Cümə axşamı günü, 08 oktyabr 2026
     

Bankların gəliri milyardın üstündə - amma kredit faizləri yenə azalmır...

Image


Aparılan araşdırmalar  göstərir ki, ölkədə bəzi sistem əhəmiyyətli banklar son dövrlər əmanət faizlərini artırsa da, bir neçə bank təklif etdiyi gəlirliliyi azaldıb. Banklar bunu kreditə yönəldilməyən cəlb edilmiş vəsaitlərə görə əlavə xərclərin yaranması ilə izah edirlər. Depozit faizlərinin endirilməsi vətəndaşların banklara qoyduqları əmanətlərin azalmasına gətirib çıxarır.

Lakin maraqlıdır ki, depozit faizləri azaldığı halda, son günlər banklar tərəfindən kredit faizlərinin artırılacağı ilə bağlı iddialar yayılır. Onu da qeyd edək ki, Azərbaycanda kredit faizləri onsuz da yüksəkdir. Faizlərin yüksək olması kreditlərin qaytarılmasında problemlər yaratmaqla yanaşı, onlara əlçatanlığı da azaldır. Ekspertlər bildirirlər ki, faizlərin yüksək olmasının başlıca səbəbi kredit risqlərinin yüksək olmasıdır. Faizlərin azalması üçün banklararası rəqabət artmalı, risqlər azalmalı, bazara daha ucuz vəsaitlər daxil olmalıdır. Amma bu baş vermir. Banklar özləri isə kredit faizlərini aşağı salmır. Halbuki, banklar böyük həcmdə vəsait qazanırlar. Qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 178,2 milyon manat təşkil edib. Bankların aktivlərinin 21 milyard 844,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 18,5 faiz böyüyüb, kreditlərin aktivlərdəki payı isə 39,2 faizdən 44,4 faizə qalxıb. Açıqlanan rəqəmlərdən o da bəlli olur ki, ötən il Azərbaycanın bank sektoru 1 milyard 75,9 milyon manat xalis mənfəət əldə edib. Bu da 2022-ci illə müqayisədə 17,65 faiz çoxdur. Hazırda Azərbaycanda 22 bank fəaliyyət göstərir. Maliyyə hesabatlarının təhlili göstərir ki, ölkədəki 22 bankdan 21-i ötən ili mənfəətlə başa vurub. Təkcə "Bank BTB" 3 milyon manata yaxın zərər edib. Dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı mənfəətin həcminə görə lider olub. Beynəlxalq Bank ili 322.2 milyon manat mənfəətlə baş vurub. Dövlətə məxsus digər bankın – "AzərTürkBank"ın da mənfəəti nəzərə alınsa, ötən il dövlət bankları toplam 336.3 milyon manat qazanc əldə edib. Bununla da bank sektorunun toplam mənfəətinin təxminən 31.2 faizi dövlətə çatıb. 2022-ci illə müqayisədə dövlət banklarının mənfəəti 75 milyon manat artıb. Mənfəətin həcminə görə ikinci, üçüncü və dördüncü yeri tutan üç bankın da gəliri az olmayıb. Onlardan "Kapital Bank" ili 242.2 milyon manat, "Paşa Bank" 199.2 milyon manat, "Xalq Bank" 52 milyon manat qazanc götürüb.  Bu  banklar ötən il 493.5 milyon manat mənfəət əldə edib. Bu, 2022-ci illə müqayisədə 110 milyon manat artım deməkdir. Ötən il ölkənin bank sektorunun toplam mənfəətinin 46 faizi bu banklara çatıb. Rəsmi rəqəmlərdən görünür ki, ötən il həm əhalinin, həm də biznes subyektlərinin banklara olan borcu artıb. Əgər 2023-cü il başlayarkən əhalinin banklara olan toplam borcu 5.7 milyard manat idisə, ilin sonunda bu göstərici 6.9 milyard manata yüksəlib, yəni il ərzində əhalinin banklara olan borcu 1.2 milyard manat və ya 21 faiz artıb.İl ərzində biznes subyektlərinin banklara olan borcu isə 10.8 milyard manatdan 12.6 milyarda yüksəlib. Bu, il ərzində biznes kreditləri portfelinin 1.8 milyard manat və ya 17 faiz artması deməkdir. İpoteka kreditləri də nəzərə alınsa, bankların kredit portfeli ötən il ərzində 19.6 milyard manatdan 23.2 milyard manata yüksəlib.

Rəsmi rəqəmlərdən görünür ki, əhalinin bank depozitlərinin həcmi kreditlərin artım tempi ilə müqayisədə daha az artıb. Ötən il ərzində əhalinin banklardakı müddətli depozitlərinin həcmi 6 milyard 204 milyon manatdan 6 milyard 882 milyon manata yüksəlib. Bu, il ərzində 11 faiz artım deməkdir. Əhalinin tələbli depozitləri, yəni müddətli əmanət yerləşdirmədən hesablarında olan pulun həcmi isə "Azadlıq" radiosnun məlumatına əsasən, 2023-cü il ərzində 5 milyard 279 milyon manatdan 5 milyard 700 milyon manata yüksəlib. Bu, il ərzində 8 faiz artım deməkdir. 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması Azərbaycan banklarında qeyri-rezidentlərə məxsus əmanətləri kəskin artırmışdı. Mərkəzi Bankın açıqladığı rəqəmlərdən görünür ki, ötən il bu proses nisbətən səngiyib. Müharibədən sonra, özəlliklə Rusiyada fəaliyyət göstərən Azərbaycanəsilli şəxslər öz kapitallarını Azərbaycana gətirməyə başlamışdı. Əgər müharibə başlamadan – 2022-ci il yanvarın sonunda qeyri-rezidentlərin Azərbaycan banklarında vəsaitlərinin həcmi 294 milyon manat idisə, ilin sonunda bu rəqəm artıq 1 milyard 174 milyon manata çatmış, altı dəfəyə yaxın artmışdı. 2023-cü ilin sonunda qeyri-rezidentlərin Azərbaycan banklarındakı vəsaitlərinin həcmi 1 milyard 243 milyon manat olub. Bu, 2022-ci illə müqayisədə yüksək göstərici olsa da, 2023-cü ilin ortası ilə müqayisədə daha aşağı rəqəmdir. Qeyri-rezidentlərin Azərbaycan banklarındakı vəsaitlərinin həcmi öz pikini ötən ilin iyulunda yaşamışdı. Həmin vaxt qeyri-rezident əmanətlərinin toplam həcmi ilin sonu ilə müqayisədə təxminən 100 milyon manat daha yüksək - 1 milyard 344 milyon manat idi. 2020-ci ildən bəri Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərin həcmində kəskin artım gözə çarpır. Bu artım trendi 2023-cü ildə də davam edib. Ötən il ərzində Azərbaycandakı bank kartlarının sayı 13.8 milyondan 16.9 milyon ədədə çatıb, yəni 3.1 milyon ədəd və ya 22 faiz artıb. Sırf kredit kartlarına gəlincə, ölkədə kredit kartlarının sayı 1.8 milyondan 2.2 milyona yüksəlib. Deməli, onların sayı 22 faiz artıb. Nağdsız ödənişlərin həcmi baxımından POS-terminal ödənişlərin həcmi daha aydın mənzərə yaradır. Ötən il Azərbaycanda POS-terminallar vasitəsi ilə 9.7 milyard manatlıq ödəniş gerçəkləşdirilib. 2022-ci ildə bu göstərici 5.8 milyard manat idi. Deməli, ötən il ölkədə POS-terminallar vasitəsi ilə baş tutan dövriyyənin həcmi 4 milyard manata yaxın – 67 faiz yüksəlib. 2019-cu illə müqayisədə POS-terminal ödənişlərinin həcmindəki artım yeddi dəfədən çoxdur. Mərkəzi Bankın məlumatlarına görə, ötən il Azərbaycanın bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində daha çox artıb.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ