çərşənbə günü, 07 oktyabr 2026
     

Hökumət tütünə görə milyonlarımızın xaricə axmasından narahatdır...

Image


Yerli tütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq, hər 1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarən yerli xammaldan istifadənin həcmi artırılacaq. Bu məsələ "Tütün və tütün məmulatı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Tütün məmulatı qismində siqaret istehsalı ilə bağlı tətbiq ediləcək icazə şərtlərinə məhsulların yerli xammaldan istifadə edilməklə istehsalına icazə verilməsi şərti daxil edilir.

Qanuna uyğun olaraq tütün məmulatının istehsalını həyata keçirən qeydiyyata alınmış sahibkarlıq subyektləri tütün məmulatının istehsalında yerli tütün xammalından istifadə həcmlərinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə riayət etməlidirlər. Hesab olunur ki, bu, ölkədə kənd təsərrüfatının intensiv inkişafına da töhfə verəcək. Tütünçülüyün inkişafı məqsədilə yeni əkin sahələrinin cəlb edilməsi, yeni tütün sortlarının əkininə stimul verilməsinə səbəb olacaq. İstehsalatda yerli xammal bazasından istifadənin artırılması müvafiq sahədə idxaldan asılılığın əhəmiyyətli dərəcədə aşağı salınmasına, gələcəkdə bu məhsullar üzrə ixrac potensialının artırılmasına səbəb olacaq. Son illər qarşıya qoyulan əsas hədəflərdən biri də respublikada tütünçülüyün inkişafıdır və yerli tütünün keyfiyyətinin beynəlxalq standartlara tədricən çatdırılacağı nəzərə alınaraq, istehsal olunan siqaret məhsulları üzrə minimal yerli xammal tələbinin mərhələli şəkildə artırılması təklif olunur. Bu məqsədlə yerli tütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq hər 1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarən yerli xammaldan istifadə həcmləri artırılacaq. Qeyd edilən faizlərə nəzarətin dəqiq həyata keçirilməsi məqsədilə yerli tütünün alınması üçün  faizlərə uyğun çəkilər müəyyən edilib. Bildirilir ki, tütün xammalının yeni növlərinin becərilməsi və həcminin artırılması üçün 2024-cü ildə istehsal olunan tütün məmulatlarının tərkibində 96 qram, 2027-2029-cu ildə 100 qram, 2030-cu və daha sonrakı illərdə 120 qram yerli xammal olmalıdır. Hökumət bu qərarını yerli bazarın qorunması məqsədi ilə izah edir. Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov mövzu ilə bağlı açıqlamasında bildirib ki, ötən il Azərbaycanda 15.3 milyard ədəd siqaret istehsal olunub. Bunun 98 faizi yerli istehsaldır. Amma siqaretlərin Azərbaycanda istehsal edilməsi hələ Azərbaycanın siqaret istehsalı ilə bağlı xaricdən asılı olmadığı demək deyil. Belə ki, Azərbaycanda siqaret istehsal edilsə də, siqaret xammalı baxımından xaricdən ciddi asılılıq var. Bu asılılıq Rusiya-Ukrayna savaşı başlarkən Azərbaycandakı siqaret istehsalçılarını çətin duruma salmışdı. Həmin dövrədək "Azadlıq" radiosunun məlumaına əsasən, Azərbaycanın emal edilmiş tütünə tələbatını Ukrayna təmin edirdi. Savaş başlayandan sonra Ukraynada istehsal və logistika imkanlarının çətinləşməsi Azərbaycanın emal edilmiş tütün idxalına da təsir göstərmişdi. Hətta həmin dövrdə bir müddət bəlli siqaret markaları tapılmadı və siqaret istehsalçıları bu məsələyə dair ayrıca açıqlama da yaydı. Azərbaycanda iri siqaret istehsalçılarından "Tabaterra" QSC-nin açıqlamasında bildirilirdi ki, regionda davam edən müharibə üzündən dünyada logistika sahəsində çətinliklər yaşanmaqdadır və bu səbəbdən yuxarıda qeyd olunan markaların bəzi çeşidləri üçün xammalların təchizat ölkəsi üzrə dəyişiklik prosesi daha çox vaxt tələb edir. Ukraynadan emal edilmiş tütün idxalında problemlər yarandıqdan sonra Azərbaycanın siqaret istehsalçıları emallı tütünü, əsasən, Türkiyədən təmin etməyə başladılar.

Dövlət Gömrük Komitəsinin rəqəmlərinə görə, ötən il Azərbaycan tütün və tütün məhsullarının idxalına 120 milyon dollara yaxın pul xərcləyib. Tütün hər il Azərbaycanda idxalına ən çox vəsait sərf edilən məhsullardandır. Elə hökumətin bu sahəyə marağının artmasına səbəb olan amil də məhz bununla bağlıdır. Özəlliklə 2015-ci il devalvasiyalarından sonra Azərbaycan idxalına çox vəsait xərclədiyi bəlli məhsulların yerli istehsalını artırmağa və ölkədən valyuta çıxışını azaltmağa çalışır. Onu da unutmaq olmaz ki, 2017-ci ildə "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı"təsdiqlənmişdi. Tütün əkini sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması, tütünün istehsalı, ilkin emalı və son məhsulun ölkədə istehsalının genişləndirilməsi bu proqramın əsas məqsədləri idi. Dövlət Statistika Komitəsinin Azərbaycanda tütünün əkin sahələri ilə bağlı yayımladığı rəqəmlərdən görünür ki, bu proqramın qəbulundan sonra ölkədə tütün əkinlərinin sahəsi artsa da, sonradan yenidən azalmağa başlayıb. Rəsmi rəqəmlərə görə, 2016-cı ilədək Azərbaycanda tütün əkinlərinin sahəsi 1.1-1.4 min hektar arası dəyişib. 2016-cı ildə bu rəqəm 2.4 min hektara yüksəlib. Tütünçülüklə bağlı proqramın qəbulundan sonra 2017-ci ildə bu rəqəm 3 min hektarı aşıb. 2019-2021-ci illərdə Azərbaycanda tütün əkinlərinin sahəsi dəyişməz qalıb – 3.1 min hektar. 2022-ci ildə isə tütün əkinlərinin həcmində ciddi azalma baş verib və əkinlərin həcmi 2.4 min hektara enib. Ötən il 2.7 min hektar ərazidə tütün əkini aparılıb. Deməli, rəqəmlərdən göründüyü kimi, bu istiqamətdə dövlət proqramının icra edilsə də, sonrakı illərdə Azərbaycanda tütün əkini sahələrində kəskin artım baş verməyib. Əkin sahəsi ilə yanaşı, istehsal həcmində də oxşar trend müşahidə edilir. Azərbaycanda tütün istehsalı 2018-ci ildə 5.3 min tondan 6.3 min yona yüksəlib. Ötən il də Azərbaycanda elə 6.3 min ton tütün yetişdirilib. Başqa sözlə, 2018-ci ildən sonra bu bitkinin istehsalında ciddi dəyişiklik baş verməyib. Bu baxımdan, ölkədə yerli tütünün siqaret istehsalındakı payının artması üçün bu istiqamətdə həvəsləndirici addımların atılmasına, yerli tütünün keyfiyyətinin yüksəldilməsinə də ehtiyac var. "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik təklifi, sadəcə, yerli tütün istifadəsi ilə bağlı deyil. Eyni zamanda, qanun layihəsinə əsasən, tütün məmulatı yetişdirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün 34 milyon manatdan az olmayan məbləğdə investisiya qoyulması tələbi də gətirilir. Bu dəyişiklik təklifi belə əsaslandırılır ki, ölkə ərazisində istehsal olunan bir sıra tütün məmulatı sanitar-gigiyena normalarına uyğun gəlmir, bazarda mənşəyi bilinməyən, aşağı keyfiyyətli mallar əhalinin sağlamlığına qorxu törədir, üstəlik, vergidən yayınma halları da geniş vüsət alır. Qanun layihəsində bildirilir ki, tütün məmulatlarının istehsalı spesifik avadanlıq əsasında aparıldığından bu avadanlıqlara əsaslanan istehsal xəttinin qurulması böyük investisiya tələb edir. Müəssisənin normal fəaliyyəti üçün belə avadanlıqdan ibarət iki istehsal xətti olmalıdır. Onu da qeyd edək ki, siqaret bir neçə hissədən ibarətdir. Tütün, üzərindəki kağız, yazılar, pambıq filtr və qablaşması - bu tərkiblərin heç biri Azərbaycanda istehsal olunmur. Müəssisələr var, lakin istehsal üçün lazım olan xammal xaricdən gəlir. Ölkə bu sahədə idxaldan asılıdır. O səbəbdən xaricdə dəyişiklik olan kimi ölkəmizə də təsir edir. İndi bu asılılığın aradan qaldırılması diqqət mərkəzindədir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ