Cümə axşamı günü, 26 noyabr 2026
     

Qızıl kəskin bahalaşır, dünya iqtisadiyyatı yeni böhrana girir - xəbərdarlıqlar edildi...

Image


Dünyada qızılın qiyməti kəskin qalxır və bəzi müstəqil iqtisadçılar bunu heç də yaxşı əlamət saymır. Aprelin ikinci ongünlüyündə qızılın qiyməti tarixdə ilk dəfə 1 unsiya (31.1 qram) üçün 2 min 400 ABŞ dollarını ötüb. Son altı ayda onun qiyməti 25 faiz artıb.

Hesab olunur ki, ABŞ-ın mərkəzi bankı sayılan Federal Ehtiyatlar Sisitemi tərəfindən uçot dərəcəsi aşağı salınacağı təqdirdə Amerika valyutasının dəyərinin enəcəyi gözləntisi qızıla tələbatı artırır. Hazırda bu dərəcə illik 5,25-5,5% təşkil edir. Aşağı uçot səviyyəsi qızıla marağı və cəlbediciliyi artırır ki, hətta aparıcı ölkələr özləri də belə valyuta ehtiyatlarında sözügedən qiymətli metal həcmini artırmağa başlayırlar. Çünki qızıl bir sığorta mənbəyidir. Lakin məsələnin fərqli tərəfinə nəzər salanlar da var. Məsələn, iqtisadçı Natiq Cəfərli deyib ki, qızılın qiymətinin artması böhranın öncədən xəbərdarlığıdır: "Qızıl güvənli olduğundan, yatırımçılar ciddi böhran təhlükəsi yaxınlaşanda vəsaitlərini daha çox qızılda qorumağa çalışırlar. Birjalar yaranandan tarixən belədir". İqtisadçı hesab edir ki, Azərbaycanda iqtisadi model dünyadakı iqtisadi proseslərə çox həssasdır. O bildirir ki, ixracatda hələ də enerji məhsullarının payı yüksəkdir. Bu halda böhranlar yaşananda enerji məhsullarının qiymətinin düşməsi iqtisadiyyta təsirsiz ötüşmür: "Dünyada iqtisadi daralmalar olacaqsa, neftə olan tələbat da azalacaq". Ancaq neft qiymətləri son yarımilin ən yüksək həddinə çatıb. Təhlilçilər deyir ki, İranın İsrailə hava hücumunun ardınca qiymətlər daha da artacaq. Qeyd edək ki, iki ölkə arasındakı düşmənçilik 40 ili aşsa da, İran ilk dəfə İsrailə hücum edib. İsrailin hücumuna İranın cavab verəcəyinə dair gözləntilər nəticəsində neft qiymətləri oktyabr ayından bəri ən yüksək həddə çatıb. "Fox Business" nəşri yazır ki, "Brent" xam neftinin bir barrelinin qiyməti 92 dolları keçib: "Qiymətlərin sabitləşməsini yalnız ticarət bərpa olunanda gözləyə bilərik. Hələlik, hücumun istehsala heç bir təsiri olmayıb və İran deyir ki, məsələni başa çatdırılmış saymaq olar. Amma aprelin 14-də yaranmış durumla bağlı görüş keçirən Yeddilər Qrupu ölkələrinin liderləri İranın hücumunu qınayaraq, İsrailin güvənliyinə dair öhdəliyini bir daha təsdiqləyiblər. Onlar İrana qarşı sanksiyaları da müzakirə ediblər. 2020-ci ildə İran ABŞ-ın general Süleymanini qətlə yetirməsinə cavabını ölçülü və ədalətli şəkildə vermişdi. İran eskalasiya etmədən əvəz-əvəz prinsipinin üzərində durarsa, neft qiymətləri, qızıl, dollar və istiqrazlar münaqişənin təsiri ilə müəyyən qədər bahalaşsa belə, səhmlərin durumu baxımından üstümüzdən yük götürüləcək. İran Bayden administrasiyası dövründə özünün əsas gəlir mənbəyi olan neft ixracını kəskin artırıb. Trampın dövründə İranın neft ixracatı ciddi ölçüdə azaldılmışdı. Ağ Ev İranı ixracatını artırmağa həvəsləndirmədiyini və sanksiya tətbiq etməyi sürdürdüyünü iddia edir. İranın neft ixracatının azalması ABŞ-da neft və benzin qiymətlərinin daha da artmasına yol açacaq. Bu da payızda keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi baxımdan həssas məsələdir. Hörmüz boğazından keçən gəmilərin güvənliyi ilə bağlı potensial risqlər də bazar qiymətlərinə təsir göstərən amillərdəndir. Hörmüz boğazı dünyada istehlak olunan neftin beşdə birinə qədərinin keçdiyi yoldur. İran İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələri komandanı ötən həftənin əvvəli bildirib ki, İran zəruri sayarsa, boğazı bağlaya bilər. Xam neft qiymətlərində artıq risq artımı vardı. Bu artımın nə dərəcədə böyüməsi, demək olar, tamamilə İran və Hörmüz boğazı ətrafında hadisələrin necə cərəyan edəcəyindən asılıdır".

Bundan başqa, indi OPEC+ ölkələri hasilatı azaltmaq yolu ilə neftin qiymətini yuxarı həddə saxlayırlar. Neft qiymətləri fonunda, Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, qızıla tələbin artmasının fərqli səbəbləri var: "İnvestorlar yığım vasitəsi olaraq daha çox qızıla yönəlirlər. Rusiya-Ukrayna savaşından sonra daha az risqli vasitələrə sərmayə qoyuluşunun artması müşahidə olunur". Ancaq Vüqar Bayramov dünya iqtisadiyyatında ciddi tənəzzül risqi görmür: "Düzdür, qlobal problemlər var, regional münaqişələr, Yaxın Şərqdə baş verənlər, Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatında siyasi təsirlərə malikdir. Lakin qlobal iqtisadiyyatda artım meylləri qorunub saxlanılır, inflyasiya səviyyəsi də tənzimlənən həddədir. Ona görə, hələlik, nə Beynəlxalq Valyuta Fondunun, nə də Dünya Bankının proqnozlarında kəskin böhran siqnalları və mesajları var. Amma sözsüz, nəzərə alsaq ki, indiki iqtisadi artım qlobal olaraq dayanıqlı sayılmır, o zaman risqlərin yaranması istisna deyil". O düşünür ki, Azərbaycan üçün praktik olaraq xarici faktor kimi neftin dünya bazar qiymətinin təsirləri var: "Hazırda neftin dünya bazarında qiyməti yüksəkdir. "Brent" markalı neftin 1 barreli 90 dolara satılır. Bu, 2024-cü ilin büdcəsində nəzərdə tutulan qiymətdən təxminən 50 faiz çoxdur. Bu kontekstdən, hələlik, regional və qlobal iqtisadi dəyişikliklərin Azərbaycan iqtisadiyyatına mənfi təsirlərini müşahidə etmirik. Eyni zamanda, neft bazarına təsirlər yoxdur. Ona görə də, qızılın qiymətinin artması fonunda yeni qlobal risqlər və dəyişikliklər baş verərsə, Azərbaycana daxil olan valyutanın həcmi baxımından neft bazarındakı dəyişikliklər önəmlidir". Deputat vurğulayır ki, hələlik, neftin mövcud qiyməti ölkəyə daxil olan valyutanın həcminin azalmasına deyil, artmasına səbəb olur: "Neftin qiyməti yüksək olduğundan, Azərbaycanın 2024-cü ildə proqnozlaşdırılan valyuta gəlirlərinin formalaşmasında hər hansı çətinliyin olacağı gözlənilmir".

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ