Rusiyanın "Lukoyl" şirkətinin qız müəssisəsi sayılan "Lukoyl Abşeron Exploration Limited" özünün Azərbaycandakı nümayəndəliyini ləğv etdiyini bildirib. Bağlanmanın səbəbləri açlqlanmayıb. Şirkət Azərbaycan vergilər xidmətində 2022- ci ilin yanvarında qeydiyyatdan keçib və rəsmi nümayəndə Qurbanov Eldar Vaqif oğludur. Şirkət kreditorlara nüraciət edib ki, öz iddialarını şirkətin Səbail rayonundakı ofisinə bildirsinlər.
Nahid Salayev