Cümə axşamı günü, 08 oktyabr 2026
     

Dünya iqtisadiyyatına uğurla inteqrasiya Azərbaycana çoxsaylı üstünlüklər qazandırır

Image


Müasir Azərbaycan bu gün dünya birliyinə uğurla inteqrasiya etməkdədir. Bu, ölkəyə çoxsaylı dividendlər qazandırır. Burada mühüm aspektlərdən biri də odur ki, Azərbaycanın intqrasiyası çoxşaxəli xarakterə malikdir.

Yəni, dünya birliyinə inteqrasiya siyasi, diplomatik, mədəni və digər sahələri, o cümlədən də iqtisadi sferanı əhatə edir.

Texnoloji tərəqqiyə və beynəlxalq mübadiləyə verilən böyük töhfə...

Hazırda dünya birliyinə iqtisadi müstəvidə də inteqrasiya Azərbaycanın inkişafına yeni təkan verir. Bunun da çoxsaylı üstünlükləri var. İstənilən xalq təsərrüfatı, istər qədim dövrlərdə, istərsə də müasir dövrdə qapalı sistem kimi fəaliyyət göstərə bilməz. Dövlətlərin xarici iqtisadi fəaliyyəti nəticəsində dünya bazarı formalaşır. Bu bazara inteqrasiya Azərbaycan dövlətinin iqtisadi inkişafında yeni aspektlər vəd edir.

Ümumiyyətlə, dövlətlərin texnoloji tərəqqi və beynəlxalq mübadilə ilə bağlı qloballaşma prosesində iştirakının alternativi yoxdur. Özlüündə qloballaşma prosesi mütərəqqi xarakter daşıyır, çünki o, dünya iqtisadi inkişafının obyektiv qanunauyğunluqlarına: beynəlxalq əmək bölgüsünün dərinləşməsinə, istehsalın beynəlmiləlləşməsinə, dünya münasibətləri iştirakçılarının qarşılıqlı asılılığının artmasına əsaslanır. Beynəlxalq iqtisadi inteqrasiya, ilk növbədə, dünya iqtisadiyyatının inkişafında iki ziddiyyətli tendensiyanın - qloballaşma və parçalanmanın ifadəsi kimi qəbul edilir. Eyni zamanda, müxtəlif yanaşmalar çərçivəsində bu və ya digər aspektə beynəlxalq ticarət, beynəlxalq əmək bölgüsü, dünya iqtisadi münasibətlərinin strukturu və digər belə faktorları unutmaq olmaz. Diqqətlə nəzərdən keçirdikdə, iqtisadi inteqrasiya iqtisadi həyatın beynəlmiləlləşməsi prosesində xüsusi mərhələ olan vahid iqtisadi orqanizmin yaradılmasına yönəlmiş, eynicinsli sosial-iqtisadi sistemlərə malik bir neçə ölkənin iqtisadiyyatlarının bir araya gətirilməsi və bir-biri ilə əlaqələndirilməsi prosesidir. İqtisadi inteqrasiya problemi həm Qərbdə, həm də Şərqdə iqtisadçıların, politoloqların və sosioloqların nəzəri sahəsindədir. Düzdür, inteqrasiya funksiyasının mahiyyətini öyrənmək üçün dünya iqtisadiyyatının aşağıdakı fərqli xüsusiyyətlərini müəyyən etmək vacibdir: 1. Xarici iqtisadi fəaliyyətin liberallaşdırılması şəraitində beynəlxalq ticarətin qloballaşması; 2. Dünyanın bütün qitələrində regional inteqrasiya birliklərinin fəaliyyəti; 3. İnteqrasiya olunmuş birliklər çərçivəsində əməkdaşlıq sahəsində hüquqi, təşkilati və idarəetmə mexanizmlərinin formalaşdırılması; 4. İnvestisiya və ticarət siyasətinə böyük dərəcədə təsir göstərən transmilli korporasiyaların formalaşması; 5. Yüksək texnologiyalar, texnologiyanın yeni növləri və informatika sahəsində elmi-texniki əməkdaşlığın inkişafı; 6. Beynəlxalq ticarətdə əmək, kapital və texnologiyadan istifadədə ümumi qaydalara keçid; 7. Beynəlxalq maliyyə institutlarının təsiri. Bu xüsusiyyətlər dünya iqtisadiyyatına inteqrasiya funksiyasının mahiyyətinə əsasən müəyyənedici təsir göstərir. Məlum olduğu kimi, müasir dünya iqtisadi sistemi iki alt sistemdən ibarətdir: milli iqtisadiyyatlar və beynəlxalq iqtisadiyyat. İstehsalın beynəlmiləlləşməsinin dialektikası baxılan alt sistemlərin qarşılıqlı əlaqəsi ilə bilavasitə bağlıdır. Milli iqtisadiyyatların birgə istifadəsi sonuncularda transformasiyaları sürətləndirirr. Bütün dövlətlər iqtisadi inteqrasiyada iştirak etmək istəyir.  Buradan belə çıxır ki, iqtisadi inteqrasiya obyektiv və təbii xarakter daşıyır. Müasir Azərbaycan dövlətinin suverenlik şəraitində dünya iqtisadiyyatına inteqrasiyası və milli iqtisadiyyatın davamlı artımının təmin edilməsi funksiyasının öyrənilməsi qeyd edilənlər fonunda mühüm nəzəri və praktiki əhəmiyyətə malikdir.

Qloballaşma prosesindən irəli gələn meyarlar ölkə reallıqları ilə uzlaşdırılır 

Hər bir dövlətin digərlərinin maraqları ilə tez-tez ziddiyyət təşkil edən maraqları var. Ona görə də onlar məhsul bazarı uğrunda rəqabət aparır, investisiyalar cəlb edir. Amma burada bir sıra mühüm nüanslar da var.

Məlum olduğu kimi, suverenlik dövlətin məcburi xüsusiyyətidir. Onun təminatına xüsusi diqqət yetirilir. Amma dövlət məsələləri sahəsində ekspertlər "iqtisadi suverenlik" kateqoriyasını fərqləndirirlər. Bu, "dövlətlərin hər birinə və hamısına öz sərvətləri və bütün iqtisadi fəaliyyətləri üzərində sərbəst sərəncam vermək, bərabər iştirak hüququnu təmin edən qarşılıqlı öhdəlikləri müəyyən edən hüquqi qaydalar məcmusu kimi başa düşülür. Bu mənada  dünya iqtisadiyyatına inteqrasiya Azərbaycanın suverenliyinin qorunması və möhkəmləndirilməsi vəzifələrinə zidd deyil. İndi regionun lideri olan Azərbaycan eyni zamanda, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş, mühüm beynəlxalq nəqliyyat mərkəzi və şaxələndirilmiş təchizat infrastrukturuna, eləcə də, dünyada sürətli inkişaf tempinə malik dövlətdir. Bu, dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlərin əldə olunmasını da şərtləndirir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm cəhətlərdən biri də qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqlarını təmin edən uğurlu vəhdətinin yaradılmasıdır. Onu da qeyd etmək lazımdır ki, iqtisadi inkişafda beynəlxalq əməkdaşlıq məsələsinə çox böyük əhəmiyyət verən Azərbaycan ikitərəfli və çoxtərəfli əlaqələrin daim genişlənməsinə, dərinləşməsinə və strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasına çalışır.  Beləliklə, ölkəmizdə iqtisadi inteqrasiya funksiyasının əlamətlərini aşağıdakı kimi göstərmək olar: 1. Dövlətin fəaliyyətinin əsas istiqamətlərindən biri məhz dünyaya iqtisadi inteqrasiyadır; 2. Təsərrüfat sistemlərinin davamlılığının, qarşılıqlı əlaqəsinin, ümumiliyinin, oxşarlığının yaradılması diqqət mərkəzindədir. 3. Proses  öz milli maraqlarını həyata keçirmək məqsədilə reallaşır. Bununla çox açıq görünür ki, dünya iqtisadiyyatına inteqrasiya funksiyası dünya təsərrüfat sisteminin yaxınlaşması və qarşılıqlı əlaqəsi şəraitində dövlətin milli maraqların reallaşdırılması üzrə fəaliyyətini təmsil edir. Beləliklə, dövlətin bu sahədə fəaliyyəti üç mərhələdən ibarətdir. Birincisi, qlobal iqtisadiyyatda öz iqtisadi maraqlarının müəyyən edilməsidir. İkincisi, onlara nail olmaq və həyata keçirmək üçün optimal yolları müəyyən etməkdir. Üçüncüsü, onların həyata keçirilməsi üçün müvafiq sistemin yaradılmasıdır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ