Cümə axşamı günü, 08 oktyabr 2026
     

İqtisadiyyatımızda sahibkarlığın payı nə qədərdir...

Image


Sahibkarlığın inkişafı əhalinin məşğulluğunun təmin edilməsi və iqtisadi səmərəliliyin artırılması üçün əsas amillərdən biridir. Biznes mühitinin yaxşılaşdırılması və sahibkarlıq sektorunun yüksək keyfiyyətlə inkişafına şərait yaradılması məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi, digər zəruri işlərin görülməsi istiqamətində ölkəmizdə mütəmadi olaraq işlər aparılır.

Azərbaycan üçün yeni inkişaf modelinin formalaşması kontekstində əsas prioritetlərdən biri açıq və özünü təmin edən bazar iqtisadiyyatının yaradılmasıdır ki, burada sahibkarlığın inkişafı əsas hərəkətverici amillərdən biridir. Elə bu səbəbdəndir ki, ölkədə sahibkarların iqtisadiyyatda xüsusi çəkisi davamlı olaraq artır.

Sahibkar həm dövlət, həm də vətəndaş cəmiyyəti üçün sabitliyin dayağıdır 

Azərbaycan o yanaşmanı qəbul edi rki, davamlı iqtisadi inkişafın əsas amillərindən biri sahibkarlıq fəaliyyətidir. Bundan başqa, sahibkar həm dövlət, həm də vətəndaş cəmiyyəti üçün sabitliyin dayağıdır. Biznesin innovativ formalarını təklif etməyə qadir bir şəxs kimi sahibkarın yaradıcı potensialının əhəmiyyətini qiymətləndirməmək mümkün deyil.

Azad sahibkarlıq və ya azad bazar bazar qiymətləri, məhsulları və xidmətləri müəyyən edən əsas gücdür. Biznes və xidmətlər ölkmizdə dövlət nəzarətindən azaddır. Alternativ olaraq, azad sahibkarlıq kommersiya fəaliyyətinin ilk növbədə özəl tədbirlərlə tənzimləndiyi ideoloji və ya hüquqi sistemə istinad edə bilər. Prinsipcə və praktikada azad bazarlar xüsusi mülkiyyət hüquqları, könüllü müqavilələr və bazarda mal və xidmətlər üçün rəqabətli tenderlərlə müəyyən edilir. Bu struktur ictimai mülkiyyətdən, məcburi fəaliyyətdən, mal və xidmətlərin sabit və ya nəzarət edilən paylanmasından fərqlənir. Sahibkarlıq fəaliyyəti vətəndaşların mənfəət və ya şəxsi gəlir əldə etməyə yönəlmiş və öz adından, öz riski altında və öz əmlak məsuliyyəti altında həyata keçirilən müstəqil, təşəbbüskar fəaliyyətidir. Sahibkarlıq fəaliyyəti həm fərdi əmək fəaliyyəti formasında, həm də müəssisələrin müxtəlif təşkilati-hüquqi formalarında həyata keçirilə bilər. Bu konsepsiyanı təhlil edərkən aşağıdakı xüsusiyyətləri müəyyən etmək olar: 1. Müstəqillik əlaməti - heç kim heç kəsi bu fəaliyyətlə məşğul olmağa məcbur edə bilməz. 2. Öz qabiliyyətlərini reallaşdırmağa, başqa fərdlərin və cəmiyyətin ehtiyaclarını ödəməyə yönəlmiş təşəbbüs əlaməti. 3. Bu, birdəfəlik əməliyyat deyil, qanuni yolla sistemli şəkildə mənfəət əldə etməyə yönəlmiş prosesdir. 4. Mənfəət əldə etmək məqsədi ilə fəaliyyət göstərmək. Hər bir əmlak sahibininmənafeyi naminə ona sərbəst sərəncam vermək hüququ var. Sahibkarlıq fəaliyyətinin növbəti, beşinci əlaməti onun şəxsin öz əmlak məsuliyyəti altında həyata keçirməsidir. Sahibkarlığın növləri də fərqlidir və bunu aşağıdakı kimi göstərməkolar: 1. Sənaye sahibkarlığı – əmtəə, xidmət, informasiya istehsal edir. 2. Kommersiya sahibkarlığı məhsul istehsalı ilə bağlı olmayan əmtəə və xidmətlərin yenidən satılmasıdır. 3. Maliyyə sahibkarlığı kommersiya sahibkarlığının bir növüdür. Alqı-satqı obyekti pul, valyuta, qiymətli kağızlardır. 4. Vasitəçi sahibkarlıq - qarşılıqlı sövdələşmədə maraqlı tərəfləri birləşdirən fəaliyyətlərdə özünü göstərir. 5. Sığorta sahibkarlığı maliyyə sahibkarlığının xüsusi formasıdır və bu, o deməkdir ki, sahibkar yalnız sığorta hadisəsi baş verdikdə qaytarılan sığorta haqqı alır. Bazar iqtisadiyyatı şəraitində sahibkarlıq ümumi iqtisadi, resurs, yaradıcı axtarış , sosial, təşkilati funksiyaları yerinə yetirir. Azərbaycanda bütün bu növ sahibkarlıq üçün münbit şərait yaradılıb.

Regionlarda sahibkarlığın inkişafı dinamik vüsət alır 

Sahibkarlığın ən mühüm funksiyası resursdur. Sahibkarlığın inkişafı həm təkrar istehsal olunan, həm də məhdud resurslardan səmərəli istifadəni nəzərdə tutur və resurslar dedikdə bütün maddi və qeyri-maddi şərait, istehsal amilləri başa düşülür. Bunlar ilk növbədə əmək ehtiyatları, torpaq və təbii sərvətlər, bütün istehsal vasitələri və elmi nailiyyətlər, sahibkarlıq istedadlarıdır.

Yenə Azərbaycan nümunəsində qeyd edilənlərin uğurlu nümunəsini görmək olar. O da təqdirəlayiq haldır ki, qeyd edilənlərin konkret nümunələrinə regionlarda getdikcə özünü daha qabarıq büruzə verir. Məsələn, Lənkəran rayonuna səfəri çərçivəsində prezident İlham Əliyev "Lenk Fruit" Məhdud Məsuliyyətli Cəmiyyətinin Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olmasoı fonunda qeyd edilənlərin nümunəsini görmək olar. Ümumi dəyəri 10,7 milyon manat olan layihə üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 1 milyon manat güzəştli kredit və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 148 min manat faizsiz kredit verilib. Bundan başqa, sitrus bağında respublikada ilk dəfə olaraq qış aylarında şaxtanın temperaturunu normal dərəcəyə salan, dəyəri 2,2 milyon ABŞ dolları olan 15 ədəd xüsusi avadanlıq quraşdırılıb. Bir avadanlıq 9 hektar ərazini şaxtadan qoruyur. Növbəti illərdə daha 5 ədəd belə avadanlığın quraşdırılması nəzərdə tutulub. İstehsal olunan meyvələr ölkə bazarlarında satılmaqla yanaşı, Rusiyaya da ixrac edilir. Gələcəkdə təsərrüfatın daha da genişləndirilməsi, o cümlədən dağətəyi ərazilərdə terras əkin sxemləri ilə sitrus sahələrinin yaradılması üçün hazırlıq işləri aparılır. Hazırda təsərrüfatda 140 nəfər işlə təmin olunub. Lənkəranda "Laran" Məhdud Məsuliyyətli Cəmiyyətinin qənnadı məhsullarının istehsalı müəssisəsi də sahibkarlığın daha bir uğurlu nümunəsidir. Ümumi dəyəri 5 milyon manat olan layihənin həyata keçirilməsinə dövlət dəstəyi olaraq Sahibkarlığın İnkişafı Fondu 1,2 milyon manat güzəştli kredit ayırıb. İllik istehsal gücü natura ifadəsində 2000-2500 ton olan müəssisədə 5 növdə və 56 çeşiddə, o cümlədən karamel, lokum, şokoladlı lokum, marmelad, şokoladlı marmelad istehsal edilir. Burada quraşdırılan avadanlıq Braziliya, Türkiyə, Çin və Rusiya istehsalıdır. Müəssisədə istehsal edilən məhsullar daxili bazarla yanaşı, Rusiya, İsrail, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Moldova və İraqa da ixrac olunur.

Hazırda müəssisədə 120 nəfər çalışır. Bütün bunlar ölkəmizdə sahibkarlığın inkişafının çoxsaylı nümunələrinin az bir hissəsidir. Ümumiyyətlə, sahibkarlığın ölkə iqtisadiyyatında xüsusi çəkisi sürətlə artır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ