şənbə günü, 15 avqust 2026
     

Yaşıl enerji layihələrimizin son iddiaları Avropaya belə mesaj edildi...

Image


Elçin Qurbanov: "Şübhəsiz ki, uğurlar bizimdir, amma fürsətdən istifadə edərək çatışmazlıqları da işıqlandırmaq lazımdır ki, problemin həllində daha uğurlu inkişafa nail ola bilək" 

Prezident İlham Əliyev "Euronews"a  müsahibəsində deyib ki, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır: 

"Düşünürəm ki, bu bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik".

Prezident yaşıl enerji layihələrimizin iddialı olduğunu deməklə nəyi nəzərdə tutur?

İqtisadçı ekspert Elçin Qurbanov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Azərbaycan bu ilin sonu  dövlətlərarası ən mötəbər tədbirlərdən biri olan COP29 beynəlxalq tədbirinə ev sahibliyi edəcək: "Ölkəmiz BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəfdaş olmaqla iqlim dəyişikliyi ilə mübarizə layihəsinə qoşulub.

Dövlətimiz layihə çərçivəsində emissiya olunan istixana qazlarının artım tempini məhdudlaşdırmaq, belə tullantılarla bağlı mənfi təsirləri azaltmaq, risqlərə qarşı qabaqlayıcı tədbirlər görmək, beynəlxalq təcrübə mübadiləsindən yararlanmaq, təşviq mexanizmləri yaratmaq, şəffaf iştirakçı olmaq, elmi tədqiqatlar aparmaq və s. kimi mühüm hədəflər müəyyən edib. Bilirsiniz ki, ölkə Prezidenti işğaldan azad edilmiş əraziləri "Yaşıl enerji" zonası elan edib. Hətta bu ərazilərin 2050-ci ilədək "Netto sıfır" zonaya çevrilməsi nəzərdə tutulur. Yəni yaşıl enerji  istehsalına və istehlakına tam şəkildə keçid olacaq. Təbiətin sağlamlıq vəziyyəti özünün yaradılış keçmişinə qaytarıla bilər. Bundan başqa, ölkəmiz 2030-cu ilə qədər əvvəlki 30 il ərzində 35 faiz, 2050-ci ilədək isə 40 faiz istixana qazlarının təbiətə buraxılmasının qarşısının alınmasını da əsas hədəf kimi müəyyən edib. Yəqin ki, bütün vətəndaşlar təşviq mexanizmlərindən bəziləri ilə yaxşı tanışdırlar. Onlardan biri ölkəyə idxal olunan elektrik avtomobilləri ilə bağlı gömrük rüsumlarından və vergilərdən azadolma siyasətidir. Yaşıl zonaların salınması, istehsal sahələrində tullantıların zərərli təsirini məhdudlaşdırmaq üçün texoloji vasitələrdən istifadə və yaşıl zolaqların salınması məsələsidir. Çox yaxın keçmişdə bir sıra normaların pozulduğu aşkar edildiyinə görə Gədəbəy qızıl mədəninin fəaliyyətinin dayandırılması buna misal ola bilər. Azərbaycanda 2009-cu ildə bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturuna daxil olan  Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. Yəqin ki, görülən işlərin bir qismi ilə vətəndaşlar tanışdır. Külək enerjisindən istifadə üçün quraşdırılmış cihazların,  günəş panellərinin daha çox rastlaşdığınız Şamaxı yaxınlığındakı ərazilərdə quraşdırıldığını hər kəs görüb. Hesab edirəm ki, dəniz kimi sərvətimizin imkanından yararlanaraq dalğa enerjisindən istifadə etmək üçün çoxsaylı yeni şəkildə platformalar da quraşdırılacaq. Bir sözlə, çox geniş tədbirlər planını həyata keçirmək üçün hədəflərimiz var. O ki qaldı Prezidentin yaşıl enerji ilə əlaqəli işğaldan azad edilmiş ərazilərə xüsusi və daha qayğılı yanaşmasına, hesab edirəm ki, bu, dünyanın diqqətinə həmin ərazilərin həqiqi sahibinin kim olduğunu qayğı və məsuliyyət fonunda çatdırmaqdır.

Şübhəsiz ki, uğurlar bizimdir, amma fürsətdən istifadə edərək çatışmazlıları da işıqladırmaq lazımdır ki, problemin həllində daha uğurlu inkişafa nail ola bilək. Urbanizasiya işlərində buraxılmış səhvləri xüsusi vurğulamaq istərdim. Şəhərsalma və ekologiya mənsubları yaşıl zolaqların kütləvi məhv edilərək hündürmərtəbəli binaların tikintisinə rəvac verilməsi, sıxlığın və ekoloji narahatlığın meydana gəlməsi, bir sıra infrastrukturların fəaliyyətində yaranmış durğunluqlar buna misal ola bilər. Nəqliyyat sektorunda isə vəziyyət daha acınacaqlıdır. Paytaxt küçələrində taksi kimi fəaliyyət göstərən avtomobillərin ( xüsusilə Toyota Prius) ciddi zəhərli tullantılarının oksidləşdirilməsi, yəni dağıdıcı zərərlərin qarşısının alınması (CO – CO2) məqsədilə zavod tərəfindən quraşdırılmış neytrallaşdırıcı katalizator qurğularının avtomobillərdən kütləvi şəkildə çıxarılması buna əyani misaldır. Bir dəfə əldə ediləcək qəpik-quruş xatirinə özünü məhv etmək hansı məntiqə uyğundur? Mən bilirəm ki, həmin avtomobillərin tez-tez hadisə törətməsində əsas səbəb də sürücülərin özlərinin zəhərlənməsidir. Öz təcrübəmdən deyə bilərəm ki, bir dəfə taksi ilə cəmisi 500 metr yol getməklə avtomobilin salonuna dolan qazdan zəhərlənərək xidmətdən imtina etmişəm. Sərnişinlər onlarda baş ağrılarının və ürəkbulanmaların həmin taksilərdən istifadə etdikdən sonra yarandığına şahid ola bilərlər. Bu çox ciddi məsələdir, amma təəssüflər olsun ki, onlar barəsində tədbir görülmür. Katalizatorsuz avtomobillərin dövriyyədən kənarlaşdırılması barədə heç bir iş görülmür. Zəhərlənən və əziyyət çəkən isə bütün ictimaiyyətdir, xalqdır.  Aidiyyəti qurumlara üzümü tutaraq demək istəyirəm ki, iyrənc və cılız maraqlar müqabilində sağlamlıqla əlaqəli heç bir razılaşma və sövdələşmələrə getmək olmaz. Bilməlisiniz ki, təbiət sərhədsizdir. Hər bir xırda zərər bütün təbiətə öz mənfi təsirini göstərir. Sizin sağlamlığınıza və bütün həyatınıza öz qorxunc təsirlərini göstərir. Bu problemə nəyinsə qarşılığında göz yummaqla öz doğmalarınızı və özünüzü məhv edirsiniz. Bu qədər beynəlxalq tədbirlərə qoşuluruq, heç olmazsa hər kəsin sağlam ətraf mühitdə yaşamasını təmin etmək üçün çəkilən əziyyətə qiymət verilsin. Hesab edirəm ki, kütləvi informasiya vasitələri çox ciddi şəkildə təbliğat və maarifləndirmə işlərinə start verməlidir".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycandan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ