Cümə axşamı günü, 08 oktyabr 2026
     

Neftlə bağlı mühüm qərar - manatın məzənnəsi dəyişəcək...

Image


Cari ilin ikinci rübündə Rusiya könüllü olaraq neft hasilatını və ixracını sutkada daha 471 min barrel azaldacağını bildirib. Bundan əlavə, Azəraycanın da daxil olduğu OPEC+ hasilatın könüllü olaraq azaldılması müddətinin uzadılacağını açıqlayıb. Bunlar artıq bazara təsir edir.

Ekspertlər qeyd edir ki, baş verənlər  qiymət sabitliyini, ardınca yüksəlişi təmin edir. Hasilatçı ölkələrdə iqtisadiyyatın inkişafını sürətləndirmək üçün bütün bunlar mühüm hesab olunur. Bunlar fonunda Rusiya hökuməti ölkənin yaxın gələcəkdə xam neft hasilatını və ixracını azaldacağını dəqiq izah edib. Apreldə hasilatın 350 min barrel, ixracın isə 121 min, mayda hasilatın 400 min barrel, ixracın isə 71 min barrel azalacağı gözlənilir. Nəhayət, iyunda hasilatın azalması sutkada 471 min barrel olacaq. Təklifin azalması 2023-cü ilin may və iyun ayları üçün orta ixrac səviyyələrinə əsaslanacaq. Üstəlik, bütün bunlar Rusiyanın 2023-cü ilin aprelində elan etdiyi və 2024-cü ilin dekabr ayının sonuna qədər davam edəcək hasilatın könüllü 500 min barrel azaldılmasına əlavə olaraq edilir. Baş nazirin müavini Aleksandr Novakın izah etdiyi kimi, belə qərarlar OPEC+ ölkələrinin neft bazarlarının sabitliyini və tarazlığını qorumaq üçün gördüyü qabaqlayıcı tədbirlərin gücləndirilməsinə yönəlib. OPEC+ qurummundan olan digər könüllülər də kənarda qalmayıblar. Bu günlərdə keçirilən kollektiv danışıqlardan sonra onlar neft hasilatının daha da azaldılması ilə bağlı tədbirlərinin uzadıldığını elan ediblər. Hasilat 2024-cü ildə ümumilikdə sutkada 1,66 milyon barrel azaldılır. Bu həcm əsasən ən böyük ixracatçılar - Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən bazardan çıxarılır, hər biri hasilatı sutkada 500 min barrel azaldır. Razılaşmada Qazaxıstan, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq, Azərbaycan və Əlcəzair də iştirak edir.  "Digital Broker" şirkətinin aparıcı analitiki Daniil Bolotskixin bildirir ki, hasilatçılar üçün hasilat məhdudiyyətlərinin saxlanılması müsbət amildir: uyğun neft qiymətlərinin yaradılması ilk növbədə büdcə kəsirinin potensial azalması deməkdir: "Mənfi tərəf odur ki, hasilatı uzun müddət aşağı səviyyədə saxlamaq, tədarükün məhdudlaşdırılması neft-qaz sektorunun investisiya cəlbediciliyini azalda bilər". Lakin onun sözlərinə görə, hazırkı mərhələdə dünya qiymətlərinin sabitliyi ixrac həcmlərindən daha vacibdir, çünki sabit qiymətlər təchizatçılarımıza valyuta gəlirlərini az-çox dəqiq proqnozlaşdırmağa imkan verir. 

İstənilən halda, neftin qiymətinin sabitliyini yüksək səviyyədə təmin etməyin hasilatçıların iqtisadiyyatı üçün daha sərfəli olacağını demək olar. Bu, milli valyutaların sabitliyinə də təkan vermək iqtidarındadır. Belə vəziyyətdə manat sabitliyini daha asanlıqla qoruyacaq. Manatın məzənnəsi üçün neftin qiyməti ilə yanaşı, Dövlət Neft Fondundan xərcləmə səviyyəsi də olduqca vacibdir. Çünki manatın taleyini Neft Fondunun hərraca çıxardığı dollarların məbləği də müəyyənləşdirir. Bu halda neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımından çox vacibdir. Artımların müşahidə olunması daha çox vəsaitin Azərbaycana daxil olmasına imkan yaradır, çünki ölkə ixracatının 80 faizini neft və neft məhsulları təşkil edir. Bu kontekstdən, təbii ki, Azərbaycanın dövlət gəlirlərində neftin dünya bazar qiymətinin xüsusi rolu var. Qiymətlərin artması praktik olaraq Azərbaycan üçün müsbət amildir, çünki dövlət gəlirləri artır. Hətta orta hesabla bütövlükdə qiymətləndirmə göstərir ki, hər barrel neftin qiymətinin artması ölkəyə daha çox valyutanın daxil olması deməkdir. Bu baxımdan neftin dünya bazar qiymətinin baha olması ölkə üçün əlverişlidir. Neft gəlirlərinin artması fonunda büdcə gəlirlərində artımlar baş verir, tədiyə balansı normaya düşür, maliyyə sabitliyi daha da güclənir. Düzdür, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Mərkəzi Bank 2016-cı ildə "üzən məzənnə" rejiminə keçiləcəyini bəyan etsə də, bu baş tutmadı. Manat yenə inzibati qaydada tənzimlənir. Azərbaycanda hazırda 2024-cü il üçün neftin qiyməti büdcə proqnozlarınada xərclər planında 60 dollar kimi götürülüb. İndiki 80-90 dollarlıq qiymətlər isə bizim üçün olduqca komfortludur. Neftin orta qiymətinin bahalaşması indiki halda ölkənin icmal balansına 2.1 milyard manat xeyir gətirir. Belə ki, ümumi şəkildə neftin hər illik orta qiymətinin 10 dollar yüksək olması Azərbaycanın icmal büdcəsinə 2.1 milyard manatlıq fayda verir. Neft qiymətləri kəskin ucuzlaşmadığı halda manatın ucuzlaşması gözlənilmir. Hasilatın azalması fonunda isə neft yüksək qiymətlə satılmağa davam edəcək. Onu da qeyd edək ki, Azərbaycan böyük həcmdə valyuta ehiyatlarına malikdir. Bu məsələyə inauqurasiya mərasimində prezident İlham Əliyev də toxunub: "Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Yəni, bu, nəyi göstərir? Bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq". Onu da qeyd edək ki, ölkədə bütün iqtisadi parametrlər, büdcə, xərcləmələr və gəlirlər 1 manat 70 qəpiklə hesablanıb.  Deməli, hökumət də manatın ucuzlaşmasına imkan vermək niyyətində deyil. 

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ