Cümə axşamı günü, 08 oktyabr 2026
     

Bahalaşma yenə də ərzaqdan başladı.... amma...

Image


Dövlət Statistika Komitəsi (DSK)  tərəfindən aparılan hesablamalara əsasən, ötən il Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59 milyard manatlıq, o cümlədən 33 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 

2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.

Açıqlanan rəqəmlərdən bəlli olur ki, Azərbaycanda toplam pərakəndə ticarət dövriyyəsində ciddi artım var. Belə ki, 2022-ci ildə bu göstərici 52.2 milyard manat təşkil edib. Amma ötən il ərzində  əhalinin xərcləri 6.8 milyard manat və ya 13 faiz çoxalıb. Həcm baxımından 13 faizlik artım olsa da, pərakəndə ticarət dövriyyəsi, əsində inflyasiyanın təsiri nəzərə alınsa, 3.1 faiz artıb. Başqa sözlə, inflyasiya üzündən eyni miqdarda məhsul alışına daha çox pul xərclənib. DSK-nın rəqəmlərinə görə, ötən il Azərbaycanda inflyasiya 8.8 faiz olub. Əhalinin xərclərində daha çox yer tutan qida məhsulları üzrə qeydə alınan inflyasiya nisbətən daha yüksək – 9.8 faizdir. Ölkədə inflyasiya iki ildən sonra birrəqəmli həddə enib. Amma unutmaq olmaz ki, inflyasiyanın indiki səviyyəsi də normaldan yüksəkdir. Əhalinin ərzaq xərclərinin 50 faizə yaxın artması bunun əsas göstəricisidir. Üstəlik, Statistika Komitəsinin tədqiqatları göstərir ki, gəlir səviyyəsi daha aşağı olan ailələrin ərzaqa xərclədiyi pullar və həmin əhali qrupunun hiss etdiyi inflyasiya səviyyəsi ölkədə orta göstəricidən yüksəkdir. Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın, azalma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib. Rəsmi rəqəmlərə görə, 2023-cü ildə pərakəndə ticarətdə əhalinin bir nəfəri orta hesabla ayda 484 manat xərcləyib. Aylıq adambaşına düşən ərzaq məhsulları alışı isə 271 manat olub. DSK-nın açıqladığı bilgilərdən aydın olur ki, Azərbaycanda əhalinin xərclərində əsas pay, hər zaman olduğu kimi, qida xərcləri ilə bağlıdır. Ötən il əhalinin pərakəndə ticarət xərclərinin 51.6 faizini ərzaq məhsullarına çəkilən xərc tutub. Bu rəqəm 2022-ci ildə də 51.6 faiz idi. Ancaq inflyasiyanın kəskinləşməsindən öncə - 2021-ci ildə qida xərclərinin toplam xərclərdəki payı nisbətən daha aşağı – 49.2 faiz olub. "Azadlıq" radiosu isə belə bir məqaam diqqət edi rki, tütün və içki məhsulları da nəzərə alınsa, ərzaq xərcləri Azərbaycanda əhalinin toplam xərclərinin 56 faizinə yüksəlir.

Onu da qeyd edək ki, ərzaq xərclərinə inflyasiyanın təsiri tədricən azalır. Belə ki, 2022-ci ildə Azərbaycanda qida məhsulları üzrə inflyasiya 20 faizi aşmışdı. Həmin illə bağlı açıqlanan istehlak səbəti göstəricilərindən bilinir ki, əhali 2021-ci illə müqayisədə, fiziki həcm olaraq, 2.5 faiz çox məhsul alıb və bu artıma baxmayaraq, ərzaq məhsulları üçün ödənişlər 22.3 faiz artım göstərib. Ərzaqdan sonra əhalinin toplam xərclərində ən çox paya sahib ikinci istiqamət toxuculuq məhsulları, geim və ayaqqabıdır. Pərakəndə ticarət dövriyyəsində belə məhsulların payı 14.3 faiz olub. 2022-ci ildə bu rəqəm 14.1 faiz idi. Deməli, əhalinin geyimlə bağlı xərclərinin toplam xərclərdəki payında önəmli dəyişiklik baş verməyib. Ancaq o da var ki, DSK ötən il Azərbaycanda geyim istehsalının 15 faiz azaldığını qeydə alıb. Belə azalma ortamında pərakəndə ticarətdə geyimlə bağlı xərclərin azalmaması onu göstərir ki, daxili istehsaldakı azalma daha çox idxal edilən geyim məhsullarına yönəlmədən qaynaqlanır. Xatırladaq ki, son illər ölkə əhalisi geyimi daha çox Türkiyədə yerləşən elektron ticarət platformalarından almağa başlayıb. Bunun əsas səbəbi yerli məhsulların həm qiymət, həm də keyfiyyət baxımından xarici məhsullarla rəqabətdə uduzmasıdır. Ötən il əhali toxuculuq məhsullarına, geyim və ayaqqabıya toplam 8.4 milyard manat xərcləyib. Pərakəndə ticarət döviyyəsində özəlliklə əczaçılıq məhsulları və tibbi gərəklərlə bağlı xərclər diqqət çəkir. Belə ki, 2022-ci ildə Azərbaycan əhalisi bu istiqamətdə 1.1 milyard manat xərclədiyi halda, ötən il xərclərini 1.3 milyard manata yüksəldib. Başqa sözlə, xərcləri təxminən 200 milyon manata yaxın artıb. Maraqlıdır ki, 2023-cü ildə əhalinin əldə etdiyi tibbi məhsullar gerçək ifadədə 4.8 faiz azalıb, yəni ötən il əhali dərmana 200 milyon manat daha çox pul xərcləsə dəb, 4.8 faiz daha az dərman alıb. Bunlarla yanaşı, avtomobil yanacağına xərclənən vəsaitin əhalinin toplam xərclərindəki payı 5.2 faiz, elektrik malları və mebelə xərclənən vəsaitin payı 4.4 faiz, kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərclənən vəsaitin payı isə 1.1 faiz olub. Bu istiqamətlərin toplam xərclərdə payı öncəki illə müqayisədə önəmli ölçüdə dəyişməyib. Beləliklə, inflyasiyaya daha çox ərzaq məhsulları yol açır. Elə bu fonda Nazirlər Kabineti "İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı"nı təsdiq edib. Qərara əsasən, siyahıya süfrə zeytunu, eləcə də suxarı və peçenyelər; konservləşdirilmiş təzə pirojnalar və şirniyyatlar, makaron, əriştə, kuskus və oxşar un məmulatları və kakao, şokolad və şəkərli şirniyyat məmulatları daxildir. Hesab edilir ki, bu qəbildən olan hallar idxal inflyasiyasını azaldacaq. Bu da ümumi qiymət artımının enməsinə gətirib çıxaracaq.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyan fermerlərinin "pambıq pulu" şikayətlərinə aydınlıq gətirildi - ödənişi şirkətlər gecikdirir...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ