Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycanın xarici borcu azalır - daxili borc sürətlə artır...

Image


Bu günlərdə Maliyyə Nazirliyi Azərbaycanın dövlət və icmal büdcəsinin icrasına dair ötən ilə aid məlumatları açıqlayıb. Açıqlanan rəqəmlərə görə, 2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 35 milyard 575 milyon manat, yəni büdcə hazırlanarkən qoyulan proqnozlardan 1.7 milyard manat və ya 5 faiz yüksək olub.

Nazirlik qeyd edir ki, qeyri-neft sektoru üzrə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 49 faizini təşkil edib. Bu da proqnoza nisbətən 1,3 faiz çoxdur. Ümumiyyətlə, ötən il büdcənin 17 milyard 418,4 milyon manat məbləğində gəliri qeyri-neft sektoru üzrə olub. Bu da proqnozla nəzərdə tutulduğundan 7,8 faiz çoxdur. Ötən il ölkədə həm vergi, həm də gömrük daxilolmaları proqnozu üstələyib.  Vergi daxilolmaları və dövlət rüsumları üzrə dövlət büdcəsinə ümumi gəlirlərin 45,3 faizi həcmində və ya 16 milyard 126,7 milyon manat vəsait daxil olub. Həmin vəsaitin 60,2 faizi və ya 9 milyard 707,9 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb. Gömrük rüsumları və Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə vergi və digər gəlirlər üzrə dövlət büdcəsinə ümumi gəlirlərin 17,8 faizi həcmində və ya 6 milyard 337,8 milyon manat vəsait daxil olub. Bu da proqnoza nisbətən 609,8 milyon manat və ya 10,6 faiz çoxdur. Ötən il dövlət büdcəsinin gəlirləri proqnozdan çox olsa da, büdcənin xərcləri, əksinə, proqnozdan 0.5 faiz geri qalıb. Toplam 36.4 milyard manat xərcləndiyindən sonda büdcə kəsiri yaranıb. Xərclər gəlirləri təxminən 1 milyard manata yaxın qabaqlayıb. Ötən il bəzi istiqamətlərdə xərclər 2022-ci illə müqayisədə daha çox artıb. Məsələn, müdafiə xərcləri 993 milyon manat və ya 20 faiz, təhsil xərcləri 428 milyon manat və ya 11.6 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclər 305 milyon manat və ya 12.9 faiz artıb. Ötən il işğaldan qurtulmuş ərazilərin yenidən qurulmasına dövlət büdcəsindən 5 milyard 588 milyon manat sərf edilib. Büdcə xərclərinin təxminən 15 faizi Qarabağdakı işlərə yönəldilib. Bu vəsait isə "Azadlıq" radiosunun məlumatına əsasən, bir neçə mənbə hesabına təmin edilib. Onun 4 milyard 800 milyon manatı büdcədən birbaşa Qarabağdakı bərpa işlərinə ayrılıb. Daha 145 milyon manat Azərbaycan prezidentinin ehtiyat fondundan, 33 milyon manatı dövlət əsaslı investisiya qoyuluşu xərclərindən, daha 465 milyon manatı isə büdcədəki digər mənbələrdən təmin edilib. Ötən il dövlət büdcəsindən ən çox vəsait xərclənən istiqamətlərdən biri də müdafiə və milli təhlükəsizlik xərcləridir. 2023-cü ildə bu istiqamətdə toplam 7 milyard 168 milyon manat xərclənib. Beləliklə, ötən il büdcə xərclərinin təxminən 20 faizi müdafiə və milli güvənliklə bağlı olub. Büdcə xərclərinin təxminən 35 faizi Qarabağın yenidən qurulmasına və müdafiəyə sərf edilib. 2023-cü ilin dövlət büdcəsindən prezidentin ehtiyat fonduna ayrılan 300 milyon manatın 79 faizi və ya 237 milyon manatı ölkənin əsas avtomobil yollarının yenidən qurulmasına, abadlıq və tikinti işlərinin aparılmasına ayrılıb. Prezidentin ehtiyat fondundan daha 59 milyon manat sosial müdafiə, sosial təminat, mədəniyyət, idman, informasiya və bu kimi digər sosial tədbirlər üçün xərclənib. Ötən ilin dövlət büdcəsindən səkkiz rayona dotasiya ayrılıb. Bunun səbəbi həmin rayonlarda yerli gəlirlərin yerli xərcləri qarşılamamasıdır. Bu səkkiz rayondan altısı ərazisi işğala məruz qalmış rayonlardır. Qarabağdan başqa cəmi iki rayonda yerli gəlirlər yerli xərcləri qarşılamayıb. Həmin rayonlar Lerik və Yardımlıdır.

Büdcə ilə bağlı daha bir maraqlı məqam borclarla bağlıdır. Qeyd edək ki, Maliyyə Nazirliyi 2024-cü il yanvarın 1-nə dövlət borcuna dair göstəriciləri də açıqlayıb. Həmin göstəricilərə görə, bu ilin əvvəlinə Azərbaycanın xarici dövlət borcu 6.5 milyard dollar olub. Ötən il boyunca Azərbaycanın xarici dövlət borcu 213 milyon dollar azalıb. Həmin borc ümumi daxili məhsulun 9 faizi qədərdir. 2023-cü ildə büdcədən xarici dövlət borcu ilə əlaqədar 772 milyon manat xərclənib. Bunun 518 milyon manatı faiz ödənişinə gedib. Ötən il beynəlxalq təşkilatlarla bağlanan sazişlər əsasında dövlət 148 milyon dollar yeni kreditdən yararlanıb. 2023-cü ildə xarici dövlət borcu azalsa da, daxili borcun həcmi kəskin artıb. Həmin il başlarkən Azərbaycanın daxili dövlət borcu 4.2 milyard səviyyəsində idi. İlin sonunda bu rəqəm 15.8 milyard manata yüksəlib, yəni 11.6 milyard manat və ya 3.8 dəfə artıb. Artım bir neçə səbəbdən qaynaqlanır. Bunlardan biri 9.3 milyard manat məbləğində dövlət zəmanətli öhdəliklərin dövlət borcuna aid edilməsidir. Bununla yanaşı, o da bəllidir ki, son illər Azərbaycanda xarici dövlət borcunun daxili borcla əvəzləşdirilməsi siyasəti aparılır. Bu məqsədlə dövlət istiqrazları buraxılır. Belə artımlar nəticəsində Azərbaycanın daxili dövlət borcunun ÜDM-ə nisbəti 3.1 faizdən 12.9 faizə yüksəlib. 2023-cü ildə dövlət büdcəsindən daxili dövlət borcu ilə əlaqədar 260 milyon manat xərclənib. Bu vəsaitin hamısı daxili dövlət borcunun faiz ödənişləridir. Göründüyü kimi, Azərbaycan xarici dövlət borcu sahəsində davamlı şəkildə müsbət göstəricilər əldə edir. Bu, xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsinin, dövlət borcunun idarəsi üzrə strategiyanın uğurla gerçəkləşdirilməsinin nəticəsidir. Bu məsələdə "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya" sənədi əhəmiyyətli rol oynayıb.  Burada strateji məqsəd kimi daxili borcalmanın artırılmasına üstünlük verilməklə, xarici borcalmanın tədricən azaldılması hesabına məzənnə riskinin aşağı salınması, faiz dərəcələrinin artım riskinin qarşısının alınması məqsədilə dəyişkən faizli borcların sabit faizli borclarla əvəzlənməsi nəzərdə tutulur.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ