədilə yenə həmin məhsulları alır. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Rusiya iqtisadiyyatı üzrə eksperti Mariya Şaqina qeyd edir: "Kiyev Moskvanın texnoloji zəif damarını tapıb və Ukraynanın Rusiya neftayırma zavodlarına dron zərbələri Qərb sanksiyalarının təsirini sürətləndirir. Bu zavodlar artıq Qərb avadanlığı, ehtiyat hissələri və proqram təminatını yeniləməkdə çətinlik çəkirlər". Ancaq Ukraynanın Kremlin qanlı müharibəsini qidalandıran yanacaq və pul axınının qarşısını almaq cəhdləri ABŞ-ın xəbərdarlığına tuş gəlib. Müdafiə naziri Lloyd Ostin kimi yüksəkvəzifəli rəsmilər bu hücumlarla bağlı açıq xəbərdarlıq səsləndiriblər. ABŞ rəsmilərini dünya enerji bazarları təlaşlandırır. Moskva da bütün müharibə ərzində fəal şəkildə Ukrayna infrastrukturunu hədəf alaraq ölkənin elektrik şəbəkəsini sıradan çıxarıb və milyonlarla insanı elektriksiz qoyub. İndi Rusiyanın yanacaq ixracına tətbiq etdiyi qadağanın və baş verənlərin Azərbaycana təsirinin olub-olmmamasına gəlincə,   2023-cü ilin rəsmi statistikasına görə, il ərzində Azərbaycana 86 min ton 95 markalı, 2 min tondan çox isə 98 markalı benzin idxal olunub. Ötən il Azərbaycana idxal olunan yüksək oktanlı benzinin ümumi həcmi 88 min tondan artıqdır. Keçən il ölkədə idxal olunan yanacağın həcmi 2022-ci illə müqayisədə 13,5 faiz azdır. Bu proses son bir neçə ildir ki, davamlı olaraq baş verir. Azərbaycanın yüksək oktanlı benzin idxalı rekordu vaxtilə 98 min ton olub. Rusiyadan ölkəmizə gətirilən yüksək oktanlı benzinin ümumi idxal həcmindəki çəkisi 47 faiz olub.  Amma bu rəqəmin sıfır həddinə enməsi qaçılmaz görünür. Onu a qeyd edək ki, Azərbaycan 95 markalı benzin idxalını bir çox ölkələrdən həyata keçirir. Bu ölkələr sırasında Belarus, Rumıniya, Yunanıstan, hətta Gürcüstan da var. Düzdür, Gürcüstan özü benzin istehsal etmir. Lakin, SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqələri orada topdan alış həyata keçirir. Azərbaycan da açıq bazar prinsipi ilə buradan yüksək oktanlı benzin alır. Ona görə də, Azərbaycanda yanacaqla bağlı hansısa problem gözlənilmir. 

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ