Cümə axşamı günü, 08 oktyabr 2026
     

Türkmənistandan bizə gələn qaz kəsildi, ikimiz də ziyan görəcəyik - səbəb...

Image


Bu günlərdə İran Milli Qaz Şirkəti (NIGC) bildirib ki, Türkmənistan və Azərbaycan İran üzərindən iki ölkə arasında qaz mübadiləsinin dayandırılmasına səbəb olan problemi həll etmək üçün danışıqlar aparır. Qurum onu da vurğulayır ki, 2024-cü il yanvarın 1-dən Türkmənistandan Azərbaycana İran ərazisindən qaz tədarükü müvəqqəti dayandırılıb. 

Açıqlamada bildirilir ki, Bakı və Aşqabad bu məsələ ilə bağlı danışıqlar aparır və iki ölkə arasında razılıq əldə olunandan sonra svop tədarükü bərpa ediləcək.

Xatırladaq ki, 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə əsasən, İran Türkmənistandan aldığı qazı Azərbaycana 2022-ci ilin yanvarında nəql etməyə başlayıb. Müqavilə İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kub metrə qədər türkmən qazının nəqlini nəzərdə tutur. 2022-ci il iyunun əvvəlində Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ouci arasında anlaşma memorandumu da imzalanıb. Memorandumda Türkmənistandan Azərbaycana İran vasitəsilə qaz nəqlinin iki dəfə artırılacağı nəzərdə tutulub. Bununla 2022-ci ildə tərəflər İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün illik həcmini 2 milyard kubmetrdən 4 milyard kubmetrə çatdırmaq barədə razılığa gəliblər. Bu sazişə görə, Türkmənistan qazı Türkmənistan-İran sərhədində alqı-satqıya çıxarılır və İran-Azərbaycan sərhədində İran qazının ekvivalenti ilə dəyişdirilir. Başqa sözlə, Türkmənistan qazı İranın şimal-şərqində İrana idxal olunur, əvəzində şimal-qərbdə həmin ölçüdə qaz Azərbaycana təhvil verilir. Azərbaycan baxımından sözügedən saziş ixrac edilən qazın həcmini artırmağa kömək göstərir. Unutmaq olmaz ki, Türkmənistan qazı daha ucuzdur. Bu, həm türkmən qazının maya dəyərinin daha az olmasından, həm də dünya bazarına məhdud çıxış imkanlarından qaynaqlanır. Beləcə, Azərbaycan Türkmənistandan ucuz qiymətə əldə etdiyi təbii qazı daxili bazara yönəldir və onun yerinə, öz qazını daha baha qiymətə Avropa ölkələrinə satır. Türkmənistanın özünə isə bu müqavilə ixrac kanallarını genişləndirmək baxımından çox önəmlidir. Eyni zamanda, ölkə qaz satışından gəlir götürmək imkanı da qazanır. İrana gəlincə, bu ölkə müqavilədən həm gəlir əldə edir, həm də ölkənin qaz qıtlığından əziyyət çəkən, Türkmənistana yaxın yerləşən şimal əyalətlərini qazla təmin edə bilir. İran tərəfi öz ərazisindən keçən qazın bir hissəsini tranzit haqqı kimi ölkə daxilində qıtlıq yaşanan ərazilərə sərf edir. Müqavilənin bitmə tarixi yoxdur. Türkmənistan və Azərbaycan rəsmiləri indiyədək məsələ ilə bağlı rəsmi açıqlama verməsələr də, hər iki ölkənin mediasında yayımlanan materiallar problemlə bağlı bəlli təəssuratlar yaradır. Niderlandda qeydiyyatdan keçən "Turkmen.news" saytı yayımladığı yazısında adını açıqlamadığı mənbələrə istinadla bildirib ki, qaz tədürükünün dayanması tərəflərin qiymətdə razılaşmaması ilə bağlıdır. Çünki türkmən tərəfi svop anlaşması çərçivəsində Azərbaycana verdiyi təbii qaz üçün daha yüksək qiymət tələb edir. Saytın iddiasına görə, Türkmənistan tərəfi Azərbaycanın hər min kubmetr üçün təklif etdiyi qiyməti (135-140 dollar) yetərli saymır.

Bu arada  Azərbaycan hökumətindəki mənbə "Trend"ə bildirib ki, Azərbaycan 2024-cü ildə Türkmənistandan 3 milyard kubmetrədək qaz almaq niyyətindədir. Lakin tərəflər kommersiya şərtləri ilə bağlı razılığa gələ bilməyiblər. Qeyd edilir ki, Aşqabadla İran ərazisindən svop qaz tədarükü ilə bağlı razılaşma uzadılmasa, Azərbaycanın 2024-cü ildə Türkmənistandan qaz idxal etməsinə ehtiyac olmaya bilər. Mənbə bunu 2024-cü ildən etibarən Azərbaycanda "Ümid" və "Abşeron" qaz-kondensat yataqlarından qazın tədarükünün önəmli dərəcədə artacağı ilə izah edir. Bu iki yataqdan çıxarılan təbii qazın həcmcə 2023-cü illə müqayisədə 3 milyard kubmetrə yaxın artacağı proqnozlaşdırılır. Deməli, Türkmənistandan qaz nəqli baş tutmasa da, Azərbaycan daxili qaz resursları hesabına qaz satdığı ölkələr qarşısındakı öhdəliklərini yerinə yetirə bilər. Türkmənistan və Azərbaycan mediasında gedən xəbərlərlə yanaşı, ABŞ-ın Türkmənistandakı səfirinin məsələ haqqında açıqlaması da diqqət çəkir. "Azadlıq" radiosunun məlumatına əsasən, səfir Metyu Klimou Türkmənistan qazının İran vasitəsilə svop tədarükünə ABŞ-ın münasibəti ilə bağlı suala cavabında deyib ki: "Bu, bir çox amillərdən asılıdır. Məsələn, İran vasitəsilə Azərbaycana svop qaz tədarükü sanksiyaları pozmur. Buna görə də tədarük bu sövdələşmənin necə strukturlaşdırılacağından asılı olacaq". Səfir öz açıqlamasında uzun müddət gündəmdə olan, amma heç bir real addım atılmayan "Transxəzər" qaz kəməri barədə də açıqlama verib. Bu kəmər Xəzər dənizinin dibi ilə yeni qaz kəmərinin çəkilməsini nəzərdə tutur. Həmin kəmər vasitəsi ilə ildə 30 milyard kubmetrə qədər türkmən qazı Türkiyə və Avropa bazarına çıxarıla bilər. İran və Rusiyanın bu kəmərin tikintisinə qarşı olması layihənin gerçəkləşməsini əngəlləyib. ABŞ-ın Türkmənistandakı səfiri həmin kəmərlə bağlı bildirib ki, Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi də çox ağıllı ideyadır. Bu, mühəndislik baxımından da böyük problem deyil. Belə bir layihəni həyata keçirmək üçün siyasi və iqtisadi hesablamalar aparılmalı və Xəzər bölgəsi ölkələrinin və Avropanın marağı olmalıdır. Onu da qeyd edək ki, Azərbaycan və Türkmənistan arasındakı svop anlaşması son iki ildə bu iki ölkənin ticarət dövriyyəsini kəskin artırıb. Müqavilənin işə düşdüyü 2022-ci ildən əvvəl - 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi cəmi 105 milyon dollar idi. Eyni göstərici 2022-ci ildə beş dəfəyə yaxın artaraq 535 milyon dollara yüksəldi. Artımın səbəbi Azərbaycanın Türkmənistandan idxalının eyni dövrdə 71 milyon dollardan 510 milyon dollara yüksəlməsi ilə bağlı idi. Eyni dövrdə Azərbaycanın Türkmənistana ixracı isə, əksinə, 9 milyon dollar azalmışdı. 2022-ci ildən etibarən Türkmənistan Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi ölkələrdən birinə çevrildi. 2022-ci ildə Azərbaycanın ən çox idxal həyata keçirdiyi beşinci ölkə məhz Türkmənistan idi. Ötən ilə aid yekun göstəricilər açıqlanmasa da, ilk 11 ayla bağlı açıqlanan rəqəmlər dövriyyənin daha da artdığını göstərir. Belə ki, ilin ilk 11 ayında Azərbaycan və Türkmənistan arasındakı ticarət dövriyyəsi 740 milyon dollara çatıb və 2021-ci illə müqayisədə təxminən 7 dəfə artıb. Bu mənada, tərəflərin qiymətlə bağlı tezliklə razılığa gəlməsi gözlənilir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ