Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində avtomobil yolları ilə bağlı 3 layihənin icrası başa çatıb, 13 layihə isə icra olunur."Bərdə-Ağdam, Hadrut-Füzuli və Zəfər yolları artıq hazırdır. Digər layihələr üzrə də işlər sürətlə gedir. Bəzi layihələrin icra vəziyyəti 70 %-i keçib. Bu ilin sonuna, gələn ilin ortalarına layihələrin 80-90 %-i tamamlanacaq", - deyə o qeyd edib.
Mətləb Salahov