Prezident İlham Əliyev "Dövlət ehtiyatları haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb.
Fərmanla müəyyən edilib ki, Nazirlər Kabineti aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir:
"Dövlət ehtiyatları haqqında" qanuna uyğun olaraq, bazar iştirakçılarına dair meyarları və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi qaydasını;
strateji əhəmiyyətli malların monitorinqi qaydasını və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını;
strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturalarını;
dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasını və təqdim edilməsi qaydasını;
həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.