Cümə axşamı günü, 08 oktyabr 2026
     

Rus-Ukrayna savaşına görə neft 100 dolları keçəcək...

Image


Artıq 5 aydır ki, Ukrayna pilotsuz uçan aparatlarla (PUA) Rusiyanın neft emalı zavodlarını bombalayaraq iqtisadiyyatına hiss olunacaq dərəcədə ziyan vurur. Bu fonda "The Washington Post" qəzeti yazır ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon söhbətində neft emalı zavodlarına PUA hücumuna son qoymağa çağırıb:

"Rusiyanın neft emalı zavodlarına vurulan zərbələr yaxın günlərdə dünya bazarında neftin qiymətinin yüksəlməsinə səbəb olacaq ki, bu da seçkilər ilində Prezident Cozef Baydenin maraqlarına uyğun deyil". İddiaya görə, Harris bu tələbi bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında təkbətək görüş zamanı Zelenskiyə çatdırıb. Amma Zelenski Kamala Harrisin Rusiya neft emalı zavodlarına hücumları dayandırmaq tələbini rədd edib.

Bunlar fonunda Rusiya benzin qıtlığı yaranacağı halları önləmək məqsədilə Qazaxıstandan 100 min ton benzin ehtiyatı hazırlamağı rica edib. Bunu sözügedən sahədəki üç məlumatlı mənbəyə istinadla "Reuters" agentliyi yazıb. Mənbələrdən biri razılaşmanın artıq əldə olunduğunu bildirib. Agentlik bunu da yazır ki, dron hücumları nəticəsində Rusiyada neftin ilkin emalının istehsal gücünün 14 faizi sıradan çıxarılıb. "Kommersant" qəzetinin məlumatına görə Ryazan, Kuybışev, Sızran və Nijeqorod neft emalı zavodlarında istehsalat qurğuları tamamilə dayandırılıb. Nəticədə martın son həftəsində Rusiyada benzinin orta gündəlik buraxılışı 110,7 ton olub. Bu isə fevral ayının müvafiq göstəricisindən 12 faiz azdır.  Rusiya Energetika Nazirliyi aprel-may və ola bilsin iyunun əvvəllərinədək neft emalı zavodlarının təmirini başa vurmağı planlaşdırır. Energetika naziri Nikolay Şulginov deyib ki, bütün zədələnmiş qurğular istismara qaytarılacaq. Rusiya Yanacaq Enerji Kompleksinin vitse-prezidenti Aleksandr Novak deyb ki, bazar risqlərinin baş verməməsi üçün neft şirkətlərinə zədələnməmiş zavodların təchizatını və beləliklə də benzin istehsalını artırmaq tapşırılıb. Rusiya hökuməti öz növbəsində martın 1-dən benzinin ixracını qadağan edib. Məhdudiyyətlər daha yarım il qüvvədə olacaq, amma Avrasiya İqtisadi İttifaqı öfkələri ilə əvvəlcədən razılaşdırılmış təchizata şamil edilməyəcək. Daxili bazarda benzin qıtlığından çəkinən Rusiya Belarusdan benzin alışını artırıb.Əgər fevral ayında Rusiya Belarusdan 590 ton benzin almışdısa, mart ayında bu rəqəm 3 min tona yüksəlib. "Bloomberg" agentliyi yazır ki, Rusiya dəniz dizel yanacağının ixracını 5 aylıq minimum həcmində azaltmağı planlaşdırır. Mart ayında "Rosneft" şirkətinin Ryazan, Lukoil şirkətinin isə Kstovdakı neft emalı zavodlarına dron hücumları olub. Bu iki müəssisə Rusiya və Moskvanı benzinlə təchiz edən neftayırma zavodlarının ilk onluğuna daxildir. İlin əvvəlindən bəri Rusiyanın 10 regionundakı 15 neft emalı zavoduna dron hücumları olub. Bunların illik emal gücü 192 milyon tondur. Kiyev bu hücumlar üçün məsuliyyəti bir qayda olaraq üzərinə götürmür. Bu arada "Financial Times" qəzeti üç mənbəyə istinadla xəbər verir ki, Vaşinqton Kiyevi Rusiyanın enerji infrastrukturuna zərbələr endirməməyə çağırıb. Mənbələrin dediyinə görə ABŞ bunun nəticəsində dünya bazarında neft qiymətlərinin artacağından ehtiyat edir. Bu da ABŞ-da seçkilərə təsir edən faktorlardan hesab olunur.

Xatırladaq ki, ari ilin noyabrında ABŞ-da prezident seçkiləri keçiriləcək və hazırkı  dövlət başçısı Bayden ikinci müddətə prezident seçilmək istəyir. Seçkilər ərəfəsində dünya bazarında o cümlədən ABŞ-da yanacağın qiymətinin artması Baydenə böyük problem yaradır. Yuxarıda qeyd olunduğu kimi, Rusiyanın Samara, Sızran, Ryazan, Kuybışev, Volqoqrad şəhərlərindəki və Tatarıstandakı neft emalı zavodlarına endirilən zərbələr nəticəsində emal 14 faiz azalıb ki, bu da Rusiyanın özündə benzinin qiymətinin artmasına səbəb olub. Rusiyanın 7 böyük neft emalı zavoduna əsaslı zərər vurulub və neft emalı 123 min 800 tondan 90 min 500 tona düşüb. Rusiya Statistika İdarəsinin məlumatına görə, Ukrayna PUA-larının zərbələri 10,1 faiz benzin, 4 faiz dizel yanacağının azalmasına səbəb olub. Lakin Beynəlxalq Enerji Agentliyi Rusiyanın benzin və dizel yanacağı istehsalının göstərilən rəqəmlərdən 2 dəfə artıq azaldığını bildirib və qeyd edib ki, bu, dünya bazarında neft məhsullarının qiymətinə təsir göstərəcək. Agentliyin hesablamasına görə, Rusiyanın dünya bazarına ixrac etdiyi neftin həcmi 20 faiz azalıb. ABŞ dövlət katibi Entoni Blinkenin də xəbərdarlığına baxmayaraq, Ukrayna imkanı daxılındə PUA-larla Rusiyanın neft emalı zavodlarına zərbələr endirməyə davam edəcək.  Bu durumda dünya bazarında "Brent" markalı neftin qiyməti təxminən 90 dollar, WTI və "Urals" markalı neftin qiyməti 85 dollar ətrafındadır. Az olmasına baxmayaraq, dünya bazarında neftin qiymətində artım müşahidə edilir. Amma prosesin daha sürətli xarakter alması da istisna deyil. "Vitol" xammal ticarəti üzrə müstəqil qrupunun baş direktoru Rassel Hardi qeyd edir ki, baş verənlər, eləcə də OPEC+ ölkələrinin hasilat intizamını qoruyub saxlaması fonunda neft qiymətləri bir barrel üçün 100  dollara çata bilər. Xatırladaq ki, qlobal iqtisadi artım tempi ilə bağlı narahatlıqlar tələb proqnozlarına təsir etdiyindən, OPEC+ həmçinin neft qiymətlərini dəstəkləmək üçün 2022-ci ilin sonundan könüllü hasilatın azaldılması çərçivəsində gündəlik təxminən 5 milyon barrel nefti bazardan çıxarıb.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ