Cümə axşamı günü, 08 oktyabr 2026
     

“Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda Vergi Forumu keçirilib

Image


Fevralın 15-də "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər" mövzusunda Vergi Forumu keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin və Nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, xarici və yerli ekspertlər iştirak edib.

Tədbirdə iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov çıxış edib. Bildirib ki, ölkəmiz dünyada baş verən qlobal çağırışlara adekvat yanaşma nümayiş etdirir. Son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri iqtisadi artımın dayanıqlığını təmin edir. 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7% artım dinamikasına malik olub. Azərbaycan iqtisadiyyatı 2024-cü ilə uğurlu göstəricilərlə başlayıb. 

Çıxışında biznesin təşviqi ilə bağlı məsələlərə toxunan Mikayıl Cabbarov qeyd edib ki, vergi sistemi iqtisadiyyatın dövlət tənzimlənməsində mühüm alətlərə malikdir və iqtisadiyyatda müsbət dəyişikliklərin təmin edilməsində, iqtisadiyyatın "ağardılmasında" vacib rol oynayır. Milli iqtisadi inkişafı təmin etməyə və rəqabətqabiliyyətli ekosistem formalaşdırmağa yönələn hədəflər vergi siyasətinin əsas konturlarını müəyyən edir. Vergi siyasətinin təkmilləşməsində dövlət qurumları ilə yanaşı işgüzar dairələrin də rolu xüsusilə vurğulanıb. İqlim dəyişikliklərinin aktuallığı və "yaşıl iqtisadiyyatın" stimullaşdırılmasında vergi siyasətinin roluna diqqət çəkilib, bərpa olunan enerji mənbələrinə sərmayə qoyuluşunun, eləcə də istehsal sektorunda və ixrac olunan məhsullarda "karbon izi"nin azaldılmasına yönələn siyasətin vergi alətləri vasitəsilə dəstəklənməsinin vacibliyi qeyd olunub. 

Forumda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin səlahiyyətlərini icra edən Muxtar Babayev tədbirin əhəmiyyətini vurğulayıb, qlobal iqlim dəyişiklikləri fonunda COP29-un ev sahibi kimi Azərbaycanın bir sıra öhdəlikləri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, hazırda İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqədar dövlət qurumları tərəfindən müxtəlif platformalar üzərindən bu öhdəliklərin yerinə yetirilməsi istiqamətdə ciddi iş aparılır. M.Babayev iqtisadi cəhətdən dayanıqlı təmiz və sağlam mühitin ölkəmiz qarşısında duran əsas çağırışlardan biri olduğunu bildirib. Qeyd olunub ki, vergi siyasətinin biznes müəssisələrinə "yaşıl" təcrübələrin tətbiqinə, dayanıqlı enerji layihələrinə sərmayələr qoyulmasının təşviqinə və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsinə yönəlməsi zəruridir. 

Tədbirdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Siyasəti və İnzibati Mərkəzinin baş vergi məsləhətçisi Endrü Auerbaxın və İOTA-nın prezidenti, Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının rəhbəri Ferens Vaquhelyinin Forum iştirakçılarına videomüraciəti səsləndirilib. 

Forumda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli təqdimatla çıxış edib və vergi sistemində reallaşdırılan islahatlar, həyata keçirilən tədbirlər barədə danışıb. Təqdimatda vergi sisteminin qarşısında duran çağırışlar, vergi islahatların iqtisadi təsirləri, vergi siyasətinin hədəfləri və əsas yanaşmalar, sahibkarların ictimai birlikləri ilə əməkdaşlıq, fiskal göstəricilər sahəsində əldə olunan nəticələr, "kölgə iqtisadiyyatı" ilə mübarizə, vergi xidmətində rəqəmsallaşma, perspektiv layihələr, ortamüddətli perspektivdə vergi siyasətinin əsas istiqamətləri barədə geniş məlumat verilib. 

Bildirilib ki, ölkədə biznes mühitinin yaxşılaşdırılması, dayanıqlı və inklüziv iqtisadi inkişafın və davamlı iqtisadi artımın təmin edilməsinə yönəli fəaliyyəti dəstəkləmək məqsədilə "Dövlət Vergi Xidmətinin 2024-2030-cu illər üzrə Strategiyası" hazırlanıb. Bu strategiya Dövlət Vergi Xidmətinin missiyasına, strateji baxışına uyğunlaşdırılan və mövcud dəyərlərinə söykənən 5 əsas istiqamətdən ibarətdir. Bunlara könüllü əməletmənin təşviqi, vergidən yayınma ilə effektiv mübarizə, mütərəqqi yeniliklərin tətbiqi, Xidmətin institusional inkişafı və güclü insan kapitalının formalaşdırılması, habelə digər dövlət qurumları ilə əməkdaşlığı təmin edən birgə işin qurulması daxildir. Qeyd olunub ki, strategiyanın reallaşdırılması vergi sisteminin daha ədalətli, sadə, əlçatan və müştəriyönümlü olmasına gətirəcək, cəlbedici vergi mühitinin formalaşdırılmasına xidmət edəcək. Vergi xidmətinin gələcəyə baxışı etibarlı, müasir və könüllü əməletməyə əsaslanan vergi ekosisteminin qurulmasına söykənir. Bu vergi yığımlarını təmin etməklə bərabər vergi inzibatçılığının sadələşdirilməsinə, vergi ödəyiciləri ilə qarşılıqlı etimad mühitinin formalaşmasına, könüllü əməletmənin təşviqinə yönələcək. 

Qeyd olunub ki, həmçinin aparıcı dünya praktikası ilə uzlaşan yeni vergi sisteminə keçid və formalaşmış mövcud qanunvericilik təcrübəsindən çıxış edərək, Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması işlərinə başlanıb. 

Sonra Forum iştirakçıları Dövlət Vergi Xidmətinin təqdim elədiyi yeni xidmətlərə dair video çarxı izləyiblər.

Forum öz işini üç sessiyada davam etdirib. Moderatoru Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva olan "Yaşıl artım: yaşıl iqtisadiyyata keçid üzrə qlobal çağırışlar və vergilərin rolu" mövzusuna həsr olunmuş birinci sessiyada İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov, E&Y şirkətinin audit üzrə partnyoru Nərgiz Kərimova və SOCAR-vitse-prezidenti Əfqan İsayev çıxış ediblər. Moderatoru "Deloitte Azerbaijan" şirkətinin idarəedici partnyoru Nuran Kərimov olan "Vətəndaş məmnunluğu: müraciətlərə baxılması sahəsində yeniliklər, müştəriyönümlülük dəyərlərinə əsaslanan yeni xidmət modellərinin yaradılması" mövzusuna həsr olunmuş ikinci sessiyada DVX-nin baş idarə rəisləri Elçin Məmmədov və Zeynalabdin Məmmədzadə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sektor müdiri Semral Əliyev çıxış ediblər. Sessiyada DVX-nin yeni mobil tətbiqi ilə bağlı videoçarx nümayiş etdirilib. Moderatoru BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli olan "Mütərəqqi vergi sistemi: islahatların iqtisadi inkişafa, şəffaflığa təsiri və insan kapitalının həlledici rolu" mövzusunda üçüncü sessiyada ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, DVX-nin Aparatının rəhbəri Emil Qarayev və baş idarə rəisi Aytən Kərimova çıxış ediblər. Həmçinin sessiyada DVX-da insan resurslarının inkişafı ilə bağlı videoçarx nümayiş etdirilib.

Sessiyalarda müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb. Çıxış edənlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirləri müsbət qiymətləndirib, əsas prioritetlərin reallaşdırılması prosesində aparılacaq islahatlara dair təkliflərini səsləndiriblər.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ