Cümə axşamı günü, 26 noyabr 2026
     

Rəqabət Məcəlləsi qüvvəyə mindi - FƏRMAN

Image


Prezident İlham Əliyev Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 1.1.37-ci, 1.1.46-cı, 4.4-cü (hər iki halda) maddələrində, 8.2-ci maddəsinin ikinci cümləsində, 9.2-ci (hər üç halda), 9.3-cü maddələrində, 11.5-ci maddəsinin ikinci cümləsində, 13.2-ci, 13.6-cı, 15.3-cü, 15.6-cı, 16.7-ci, 27.2-ci, 27.3-cü, 28.6-cı maddələrində, 29.7-ci maddəsinin birinci cümləsində, 30.2-ci maddəsində, 33.3-cü maddəsinin birinci cümləsində, 34.4-cü, 36.2-ci, 37.1-ci maddələrində, 39.3-cü maddəsinin ikinci cümləsində, 39.7-ci, 39.12-ci, 44.1.3-cü, 44.2-ci maddələrində, 44.3-cü və 46.1-ci maddələrinin ikinci cümlələrində, 48.3-cü, 48.8-ci, 65.10-cu, 77.8-ci və 77.14-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 4.4-cü (hər iki halda) maddəsində, 11.5-ci maddəsinin ikinci cümləsində, 13.2-ci, 15.6-cı, 27.3-cü, 28.6-cı, 48.3-cü, 48.8-ci, 65.10-cu və 77.14-cü maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.3. həmin Məcəllənin 1.1.46-cı maddəsində, 8.2-ci maddəsinin ikinci cümləsində, 9.3-cü maddəsində, 13.6-cı, 15.3-cü, 16.7-ci, 27.2-ci, 30.2-ci maddələrində, 33.3-cü maddəsinin birinci cümləsində, 36.2-ci maddəsində, 39.3-cü maddəsinin ikinci cümləsində, 39.7-ci, 39.12-ci, 44.2-ci maddələrində, 44.3-cü və 46.1-ci maddələrinin ikinci cümlələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 9.2-ci (ikinci və üçüncü hallarda) və 34.4-cü maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının ­­­İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 1.1.37-ci maddəsində və 9.2-ci maddəsində (birinci halda) "orqan (qurum)" dedikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının ­İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 29.7-ci maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının ­İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.7. həmin Məcəllənin 37.1-ci, 44.1.3-cü və 77.8-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və təmin edilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. aşağıdakı normativ hüquqi aktları altı ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin:

2.4.1. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 4.4-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən halları, fəaliyyət sahələrini və məhsulları;

2.4.2. həmin Məcəllənin 11.5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olmasına və ya ola bilməsinə dair meyarları;

2.4.3. həmin Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, sazişlərin həmin Məcəllənin 13.1-ci maddəsində qeyd olunan şərtlərə cavab verməsinə dair meyarları, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair meyarları;

2.4.4. həmin Məcəllənin 15.6-cı maddəsinə uyğun olaraq, müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi qaydasını;

2.4.5. həmin Məcəllənin 27.3-cü və 28.6-cı maddələrinə uyğun olaraq, müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi və təmərküzləşmələrin qiymətləndirilməsi qaydasını;

2.4.6. həmin Məcəllənin 48.3-cü və 48.8-ci maddələrinə uyğun olaraq, rəqabət orqanı tərəfindən bazar subyektlərində və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydalarını;

2.4.7. həmin Məcəllənin 65.10-cu maddəsinə uyğun olaraq, həmin Məcəllənin 65-ci maddəsinə əsasən götürülmüş malların digər məqsədlər üçün istifadəsi, satılması, qaytarılması, məhv edilməsi və ya dəyərinin ödənilməsi qaydalarını;

2.4.8. həmin Məcəllənin 77.14-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin 77.1–77.3-cü, 77.5-ci və 77.12-ci maddələrində qeyd edilmiş hər bir hal üçün işin xüsusiyyətinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarlarını və qaydalarını;

2.5. aşağıdakı normativ hüquqi aktları dörd ay müddətində təsdiq edib Azərbaycan

Respublikasının Prezidentinə məlumat versin:

2.5.1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 8.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydalarını;

2.5.2. həmin Məcəllənin 9.3-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin 9.2-ci maddəsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydasını;

2.5.3. həmin Məcəllənin 13.6-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 13.5-ci maddəsi əsasında sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi qaydalarını;

2.5.4. həmin Məcəllənin 15.3-cü maddəsinə uyğun olaraq, rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının təklifi əsasında maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini (bazar payının hədləri və müəyyən edilməsi meyarları);

2.5.5. həmin Məcəllənin 16.7-ci maddəsinə uyğun olaraq, hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi qaydalarını;

2.5.6. həmin Məcəllənin 27.2-ci maddəsinə uyğun olaraq, rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının təklifi əsasında maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarları (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyəri, ümumi dövriyyəsinin həcmi);

2.5.7. həmin Məcəllənin 30.2-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 30.1-ci maddəsində nəzərdə tutulan ərizənin formasını;

2.5.8. həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında təbii inhisar subyektlərinin siyahısını;

2.5.9. həmin Məcəllənin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma qaydasını;

2.5.10. həmin Məcəllənin 39.7-ci maddəsinə uyğun olaraq, təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının formasını və təqdim edilmə qaydasını;

2.5.11. həmin Məcəllənin 44.2-ci maddəsinə və 44.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması, monitorinqin nəticələrinə dair aktın forması və tərtib edilməsi qaydasını;

2.5.12. həmin Məcəllənin 46.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, araşdırmanın nəticələrinə dair aktın formasını;

2.6. "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Bu Fərmanın 1-ci hissəsi 2024-cü il iyulun 1-dən qüvvəyə minir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ