Cümə axşamı günü, 08 oktyabr 2026
     

“Yaşıl dünya naminə həmrəylik ili” Azərbaycana nə qazandıracaq...

Image


"Günəş enerjisi ilə işləyən lampaların istifadəsi ilə bağlı da müəyyən işlərin görülməsi nəzərdə tutulur" 

Prezident İlham Əliyevin sərəncamı ilə  Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.  Sərəncamda bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Sərəncama əsasən, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

Bu il Azərbaycanda yaşıl enerjiyə keçid sahəsində bəzi gözləntilər var. Məsələn, yaşayış binlarının üstündə günəş enerji batareyalarının quraşdırılması, günəş enerji lampalarının istehsalı kimi məsələləri vurğulamaq olar. Küçələrin işıqlandırılması üçün gecələr yanan və gündüzlər sönən lampalar var ki, onların milli istehsalını qurmaq kimi məsələlər aktualdır. Bu kimi sahələrdə nə kimi irəliləyişlər ola bilər? Bu məsələlər həll oluna bilərmi? Xüsusən də günəş enerji batareyaların milli istehsalı sahəsində nə kimi gözləntilər var?

"İnanıram ki, bu istiqamətdə də..."

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "Bakı-Xəbər"ə "BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının gələn il Bakıda keçirilməsinə qərar verildiyindən hökumət rəsmiləri yaşıl iqtisadiyyat məsələsindən daha çox danışmağa başlayıblar. İstər-istəməz, sual doğur: indiki dövrdə Azərbaycan iqtisadiyyatı yaşıl iqtisadiyyatın tələblərinə nə qədər cavab verir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı rəqəmlərə görə, 2023-cü ilin 11 ayı ərzində Azərbaycanda toplam 26 milyard 487 milyon kVt/st enerji istehsal edilib. Bu qədər enerjinin 93 faizi istilik elektrik stansiyalarının payına düşüb. Ölkənin elektrik enerjisi istehsalında su elektrik stansiyalarının payı 6 faizə yaxındır. Külək və günəş enerjisinin enerji istehsalında payı isə 1 faiz civarındadır.

Müqayisə üçün bildirək ki, Beynəlxalq Energetika Agentliyi 2023-cü ildə dünya elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 29 faizə çatacağını proqnozlaşdırır"-deyə bildirdi.

A.Nəsirli qeyd etdi ki, göründüyü kimi, Azərbaycanda indiyə qədər olan real vəziyyət belədir. Onun sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər karbon emissiyasını, yəni istixana təsiri olan qazların atmosferə atılmasını 30, 2050-ci ilə qədər isə 40 faiz azaltmaq barədə öhdəlik götürüb. A.Nəsirli vurğuladı ki, bu öhdəliklərin yerinə yetirilməsi üçün qarşıdakı illər ərzində Azərbaycan hökuməti bərpa edilən enerji mənbələrindən alınan enerjinin miqdarını artırmalı və ümumi enerji istehsalında onun xüsusi çəkisini yüksəltməlidir.  "Bunun üçün dövlət bərpa olunan mənbələrdən alınan enerji istehsalını genişləndirməlidir, kütləvi şəkildə günəş panelləri quraşdırılmalıdır, külək enerjisindən istifadə genişləndirilməlidir, su elektrik stansiyalarının sayı artırılmalıdır. Yalnız bunlarla da kifayətlənilməməlidir. Vətəndaşların, cəmiyyətin bu məsələyə dəstək verməsi üçün hökumət şərait yaratmalıdır. İnanıram ki, bu istiqamətdə də işlər görüləcək. Hesab edirəm ki, ölkə daxilində günəş enerjisi panelləri istehsal edilməli və onun kütləvi satışına başlanılmalıdır.  Yaxud hələlik bunun idxalı da mümkündür. Amma yaxşı olar ki, Azərbaycan daxilində keyfiyyətli günəş panellərinin istehssalına başlanılsın. Əhalinin bu günış panellərini öz fərdi təsərrüfatlarında quraşdırması təbliğ edilsin ki, vətəndaşlar bu panelləri alsın, quraşdırsın və ümumi mənbədən alınan elektrik enerjisinin sərfiyyatı bununla azalsın. Digər tərəfdən, günəş enerjisi ilə işləyən lampaların işqılandırma üçün açıq havada istifadə edilməsini geniş təbliğ etmək vacibdir.  Günəş enerjisi ilə işləyən lampaların istifadəsi ilə bağlı da müəyyən işlərin görülməsi nəzərdə tutulur.

Yeri gəlmişkən bir məsələni qeyd etmək istəyirəm. Sadə üsullarla  istilik almaq metodları var. Məsələn, fərdi evlərdə hamam çənləri quraşdırılır və həmin çənlərin üst hissəsi böyüdücü lupa ilə təchiz edilir və o böyüdücü lupanın günəşdən aldığı enerji sayəsində su sadə üsulla qızdırılır, hamamda, məişətdə istifadə edilmək üçün yararlı bir tempraturda ola bilir.  Bu təbliğ olunmalıdır. Bu üsul Türkiyədə geniş yayılıb. Lupalar vasitəsi ilə günəş enerjisinin toplanılaraq suyun qızdırılmasında istifadə edilməsi metodu var. Bununla yanaşı, qeyd etdiyim kimi, su elektrik stansiyaları imkanları mövcuddur".

O vurğuladı ki, işğaldan azad olunan ərazilərdə çoxlu iti axan dağ çayları var, onların bir çoxu üzərində su elektrik stansiyaları quraşdırılıb, bir çoxunun üzərində quraşdırılması nəzərdə tutulub, bir çoxunda da quraşdırma prosesi davam edir. Müsahibimiz hesab edir ki, Azərbaycan hökuməti yalnız büdcədən xərcləmələr etməklə ölkədə alternativ enerji mənbələrinin, alternativ enerjidən istifadənin genişləndirilməsi işini həyata keçirə bilməz. "Ona görə də bu iş təbliğ edilməlidir ki, cəmiyyət buna dəstək versin. Onlar özləri də alternativ enerji mənbələri axtarışında olsunlar və bu mənbələrin tapılmasında da hökumət onlara yardım göstərsin. Məsələn, bir həyətin ətrafından bir su arxı, kiçik bir çay  keçirsə, belə çaylar üçün mini generatorlar istehsal edib təbliğ etmək olar ki, əhali onu alsın, xüsusən də uzaq dağ kəndlərində bu kiçik elektrik generatordan istifadə etsinlər.

Bu il "Yaşıl enerji ili" elan edilib və il üçün gözləntilərimiz çoxdur. Ümid edək bu il Azərbaycanda ciddi irəliləyiş olacaq...Bir sıra yeniliklərin şahidi olacağımıza inanıram"-deyə qeyd edən A.Nəsirli bildirdi ki, dünya bu istiqamətdə gedir və Azərbaycan da bu yolu davam etdirməlidir. Dünya artıq alternativ enerji mənbələrindən əldə edilən enerjinin həcmini kəskin şəkildə artırır...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ