Cümə axşamı günü, 08 oktyabr 2026
     

Şimal-Cənub dəhlizi Azərbaycanın önəmini daha da artırır...

Image


Məlum həqiqətdir ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin ərsəyə gəlməsində tranzit ölkə kimi mühüm oynayır. Bu dəhlizin Azərbaycan üzərindən keçməsi fonunda ölkəmizdə böyük infrastruktur layihələri həyata keçirilib.

Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən qurulub. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verilib.

Bununla yanaşı, Astaraçay üzərində yeni avtomobil körpüsünü tikintisi başa çatıb. Həmçinin, "Azərbaycan Dövlət Dəmir Yolları" QSC İranın Astara şəhərində yük terminalının tikintisini davam etdirir. Lakin görülən işlər təkcə qeyd edilənlərlə məhdudlaşmır. Moskvada prezident İlham Əliyevin və Rusiya dövlət başçısı Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü fonunda məsələyə yenidən nəzər salınıb. Bu xüsusda prezident İlham Əliyev qeyd edib: "Bildirməliyəm ki, Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diqtə edir ki, biz bu yolda yük daşımalarını artıra bilək və bununla Şimaldan Hind okeanına unikal nəqliyyat yolunu təmin edək". Deməli, Azərbaycan ərazisində bu nəqliyyat dəhlizinin inşası davam etdiriləcək. Bu hal ölkəmizin yükaşımalardan daha çox gəlir əldə etməsini şərtlndiriəcək. Qeyd olunanlar fonunda "Bloomberg" agentliyi yazır: "Yaxın Şərqdə sabitliyin pozulduğu zamanda Rusiya Avropa ilə Asiyanı birləşdirəcək iki nəqliyyat dəhlizinin formalaşması istiqamətində tədbirlər həyata keçirir. Rusiya İran ərazisindən keçən dəmir yolu və Arktikanın dəniz yolları ilə Çin və Hindistanla ticarətini genişləndirmək istəyir. Buna Ukrayna müharibəsinə görə təcrid vəziyyətinə düşmüş Rusiyaya tətbiq olunan sanksiyalar səbəb olub. Bu nəqliyyat dəhlizləri tranzit yüklərin daşınması müddətini 30-35 faiz azaltmaqla yanaşı, İsrailin HƏMAS-a qarşı Qəzzadakı müharibəsinə görə Qırmızı dənizdə husilərin yaratdığı təhlükədən yan keçir. Asiyanın iri iqtisadiyyatına malik olan dövlətlər, sanksiyalara baxmayaraq, Rusiyanın təklif etdiyi dəhlizlərə böyük maraq göstərirlər. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Hindistanla Rusiyanın Avropa hissəsini birləşdirir. Lakin İranın köhnəlmiş nəqliyyat infrastrukturu və Şimal dənizinin buz örtüyü problemlər yaradır. Qlobal istiləşmə buzların tədricən əriməsinə səbəb olur. Lakin bu dəniz yolunda hələ ki, logistika problemləri mövcuddur. Rusiya hər iki nəqliyyat dəhlizinin modernləşməsi üçün 25 milyard dollar həcmində sərmayə yatırmağa hazırlaşır.

Ötən 2023-cü ilin mayında Rusiya İrana 1,4 milyard dollar kredit ayırıb ki, Rəşt-Astara dəmir yolunun tikintisini başa çatdırsın. Xəzər dənizi sahilində yerləşən İranın Rəşt şəhəri ilə Azərbaycanın Astara şəhəri arasında çəkiləcək 162 kilometrlik dəmir yolu Fars körfəzi sahilindəki Bəndər-Abbas limanı ilə Rusiyanın Sankt-Peterburq liman şəhərini birləşdirəcək. Avrasiya İnkişaf Bankının hesablamalarına görə, Mərkəzi Asiya ölkələrinin dəmir yollarını və Transxəzər Beynəlxalq Nəqliyyat marşrutunu özündə birləşdirən Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi sürətlə artacaq. Bu dəhliz Rusiya, İran, Hindistanı, Cənubi Asiyanı Fars körfəzi və Afrika ilə birləşdirəcək. 2023-cü ildə Rusiya ilə Çin arasındakı ticarət dövriyyəsinin həcmi 2 dəfədən çox artaraq 240 milyard dollara çatıb ki, bu da 2020-ci ilin dövriyyəsindən 108 milyard dollar çoxdur. Hindistan ilə Rusiyanın ticarət dövriyyəsi isə 3 il əvvəlki 10 milyard dollar həcmindən 64 milyard dollara qədər yüksəlib. Çin, Hindistan və Cənub Şərqi Asiya ölkələri ilə artan ticarət dövriyyəsi və neft satışından əldə olunan gəlir Rusiyanı şərq istiqamətindəki nəqliyyat dəhlizlərinin inkişafına milyardlarla dollar sərmayə yatırmağa məcbur edir. Şimal-Cənub dəhlizi qlobal xarakter daşıyır və dəhliz ərazisindən keçdiyi hər bir dövlətə səmərəli iqtisadi imkanlar yaradır". Faktdır ki, Rusiya-Ukrayna münaqişəsi Avropadan Asiyaya uzanan nəqliyyat dəhlizlərinin bloklanmasına və iki qitədə yerləşən dövlətlər arasındakı ticarət əlaqələrinin zəifləməsinə səbəb olub. Digər tərəfdən Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar ənənəvi ticarət tərəfdaşlarını yeni yollar axtarmağa vadar edib. Bu da diqqəti Şimal-Cənub dəhlizi üzərində cəmləyir. Təkcə Rusiya yox, artıq Avroap da buna maraq göstərir. Belə ki, Qırmızı dənizdə yaranan böhran artıq Avropa iqtisadiyyatına mənfi təsirini göstərməyə başlayıb. Üsyançı husilərin Asiyadan Avropaya yük daşıyan neft və ticarət gəmilərini atəşə tutması qitə ölkələrində qiymətlərin artması və yeni inflyasiya dalğası ilə müşahidə edilir. Şimal-Cənub isə Asiya ilə Avropa arasında nəqliyyat əlaqəsi yaratmaq imkanı olan ən optimal marşrutdur. Hindistanın Mumbai limanından çıxan gəmilər Süveyş kanalı vasitəsi ilə 14 min kilometr yol qət edərək Avropaya çatırlar və bu müddət 60 gün çəkir. Lakin Mumbaidən çıxan gəmilər konteynerləri İranın Çabahar limanına daşısalar, konteynerlər burdan Şimal-Cənubun əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən Avropaya daşınar. Şimal-Cənub 7200 kilometrdir və yükdaşıma müddəti 25 gün çəkir. Məlumdur ki, yolun qısalması öz növbəsində nəqliyyat xərclərinin də azalmasına səbəb olur. Yüklərin tez, təhlükəsiz və nəqliyyat xərcinin az olması logistikanın ana xəttini təşkil edir. Bu baxımdan Şimal-Cənubu transmilli korporasiyaları, iri milli şirkətləri dövlətlərin marağına səbəb olub. 

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ