Cümə axşamı günü, 26 noyabr 2026
     

Turizm Azərbaycana pul qazandırsa da, ciddi problemlər var...

Image


Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ildə Azərbaycana dünyanın 187 ölkəsindən 2 milyon 86 min nəfər və ya əvvəlki illə müqayisədə 30,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2022-ci ildə Azərbaycana səfər edənlərin sayı 1 milyon 602 min nəfər idi. Beləliklə, ötən il Azərbaycana gələnlərin sayı bir il öncə ilə müqayisədə 484 min nəfər artıb.

2022-ci illə müqayisədə Çindən, Cənubi Koreyadan, Türkmənistandan, Hindistandandan, Qazaxıstandan və digərölkələriən gələnlərin sayı əhəmiyyətli dərəcədə artıb. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,4 faizi hava, 27,3 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib. Ötən il ölkəmizə gələnlərin sayında artım da olsa, turist sayı hələ də pandemiyadan öncəki səviyyəyə çatmayıb. Məsələn, 2019-cu ildə Azərbaycana səfər edən turistlərin sayı 3 milyon nəfəri aşırdı. Bu baxımdan, ötən il Azərbaycana sgələnlərin sayı pandemiyadan öncəki illə müqayisədə 34 faiz az olub. Laki onu da qeyd edək ki, koronavirus pandemiyası başlayandan - 2020-ci ildən bəri artıq dörd ildir ki, Azərbaycanın quru sərhədləri bağlı qalır. Rəsmi qərarda bu tibbi səbəblərlə izah edilir. Quru sərhədlərinin bağlı qalması ölkəyə gələn turistlər arasında hava nəqliyyatından yararlananların payını artırıb. Yuxarıda qeyd olunduğu kimi, ötən il Azərbaycana gələnlərin 71.4 faizi hava nəqliyyatından istifadə edib. Pandmeiyadan öncə bu göstərici 40.5 faiz idi. Azərbaycana gələnləri bölgələr üzrə gözdən keçirəndə bəlli olur ki, onların 40 faizi MDB ölkələrinin, 17 faizi körfəz ölkələrinin, beş faizi də Avropa İttifaqı ölkələrinin payına düşüb. Cari ildə ölkəmizə gələn turistlərin sayında daha böyük artım gözlənilir. Xatırladaq ki, bu il ölkəmizdə "Formula 1", BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 keçiriləcək. Bunlar turizmə təkan verən tədbirlərdir. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edi rki, Azərbaycan yaxın gələcəkdə bütün Qafqazda turizm sahəsi üzrə ilk yeri tutacaq. Onun sözlərinə görə, bunun üçün əsas var: "Azərbaycan əhalinin sayına, heç bir bloka qoşulmadığına, sabitliyinə, qonaqpərvərliyinə, mətbəxinə və digər amillərə görə bütün dünyada turistləri cəlb edir. Əvvəlki illərdə Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilən zaman qonaqlar verdikləri müsahibələrində əsasən Azərbaycan xalqının qonaqpərvərliyi, mətbəxi, təbiətimizin onları valeh etdiyini deyiblər. Gələn hər qonaq özü ilə sonradan çoxlu qonaq gətirir".

Bununla belə hesab edilir ki, quru sərhədlərimiz açılsa, Azərbaycan turizmdən daha çox gəlir əldə edə bilər. Sərhədlərin açılması ölkə turizmi üçün vacib bir məsələdir. Turistlərin əksəriyyəti qonşu ölkələrdən quru yollarla ölkəmizə gəlməyə üstünlük verirlər. Sərhədaşırı turizm vasitəsilə turistlər yaxın bir ölkədən Azərbaycana oradan da Gürcüstana səfər etməyi planlayırlar. Eyni şəkildə Gürcüstana gəlmək istəyən turistlər sonradan Azərbaycana üz tuturlar. Bəzi turistlər şəxsi maşını ilə yaxın ölkələrə səfər etməyə üstünlük verirlər. Heab olunur ki, quru sərhədlər açılandan sonra ölkəmizdə turistlərin sayı artacaq.  Ölkə turizm sahəsinin inkişafını prioritet elan edib. Ona görə də bu bəyanata paralel olaraq, quru sərhədlərin bağlı qalması məqsədə çatmağa xələl gətirir. Bundan başqa, hələ də Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yalnız Bakıda qalmağa üstünlük verir. Bölgələr xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqətdən kənarda qalmamalıdır. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır. Nəticədə, bölgələrin böyük turizm potensialından tam istifadə olunmur. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə bu məqama daha çox diqqət olunması vacib sayılır. Bunlara paralel olaraq, Azərbaycanda turizm polisinin yaradılması təklif olunur. Sözügedən təklifi Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə "Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar" forumunda Azərbaycan Turizm Bloqerləri Assosiasiyasının İdarə Heyətinin üzvü Mirsəməd Cəfərli verib. O "bizimmedia"ya bildirib ki, turizm polisi Daxili İşlər Nazirliyinin tərkibində yaradılan xüsusi qurumdur:  "Xarici təcrübədə belədir ki, orada işləyən əməkdaşların əksəriyyəti turistlərin təhlükəsizliyini qoruyurlar. Bir çox ölkələrdə bu praktika var. Hətta qonşu Gürcüstanda, Rusiyada, həmçinin Özbəkistanda, Malayziya və Tailandda turizm polisi fəaliyyət göstərir. Bu polislər 2-3 xarici dil bilməlidirlər. Hansısa restoran, istirahət mərkəzində anlaşmazlıq olanda, turist bilmir ki, kimə müraciət etsin. Buna görə də, turizm polisləri dil bilməlidirlər ki, xarici qonaqları başa düşə bilsinlər". Assosiasiya rəsmisinin sözlərinə görə, çox vaxt turistləri marketlərdə, yeməkxanalarda, taksi xidmətində qiyməti yüksək deyərək aldadırlar və bu işi güc strukturları araşdırır: "Lakin turistlər üçün ayrıca polis fəaliyyət göstərsə, bu, daha sistemli olar. Onlar həm də gülərüz, mehriban və ölkəmizi layiqincə təmsil etməyi bacarmalıdırlar. Yəqin ki, Daxili İşlər Nazirliyində də bu cür polislər çoxdur. Təbii ki, turizm polisini Daxili İşlər Nazirliyi seçməlidir. Onu da qeyd edim ki, xarici ölkələrdə turizm polisinə maaş daha artıq verilir. Ona görə ki, onlar bir neçə dil bilirlər".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ